Hüseyn Abdullayev "Unikal"ı oxuyub niyə əsəbləşib?
11:08 05-12-2014
CƏMİYYƏT
Hüseyn Abdullayev "Unikal"ı oxuyub niyə əsəbləşib?
Keçmiş deputat qəzetimizdə dərc olunan
məqalədə öz keçmişini gördüyü üçün qeyzlənir
Xəbər verdiyimiz kimi, keçmiş deputat, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev son günlər aktivləşərək Azərbaycan hakimiyyətinin ünvanına tənqidi fikirlər səsləndirir. Bu müraciətləri radikal müxalifətin mətbu orqanı olan "Azadlıq" qəzetinə göndərməsi isə səbəbsiz deyil.
Xatırladaq ki, Hüseyn Abdullayevlə bağlı "Unikal" qəzeti ard-arda konkret faktlara söykənən yazılar dərc edib. Birinci yazıda onun keçmişdə hansı əməllərlə məşğul olması, həbsxanaya düşəndə necə ağlaması, yaxın ətrafına "torba tikməsi" barədə yazmışdıq. Onun ardınca, keçmiş deputat daha bir müraciət ünvanlayaraq hakimiyyətə, Prezident İlham Əliyevə qarşı qara piar kampaniyasına başladı. Həmin müraciətdən sonra konkret faktlarla Hüseyn Abdullayevin fəaliyyəti barədə geniş yazı hazırladıq. Amma o, yenə də öz bildiyindən əl çəkməyib.
Əldə etdiymiz məlumata görə, Hüseyn Abdullayev müraciətində "Unikal" qəzetinin adını çəkib. Amma "Azadlıq" qəzetinin rəhbərliyi qəzetin adını çıxarıb. Bizdə olan informasiyaya görə, Hüseyn Abdullayev onun barəsində qəzetimizdə yazılan materiallar onu ciddi şəkildə narahat edib.
Həqiqət acı olur. Elə bu səbəbdən də qəzetimizdə yazılanlar Hüseyn Abdullayevə çox təsir edib. Çünki onun quldur dəstəsi saxlaması, dostlarına necə xəyanət eləməsi, çörək yediyi qaba necə tüpürməsi barədə detallı şəkildə yazmışıq. Əgər Hüseyn Abdullayev qara piar kampaniyasına, şər-böhtan dolu açıqlamalara ara verməsə, onun barəsində yeni ifşaedici məteriallar gündəmə gətirəcəyik.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-06 00:42:16
2024-11-05 23:55:53
2024-11-05 23:38:03
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26