Arif Əsgərov biletləri bahalaşdırdı
11:06 05-12-2014
CƏMİYYƏT
Arif Əsgərov biletləri bahalaşdırdı
Dəmir yolu nəqliyyatında sərnişindaşıma qiymətləri qalxdı
Azərbaycanda bu ilin noyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 0,7 faiz ucuzlaşıb.
Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,8 faiz, digər xarici ölkələr üzrə isə 1,8 faiz ucuzlaşma müşahidə olunub.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,1 faiz bahalaşıb. Noyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2 faiz ucuzlaşıb.
Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.
İndi maraqlı sual ortaya çıxır: hava nəqliyyatında sərnişindaşıma tarifləri əhəmiyyətli şəkildə ucuzlaşdığı, avtomobil nəqliyyatında isə qiymətlər sabit qaldığı halda məhz dəmir yolu nəqliyyatında tariflərin ciddi artımı nə ilə bağlıdır? Əlbəttə, bu suala ilk növbədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) cavab verməlidirlər.
Hər halda Arif Əsgərovun rəhbəri olduğu qurumun dəmir yolunda biletlərin bahalaşmasını nə ilə izah etdiyi maraq doğurur. Üstəlik, nəzərə alsaq ki, dekabrın sonu iki əlamətdar bayramla əlaqədar qeyri-iş günlərinin başlamasına təsadüf edəcək, bu zaman tətil, istirahət məqsədli səfərlər üçün dəmir yolundan istifadə edənlərin də sayı artacaq, o zaman tariflərdə hər hansı ucuzlaşma gözləmək mümkündürmü? Yoxsa bu gözləntilərin əksinə olaraq, ilin sonuncu ayında da Arif Əsgərovun rəhbəri olduğu qurum biletlərin qiymətində artımı davam etdirəcəkmi?
Hər halda bu yaxın həftələrdə məlum olacaq. Amma əsas odur ki, belə bahalaşmalar zamanı əlaqədar qurumlar zəhmət çəkib qiymət artımına səbəb olan nüansları da ictimaiyyətə açıqlasınlar.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15