Roma Papası üçün insanlıq ölübmü?
Roma Papası Fransiskin Türkiyəyə səfəri zamanı Ermənistanla sərhəd məsələsini müzakirə edəcəyi gözlənilən idi. Proqnozlar özünü doğrultdu.
Papa Türkiyə-Ermənistan sərhədlərinin bu yaxınlarda açılacağına ümid etdiyini açıqlayıb. Din xadimi hətta bir az da səmimi olaraq Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması üçün dua etdiyini bəyan edib.
Roma Papası bildirib ki, sabiq baş nazir, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın ötən il aprelin 24-də ermənilərə göndərdiyi məktub xüsusi məna daşıyır və Türkiyə tərəfdən münasibətlərin normallaşmasına doğru atılan ciddi addım kimi qiymətləndirilməlidir.
"Kilsə hakimiyyəti"nin öz ərköyün balasını açıqca müdafiə etməsi bir daha onu göstərir ki, dünyada istər dini, istər siyasi baxışlarda ikili yanaşma mövcuddur. Haqq, ədalət qalır bir kənarda, işğalçı rejimlər müdafiə olunur. Bəs görəsən, Papa Fransisk Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi ilə, müharibənin ağır nəticələrini öz taleyində yaşayan azərbaycanlılarla maraqlanırmı? Türkiyədən sərhədlərin açılmasını istəyirsə, sual etməyibmi ki, Ermənistan Dağlıq Qarabağ probleminin həllində hansı ümidverici addımlar atır? Minlərlə insanın ölümünə bais olan Serj Sarkisyandan soruşulubmu ki, sən niyə işğalçı siyasətindən əl çəkmirsən? Öz doğulduğu torpaqlarda yaxınlarının qəbrini ziyarət etdiyinə görə girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Xankəndidə işgəncə altında saxlanılır. Beynəlxalq ictimaiyyət bu məsələyə soyuq yanaşır. Papa Fransiski onların taleyi maraqlandırmırmı? İnsanlıq doğurdanmı ölüb? Görünür, insanlıq arxa plana keçdiyindən, Vatikan hakimiyyəti başkəsən ermənilərə qulaqburması belə vermir. Əksinə, onları o qədər ərköyün böyüdür ki, terrorizm, vandallıq Ermənistan hakimiyyətinin gündəlik siyasətinə çevrilib.
Proseslərdən görünür ki, "kilsə hakimiyyəti" qondarma "erməni soyqırımı"nın 100 illiyində ərköyün balalarına "sərhəd hədiyyəsi" etmək fikrindədir. Sözsüz ki, Vatikanda əyləşənlər bu istiqamətdə lazımi işlərini görürlər. Türkiyə hakimiyyətinə dolayısı və açıqca istəklərini bildirirlər və bəzən də təzyiqlərdən çəkinmirlər.
Sərhədlərin açılması arzusunda olanlar bilməlidirlər ki, Türkiyə-Ermənistan sərhəd qapılarının möhürlü olması Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin nəticəsidir. Ermənistan işğal etdiyi torpaqları azad etməsə, rəsmi Ankara sərhədləri açmayacaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir olduğu dövrdə də, indi də dəfələrlə bəyan edib. Yəni, bu məsələ Türkiyənin baza prinsipinə çevrilib - ya torpaqlar azad edilməli, ya da sərhədlərin açılması müzakirə mövzusu olmamalıdır. Bunu "kilsə hakimiyyəti" də, sərhədlərin açılmasında maraqlı olan dünyanın siyasi hakimiyyəti də birdəfəlik bilməlidir.
Emil Hüseynli
Digər Xəbərlər
2025-02-27 21:02:13

2025-02-27 20:49:18

2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01

2025-02-27 15:02:00
