Azərbaycan diplomatının 100 minlik maşını oğurlanıb
Moskvadakı səfirliyinin attaşesinə məxsus maşını qaçıranların axtarışı davam edir
Moskvada Azərbaycan diplomatının 100 minlik maşını oğurlanıb. Dekabrın 3-nə keçən gecə Azərbaycanın Moskvadakı səfirliyinin attaşesi Nemət Nağdəliyevin avtomobili naməlum şəxslər tərəfindən oğurlanıb.
Bu haqda "LifeNews" kanalı məlumat yayıb. Məlumata görə, diplomat "Range Rover" markalı avtomobilinin oğurlandığı haqda polisə ərizə verib. Ərizəsində bildirib ki, dekabrın 3-nə keçən gecə Moskvanın Zemlyanoy Val küçəsində ona məxsus "Range Rover" avtomobili oğurlanıb. Diplomat oğurlanan avtomobilin qiymətinin təqribən 100 min dollar olduğunu göstərib.
Hüquq-mühafizə orqanları avtomobili "Potok" elektron sistemi vasitəsilə qeydə ala biliblər. Lakin maşını oğurlayanlar "Sadovoy koltso"dan ara yola dönərək izi itirə biliblər. Maşının yol patrul polisinin müşahidə kameralarına düşdüyü bildirilir. Hazırda maşını qaçıranların axtarışı davam edir.
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55