
Tural Abbaslı: "Koordinal fikir ayrılıqları olsa..."
"Səxavət Əlisoyun keçirdiyi görüşlərdə iştirak etməyi düşünmürəm. İndiki məqamda təklif gəlsə belə qəbul etmərəm".
Bunu SİA-ya Müsavat Partiyası Divanının keçmiş üzvü Tural Abbaslı narazı müsavatçıların rayonlarda partiyanın rayon təşkilatının üzvləri ilə keçirəcəkləri görüşlə bağlı münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, o geçirilən, ya da keçiriləcək görüşlərdən bixəbərdir: "Müsavat Partiyasının rayon təşkilatlarında keçirilən və yaxud da keçiriləcək görüşlərdən xəbərsizəm".
Tural Abbaslı yaradılacaq fraksiya barədə də münasibətini bildirib. O qeyd edib ki, planlar demək olar ki, reallaşmaq üzrədir: "Qubad İbadoğlunun tərəfadarları ilə bizim aramızda fraksiyanın fəaliyyyəti, məqsədləri, planları razılaşdırılır. Dekabrın 3-də işçi qrupunun iclasında bəzi məsələlər tam dəqiqləşdiriləcək. Əgər ümumi razılıq əldə olunsa, o zaman fraksiya formlaşacaq. Koordinal fikir ayrılıqları olsa digər məsələləri nəzərdən keçirməyi düşünürük".