Mübariz Mənsimov "AST Telman"ı şoka saldı
11:07 05-12-2014
CƏMİYYƏT
Mübariz Mənsimov "AST Telman"ı şoka saldı
Türkiyədəki iki məşhur azərbaycanlı biznesmen: biri yüksəlişdə, bəs o biri?
Dünyaca məşhur "Forbes" dərgisi "100 ən zəngin türk" siyahısına daxil olan şəxslərin adlarını açıqlayıb. 2014- cü ilin hesablamasına görə, siyahının sonuncu pilləsində iş adamı Murad Varğı yer alıb. Onun sərvəti 1 milyard dollardır. Murad Vargı "MV" holdinqin qurucusu və "KVK" idarə heyətinin sədridir.
24-cü sırada Dəniz Şahenk yer alıb. Şahengin 1 milyard 50 milyon dollar sərvəti var. Dəniz Şahenk vəfat edən "Doğuş Holdinq"in qurucusu Ayxan Şahenkin xanımıdır.
Siyahının növbəti pilləsində Əhməd Çalık qərar tutub. Çalık 1 milyard 100 milyon dollar sərvətin sahibirir. Əhməd Çalık "Çalık Holdinq" idarə heyətinin sədridir.
İş adamı Aydın Doğanın 1 milyard 100 milyon dollar sərvəti var və o "Doğan Holding"in fəxri sədridir.
Suat Günselin 1 milyard 200 milyon dollar sərvəti var. Günsel Yaxın Şərq Universitetinin qurucu və rektorudur.
Mustafa Lətif Topbaş 1 milyard 300 milyon dolların sahibidir. Mustafa Lətif "BİM" İdarə Heyətinin sədridir.
Məşhur iş adamı Əli Ağaoğlunun 1 milyard 550 milyon dolları var. Ağaoğlu, "Ağaoğlu" Şirkətlər Qrupu idarə heyətinin sədridir.
Sinan Tara 1 milyard 600 milyon dolların sahibidir.
Murad Ülkər və Şarık Tara Türkiyənin ən varlılarıdır. Onların 3 milyard 300 milyon dollar sərvəti var.
Siyahıda azərbaycanlı iş adamı Mübariz Mənsimovun da adı var. O, siyahının 18- ci pilləsində yer alıb. 2014- cü ilin hesabatına görə, Mübariz Qurbanoğlunun 1.3 milyard dolları var. Azərbaycanlı iş adamı "Palmali Holdinq" idarə heyətinin sədridir.
"Unikal"ın araşdırmaları nəticəsində məlum olub ki, 2013-cü il üzrə ən varlı 100 türk iş adamının siyahısında "Palmali Holdinq"in prezidenti 29-cu yerdə olub. Həmin vaxt Mənsimovun 1,2 milyard dollar sərvətinin olduğu bildirilirdi. Bu isə o deməkdir ki, "Palmali Holdinq" rəhbəri bir ildə 100 milyon manat varlanıb.
Maraqlıdır ki, siyahıda başqa bir məşhur azərbaycanlı iş adamı, bir neçə il əvvəl biznesini Rusiyadan Türkiyəyə köçürən "AST Telman" ləqəbli Telman İsmayılovun adı yoxdur. Bu isə belə düşünmək üçün əsas verir ki, onun son vaxtlar biznesinin qaydasında olmadığı və maliyyə böhranı keçirməyə başladığı iddiaları heç də səbəbsiz yerə ortaya çıxmayıb.
Yəqin ki, indi "AST Telman" bir ildə sərvəti ciddi şəkildə artan "Forbes"in məlum sıralamsında 8 pillə yüksələrək ilk "20-liyə" daxil olmağı bacaran Mənsimova həsədlə yanaşır. Hər halda onun Türkiyədəki biznesinin "Palmali Holdinq" prezidenti ilə müqayisədə uğurla getmədiyinə artıq heç bir şübhə yoxdur.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15