Qənirə Paşayeva beynəlxalq tədbirdə Xocalı soyqırımı ilə bağlı çağırış etdi
Deputat Qənirə Paşayeva Asiya Parlament Assambleyasında çıxış edərək üzv ölkələri Xocalı soyqırımını tanımağa çağırıb.
Asiya Parlament Assambleyasının Pakistanda keçirilən 7-ci Plenar Sessiyasında çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək, işğal etdiyi torpaqlarda törətdiyi soyqırım barədə geniş çıxış edərək məlumatlar verib.
Görmək istəyən hər birinizə Xocalı Soyqırımı ilə bağlı video və sənədli filmləri, o dəhşətli görüntüləri təqdim edə bilərəm deyən millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 23-cü ildönümünün yaxınlaşdığını və bu soyqırımı törədənlərin Ermənistanda olduğunu və hələ də ədalət qarşısında cavab vermədiyini vurğulayaraq Assambleyaya və üzv ölkələrə Xocalı Soyqırımı ilə bağlı çağırış da səsləndirib.
O deyib: "Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərində dinc insanlara, azərbaycanlılara qarşı soyqırım həyata keçirib və bir şəhəri yer üzündən siliblər. Bu gün Xocalı şəhərinin yerində tamamilə dağıdılmış bir şəhər görə bilərsiniz. Ümumiyyətlə isə Azərbaycan torpaqlarının işğalı zamanı 20 mindən çox azərbaycanlı Ermənistan tərəfindən qətlə yetirilib. Mən Dağlıq Qarabağ problemi məsələsində hər zaman ədalətin yanında olan Pakistan dövlətinə və Parlamentinə Xocalı Soyqırımını tanıyan və kəskin pisləyən sənədlərin, qərarların qəbulu üçün ailə üzvləri soyqırıma məruz qalan Xocalılar və bütün azərbaycanlılar, insanlığın yanında olan hər kəs adından təşəkkürümü bildirirəm.
Həmin dəhşətli soyqırım zamanı çox az sayda azərbaycanlı böyük çətinliklərlə qaçaraq xilas ola bilmişdi və ailə üzvləri soyqırıma məruz qalan həmin insanlar da 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər.
Biz inanırıq ki, ədalətin yanında olan və dünyada bir daha bu cür insanlıq əlehinə cinayət olmasın deyən insanlar və ölkələr Xocalı Soyqırımı ilə bağlı Pakistan parlamentinin və bu istiqamətdə qərarlar qəbul edən digər dövlətlərin ədaləti, insan haqlarını müdafiə edən qərarlarını dəstəkləyəcəklər və bu soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsi, Xocalıların öz evlərinə dönə bilməsi istiqamətində səylərini daha da artıracaqlar.
Çünki Xocalıda Soyqırıma məruz qalan insanlar azərbaycanlı və müsəlman olmaqla bərabər insan idilər və biz harada, kim tərəfindən törədilməsindən asılı olmayaraq hər zaman bu cür insanlıq əleyhinə cinayətləri kəskinliklə pisləməli, bu cür cinayətləri törədənlərin isə ədalət qarşısında cavab vermələri üçün birgə səylərimizi daha da gücləndirməliyik. Dünyanın daha yaxşı gələcəyi üçün məhz bu cür çalışmalıyıq. Biz ümid edirik ki, siz Xocalıların sizə olan çağırışlarına həssas yanaşacaq, onların ağrı və acılarını daha dərindən anlayaraq ciddi addımlar atacaqsınız".
Digər Xəbərlər
2025-02-28 00:57:40

2025-02-27 21:02:13

2025-02-27 20:49:18

2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01
