AXCP ilə Müsavatın yaltaqlanmaq davası böyüyür
09:11 03-12-2014
CƏMİYYƏT
AXCP ilə Müsavatın yaltaqlanmaq davası böyüyür
Əli Kərimli ilə İsa Qəmbər müəyyən dairələrə xoş gəlmək və qulbeçəlik eləmək üçün bir-birlərini aşağılamaqda davam edirlər
Məlum olduğu kimi son günlər AXCP ilə Müsavat arasındakı münasibətlər yenidən gərginləşib. Hər iki tərəf özünə yaxın mediada bir-birlərinin ünvanına kəskin tənqidlər yağdırırlar.
Hətta bəziləri sosial şəbəkələrdə bir-birlərini təhqir etməkdən belə çəkinmirlər. Qeyd edək ki,AXCP-nin Müsavatla bağlı siyasəti hələ sonuncunun sentyabr ayında qurultayı ərəfəsində özünü göstərib. AXCP sədrinin müavinlərindən Fuad Qəhrəmanlı, Nurəddin Məmmədli, Gözəl Bayramlı, Əbülfəz Qurbanlı və digər cəbhəçilər faktiki olaraq Qubad İbadoğlunun başqan seçilməsini istəyiblər. Bu məqsədlə sosial şəbəkələrdə Arif Hacılının rəqiblərini gen-bol müdafiə ediblər. Qurultaydan dərhal sonra narazı qalan kəsimə AXCP-yə yaxın mətbuat xeyli yer verib, onların anti-Müsavat fikirlərini indi də tirajlamaqda davam edir. Mühacirət bəyanatı tərəflər arasında daha bir problem yaradıb. AXCP sədrinə yaxın şəxslər isə Müsavat Partiyasını yalan bəyanat verməkdə ittiham edib, əsas məqsədin başqa olduğunu vurğulayıblar.
Amma deyəsən, Müsavatın yeni başqanı məsələni öz xeyrinə çevirməyi başarıb. Bu barədə "Unikal"ı məlumatlandıran Müsavat funksionerinin sözlərinə görə, AXCP-nin hücumlarının əsl mahiyyətini anlayan İsa Qəmbər partiya daxilində sülhə nail olmağa çalışıb. Bunun üçün də Qubad İbadoğlu ilə Arif Hacılının bir araya gəlməsinə müvəffəq olub.
Belə ki, dünən Müsavat Partiyasının başqanı Arif Hacılı və başqanlığa sabiq namizəd, qurultayın nəticələrindən narazı olan qrupun rəhbəri Qubad İbadoğlu arasında görüş keçirilib. Q. İbadoğlu APA-ya açıqlamasında deyib ki, görüş A. Hacılının təşəbbüsü ilə partiyanın qərargahında baş tutub.
Q. İbadoğlu görüşdə partiyadaxili məsələlər və partiyanın inkişaf perspektivləri ilə bağlı məsələlərin müzakirə olunduğunu söyləyib. O, bu görüşdən sonra partiyada narazıların fraksiyasının yaradılıb-yaradılmayacağı barədə suala cavabında bildirib ki, bu barədə təklikdə qərar vermək səlahiyyətində deyil, bununla bağlı qərar narazıların yaratdığı işçi qrupunun sabah keçiriləcək iclasında veriləcək. Q. İbadoğlu partiyada fəaliyyətlərini davam etdirdiklərini də qeyd edib.
Qeyd edək ki, bu, Müsavat Partiyasının qurultayından sonra A. Hacılı və Q. İbadoğlu arasında ilk görüşdür.
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Müsavatla AXCP arasındakı davanın böyük tarixi var. Onun sözlərinə görə, bu gün çox şaddır ki, bir zamanlar söylədiyi fikirləri indi bir çox insanlar təkrarlayırlar. O qeyd edib ki, Əli Kərimli ilə müsavatçılar arasında olan gərginliyin səbəbi başqadır: "Özlərini müxalifət adlandıranların 15 il öncə söylədiyim fikirləri bu gün təkrar etməsi sözsüz ki, məni çox sevindirir. Bu artıq sübut edir ki, məsələlərə necə real və dəqiq yanaşmışam. Kərimov Əli ilə Qəmbərov İsanın dəstəsi arasında son günlər yaşananlar əslində "yorğan davası"dır. Kərimov Əliyə primadonna demək çox yersizdir. Bizim primadonnamız var və o, Azərbaycan səhnəsinin gözüdür. Ona çox böyük hörmətim var. Kərimov Əli isə müxalifətin nəyidir daha öncələr də bunu demişəm. Artıq Qəmbərov İsanı sıradan çıxarmışam. Kərimov Əli və "anaş" Həsənov Cəmili də sıradan çıxardıqdan sonra özüm də siyasətdən gedəcəyəm".
"Unikal"ın əldə etdiyi məlumata görə, AXCP ilə Müsavat arasındakı davanın səbəbləri var. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, qarşıdan gələn parlament seçkilərində nəsə əldə etmək üçün Əli Kərimli ilə İsa Qəmbər yarışa bilirlər. "Bunların əsas məqsədi odur ki, nə olursa-olsun gözə girsinlər. Əli Kərimli əsasən Qərb dairələrinin maraqlarına oynayır. İsa Qəmbər isə həm hakimiyyətdəki bəzi dairələrin, həm də xarici havadarlarının maraqlarını təmin etməyə çalışır. Məlumdur ki, bəzi Qərb dairələri seçkilərdə Azərbaycanda aranı qatmaq üçün planlar hazırlayırlar və bu planların gerçəkləşdirmək üçün yerli müxalifətdən istifadə edirlər. Sözsüz ki, bu planı gerçəkləşdirmək üçün də maliyyə vəsaiti verilir. Yəni indi AXCP ilə Müsavatın qırğını həmin pul üstündədir. Əli Kərimli ilə İsa Qəmbər çalışırlar ki, özlərini gözə soxub həmin pula təkbaşına yiyələnmək istəyirlər", - deyə mənbə fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54