Hacıbala Atubalıbovun nəzərinə şok işgəncə faktı!
Hacıbala Atubalıbovun nəzərinə şok işgəncə faktı!

Bakıdakı uşaq bağçasında körpə qıza qarşı amansızlıqla bağlı video yayıldı

Bakının uşaq bağçasında körpələri amansız şəkildə incidirlər. Uşaq bağçalarından birində yaşanan bu olay İnternetdə də yayılıb.
Belə ki, tərbiyəçilərin və sanitarların əhatəsində olan körpə qız ağlayır və "nənəmi istəyirəm" deyir. Bu məqamda bağçanın qadın əməkdaşlarından biri gülərək digərlərinə: "Ona dedim ki, nənən ölüb, darvazanın ağzındadır", - deyir.
Digər diqqət çəkən məqam isə tərbiyəçilərdən birinin uşağı üzr istəməyə vadar etməsidir.
Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Sektorunun müdiri Nərminə Alnağıyeva bildirib ki, məkəbəqədər təhsil müəssisələrində tabeçilik qaydası dəyişdirildiyi üçün orada baş verənlərlə bağlı Təhsil Nazirliyi cavabdeh deyil. O, paytaxtdakı bütün uşaq bağçalarının Bakı Şəhər İcra Hakimiyyətinə tabe olduğunu bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov isə faktla bağlı deyib ki, həmin hadisə araşdırılacaq, hadisənin baş verdiyi bağçanın müdiri də, həmin qrupdakı tərbiyəçi və sanitarlar da ən sərt şəkildə cəzalanacaqlar.
Qeyd edək ki, paytaxtın uşaq bağçaları meriyanın tabeliyinə verildikdən sonra Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov bu müəssisələrdəki neqativ halların aradan qaldırılacağını vəd etmişdi. Bununla belə hələ də uşaq bağçaları ilə bağlı xoşagəlməz məlumatların arası kəsilmir.
İndi maraqlı olan, Abutalıbovun yuxarıda haqqında danışılan işgəncə faktı ilə bağlı hansı cəza tədbirinə əl atacağıdır. İnanaq ki, meriya bu barədə ictimaiyyəti qısa vaxtda ətraflı məlumatlandıracaq.
Aliyə