"Sarkisyan əslində erməni xalqından azərbaycanlıların intiqamını alır"
10:05 02-12-2014
CƏMİYYƏT
"Sarkisyan əslində erməni xalqından azərbaycanlıların intiqamını alır"
"Sarkisyan və onun rəhbərlik etdiyi rejim, bəlkə də Azərbaycan torpaqlarını işğal etməsinə və törətdikləri soyqırımlara görə azərbaycanlıların ermənilərə qarşı arzularını öz xalqına qarşı gerçəkləşdirdi. Sarkisyan əslində erməni xalqından bizim intiqamımızı alır".
Bunu Ermənistanda müxalif qüvvələrə qarşı son zamanlar müşahidə edilən təzyiq və fiziki zor tətbiq edilməsi hallarını şərh edərkən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.
Onun sözlərinə görə, Ermənistanda müxalifətin zəiflədilməsi, korrupsiyanın tüğyan etməsi, beynəlxalq sistemdə qəbul olunmamaq, diasporların parçalanması, hər il ölkəni tərk edənlərin sayının artması göstərir ki, bu hakimiyyət erməni xalqının genetik potensialını ifadə etmir: "Ermənistanda müxalif qüvvələrə qarşı basqılar, fiziki təzyiqlər də bunun tərkib hissəsidir. Əslində bu, qarşıdan gələn seçkilərdən əvvəl görülən zərərsizləşdirmə tədbirləridir. Lakin buna münasibətdə xarici dairələr, beynəlxalq hüquq müdafiə təşkilatları nəinki ehtiyatlı və ya gözləmə mövqeyindən yanaşır, bir sıra hallarda sanki həmin prosesin ayrılmaz tərkib hissəsinə çevrilir, onlara bəraət verən tərəf olurlar. Ona görə də Azərbaycanın tamamilə ixtiyarı var desin ki, bu qurumlar arbitr, münsif deyillər və bu mənada Avropa strukturları özünə qarşı olan inamı tamamilə itiriblər".
Millət vəkili hesab edir ki, Qərbin Ermənistanın daxili siyasətinə göz yumması ümumi tendensiyanın bir hissəsidir. Bu, Qərb dairələrinin Cənubi Qafqaz baxışının göstəricisidir: "Eyni şeyi Gürcüstan haqqında da deyə bilərik. Gürcüstanda Saakaşvili dönəminin 100-ə qədər bütün vəzifəli şəxsləri həbsə məruz qaldığı halda heç bir sərt reaksiya verilmir. Sual doğur. Nə üçün bu münasibət Cənubi Qafqazın digər dövlətinə qarşı tətbiq olunmur? Səbəb sadədir. Azərbaycana bu münasibətin əsas səbəbi insan haqlarının müdafiəsi deyil. Bu məsələlər birmənalı olaraq iqtisadi maraqlar və planlar, geosiyasət və s. ilə bağlıdır. Bizə yönələn təzyiqlərin digər səbəbi isə, Azərbaycanın regionda həddən artıq irəli çıxdığı şəraitdə ölkəmizi kənardan idarə edə bilməmələri, dövlətimizin xarici təsirlərə uymaması, özünün müstəqil iradəsini ortaya qoya bilməsi potensialıdır. Bu, müxtəlif dairələrdə çox böyük təhlükə kimi səciyyələndirilir. Onlar bilirlər ki, Azərbaycanın real büdcəsi, imkanları Ermənistan və Gürcüstanın birlikdə götürülmüş büdcəsindən çoxdur, getdikcə də artır və bu, bölgədəki istənilən proseslərə, o cümlədən Qarabağ məsələsinə də təsirsiz olmayacaq".
Qeyd edək ki, son zamanlar Ermənistanda müxalifətçilərə və ictimai fəallara qarşı əməlli-başlı "ov" başlayıb. Belə ki, son günlər Yerevanda müxalifətçilərə və ictimai fəallara məxsus 7 avtomobil yandırılıb. Onların əksəriyyəti müxalif "Predparlament" hərəkatının üzvlərinə məxsusdur. Fəallardan biri "Predparlament" hərəkatının keçirdiyi etiraz aksiyasından sonra hücuma məruz qalıb. Naməlum şəxslər ona hücum edərək başına ağır zərbələr endiriblər.
Maşını yandırılan müxalifətçilər əmindirlər ki, bunun təşkilatçısı kriminal elementlərlə birləşmiş hakim rejimdir. Onlar hesab edirlər ki, bu yanğınlar əslində ictimai fəalların "ovunun" yalnız başlanğıcıdır.
Ermənistanın hüquq-mühafizə orqanları bu faktları "xuliqanlıq" kimi qələmə verir və hadisələrlə bağlı təhqiqatları birləşdirməkdən imtina edirlər.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15