Sərdar Cəlaloğludan ittiham
09:14 03-12-2014
CƏMİYYƏT
Sərdar Cəlaloğludan ittiham
ADP sədri: "Rəqsanə Əli Kərimli və Natiq Ədilovdan şərəfli adamdır"
"Bu yanaşmalar məni heç bir halda narahat etmir. Onların fikirləri mənim üçün önəmli deyil. Əli Kərimli və Natiq Ədilovla müqayisədə Rəqsanə şəxsiyyətdir. O, bunların hər ikisindən qat-qat şərəfli adamdır!"
Bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qarşı tərəfin onu müğənni Rəqsanəyə bənzətməsinə münasibət bildirərkən deyib.
Sərdar Cəlaloğlu bunu belə əsaslandırıb ki, ən azından Rəqsanə gəncləri ölkə daxilində təxribat törətməyə, virtual aləmdə insanlara qarşı qeyri-əxlaqi təbliğat aparmağa təhrik etmir: "Əslində mənim Əli Kərimlinin ünvanına səsləndirdiyim fikirlər səbəbsiz deyil. Belə ki, demokratiya mərkəzinə daxil olan siyasi partiyalar piket keçirməyi düçünürdük. Həmin piketlə bağlı "Azadlıq" qəzeti yazı dərc etmişdi ki, bu, hakimiyyətin sifarişidir, təşkilatçılar da hakimiyyətə satılmışlardır. Əgər biz satılmışdıqsa, o zaman niyə bizə piket keçirməyə icazə verilmədi? Əgər aksiyaları keçirməyi iqtidarla alver hesab edirlərsə, belə çıxır ki, Əli Kərimli özü satılıb. Əli Kərimlinin nə qədər əxlaqsız olduğu hər kəsə məlumdur. 20-30 nəfər gənci pul müqabilində sosial şəbəkədə oturdandan nə gözləmək olar ki?"
ADP sədri Əli Kərimlinin sosial şəbəkədə adamları vasitəsilə reytinq qazandığını da deyib: "Guya bunlar Əli Kərmlinin cəmiyyətdə reytinqini qaldırırlar. Bu baxımdan, mən öz fikirlərimdə vurğuladım ki, Əli Kərimli primadonna kimi hərəyə bir ad qoymasın. Birinə satqın, birinə əxlaqsız deyir. Onun müavininin də məni Rəqsanəyə bənzətməsi bir daha onu sübut edir ki, bunlar ad qoymaqdan başqa heç bir işə yaramırlar".
ADP sədri əslində, Əli Kərimlinin xəyanətkar olduğunu vurğulayaraq, daha bir ilginc məqamı xatırladıb: "Vaxtilə prezident seçkilərində (1998-ci il-red.) SİDSUH adlı təşkilat yaranmışdı. Bu təşkilatda bir sıra müxalifət partiyaları cəmləşmişdi. Daha sonra AXC-nin o zamankı sədri Əbülfəz Elçibəy seçkini boykot etdi. Belə bir vaxtda Əli Kərimli AMİP-in namizədi Etibar Məmmədova dəstək verdi. Hansı ki, AXC-nin iştirakı ilə bağlı çağırış imzalamışdı. Bununla da o, Elçibəyi çox ağır durumda qoymuşdu. Bu çox uzaq tarix deyil. Əli Kərimli elə bilir ki, onun keçmişi hamının yadından çıxıb. İndi aydan arı-sudan duru Azərbaycan müxalifətinin lideridir. Onun satqınlığını bilməyən yoxdur".
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15