Əleyhdarları Arif Hacılıya qarşı qruplaşdılar
10:04 02-12-2014
CƏMİYYƏT
Əleyhdarları Arif Hacılıya qarşı qruplaşdılar
Pənah Hüseynin tərəf tutması onun da hədəfə gəlməsinə səbəb olub
Müsavat partiyasının narazılarından ibarət İşçi Qrupu dekabrın 14-nə təyin edilən mitinqlə bağlı qərar qəbul edib.
Bu haqda Müsavat partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib. Onun sözlərinə görə, mitinqlə bağlı qərar noyabırın 29-da keçirilən narazılardan ibarət İşçi Qrupunun iclasında verilib: "İclasda partiyadaxili münasibətlər, İkram İsrafilin Divan bəyanatı və İşçi Qrupunun mitinqdə iştirak edib-etməmək məsələləri müzakirə olundu. Birmənalı şəkildə mitinqdə iştirakla bağlı qərar verildi".
E.Məmmədli onu da vurğulayıb ki, narazıların fraksiya məsələsi hələ də İşçi Qrupunun gündəmindədir:"Qərar verildi ki, bununla bağlı müzakirələr aparılsın".
Müsavat partiyasının üzvü Tural Abbaslı isə AzNews.az-a açıqlamasında bildirib ki, İşçi Qrupu fraksiyanın ilkin sənədinin hazırlanması qərarını verib:"İclasda Müsavatın son Ümumrespublika müşavirəsi müzakirə olundu və dəyərləndirildi. Fraksiya quruculuğu üzrə geniş müzakirə aparıldı. Və qərara alındı ki, 3-cü gün keçiriləcək İşçi Qrupunun iclasına fraksiyanın ilkin sənədi hazırlansın və müzakirəyə çıxarılsın".
"Unikal"ın əldə etdiyi məlumata görə Müsavat Partiyasından istefa verən politoloq Hikmət Hacızadə Müsavat Partiyasının əbədi "dostu" hesab olunan Pənah Hüseynlə zarafatlaşıb. Hələ ötən həftənin əvvəllərində Hikmət Hacızadə, Tofiq Hüseynli (Qara Tofiq), Səxavət Əlisoy, Elnur Astanbəyli və digər şəxslər xaş yemək barədə razılığa gəliblər. Dünən səhər saatlarında isə qonaqlıq baş tutub. Sözügedən qonaqlıqda heç şübhəsiz ki, Müsavat Partiyasında baş verən proseslər də ciddi müzakirə edilib. Sonra isə Hikmət Hacızadə sabiq baş nazir Pənah Hüseynin, Qara Tofiq Əbülfəz Elçibəyin, Ehtiram İlhamlı isə Məhəmməd Əmin Rəsulzadənin fotosunu qaldırıb. Maraqlıdır ki, qonaqlıqda iştirak edən Səxavət Əlisoyda öz fotosunu qaldırıb. Hikmət Hacızadə sosial şəbəkələrdə bu fotoları "M.Ə.Rəsulzadə-Əbülfəz Elçibəy-Pənah Hüseyn yolunda" başlığı ilə paylaşıb. Bununla da, Hikmət Hacızadə Pənah Hüseynə açıq ironiya edib. Məlumat üçün vurğulayaq ki, AXCP hakimiyyəti zamanında Hikmət Hacızadə ilə Pənah Hüseynin münasibətləri hamar olmayıb. Hacızadə hər yerdə sabiq baş naziri tənqid edib. Üstəlik 2003-cü ildə həbsdən çıxan Pənah Hüseynin irəli sürdüyü islam-demokratiya ideyası da Hacızadə tərəfindən kəskin şəkildə tənqid edilib. Xaş qonaqlığında müxalifət düşərgəsində vəziyyətə bu cür münasibət sərgiləyən şəxslər dolayısı yolla Müsavat Partiyasına da mesaj göndəriblər. Çünki qonaqlıqda iştirak edən bu şəxslər həm də Müsavat Partiyasının tanınan üzvləri olublar.
Göründüyü kimi, məsələ böyüyür. Əgər belə davam eləsə, Müsavat və yaxın çevrəsində bir nəfər də qalmayacaq. Bu kəsim elə bir-birini yeyə-yeyə məhv edəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15