Əli Həsənov: "Müsəlman ölkələrindəki jurnalistlər düzgün informasiya yaymaqla islam ölkələrinin məqsədlərinə çatmasında yardımçı ola bilərlər"
09:04 04-12-2014
CƏMİYYƏT
Əli Həsənov: "Müsəlman ölkələrindəki jurnalistlər düzgün informasiya yaymaqla islam ölkələrinin məqsədlərinə çatmasında yardımçı ola bilərlər"
"Düşünürəm ki, müsəlman ölkələrində jurnalistlər birləşə və ortaq mövqe nümayiş etdirə bilərlər".
Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Tehranda İRNA xəbər agentliyinin müxbirinə açıqlamasında deyib.
Tehranda keçirilən islam ölkələrinin informasiya nazirlərinin 10-cu iclasında iştirak edən Ə.Həsənov iclasda müsəlman ölkələrinin bu məsələdə ortaq məxrəcə gələcəklərinə ümidini ifadə edib: "Müsəlman ölkələrindəki jurnalistlər düzgün, obyektiv informasiya yaymaqla islam ölkələrinin məqsədlərinə çatmasında yardımçı ola bilərlər. Müasir dövrdə informasiyanın doğru-dürüst çatdırılması əsas amildir".
PA rəsmisi bildirib ki, Qərb mediası bu gün müsəlmanları bir sıra hallarda terrorçu kimi təqdim edir: "Bunun nümunəsini Suriya, Misir və İraqda görürük. İnsanlara həqiqətləri çatdırmaq lazımdır. Ümid edirəm ki, bu iclas islam dünyası KİV-ləri arasında həmrəyliyin göclənməsinə və onların vahid koordinasiya mərkəzinin yaradılmasına yardımçı olacaq".
Qeyd edək ki, islam ölkələrinin informasiya nazirlərinin 10-cu iclası dekabrın 3-4-də Tehranın Azadi otelində keçirilir. "İslam dünyasında sülh və sabitliyin təmini üçün KİV-in yaxınlaşması" şüarı ilə keçirilən iclasda 57 müsəlman ölkəsinin nümayəndəsi iştirak edir.
Digər Xəbərlər
2025-01-07 21:44:35
2025-01-07 21:27:32
2025-01-07 18:43:52
2025-01-07 18:26:18
2025-01-07 17:57:42
2025-01-07 17:47:36
2025-01-07 16:19:12
2025-01-07 16:06:23
2025-01-07 15:43:02
2025-01-07 15:32:32
2025-01-07 15:19:37
2025-01-07 14:06:54
2025-01-07 14:05:59
2025-01-07 12:42:00
2025-01-07 12:10:55
2025-01-07 12:04:00
2025-01-07 12:03:24
2025-01-07 11:41:00
2025-01-07 11:06:13