Xədicə İsmayılova gənci intihara sövq etdi
Xədicə İsmayılova gənci intihara sövq etdi

Buna görə ona 2 aylıq həbs verildi

Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə Xədicə İsmayılla bağlı məhkəmə prosesi olub və jurnalist barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildi. Qeyd edək ki, Xədicə İsmayılovaya qarşı CM-nin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.

Bunu Xədicə İsmayılın təzyiqlərinə görə intihara cəhd edən Tural Mustafayev deyib. Onun sözlərinə görə, intihar etməyə cəhd göstərməsinin səbəbini araşdıran istintaq belə qənaətə gəlib ki, Xədicə İsmayılova onu özünü öldürmə həddinə çatdırıb. "İstintaq araşdırma mərhələsindədir. Mən istintaq sirrinin yayılmaması ilə bağlı iltizama qol çəkmişəm. Ona görə də ifadəmlə bağlı heç nə deyə bilmərəm. İstintaq yekunlaşdıqdan sonra mətbuata açıqlama verəcəm" - deyə Tural Mustafayev bildirib. Xədicə İsmayıla yaxın olan qaynağın deməsinə görə O, son zamanlar həddindən artıq aqressiv olubmuş və gənc jurnalistlərə istədiyini etdirə bilməyəndə onlara qarşı təhqiraram sözlər deyib, işdən qovmaqla hədələyirmiş. Tural Mustafayevdə Xədicə İsmayılovanın qurbanlarından biri olub. Xatırladaq ki, Xədicə İsmayılova dekabrın 5-də səhər saatlarında prokurorluğa çağrılıb. Burada prokuror onun həbsi barədə təqdimat verib. Təqdimata baxılması üçün jurnalist Səbail rayon Məhkəməsinə aparılıb.
İnformasiya şöbəsi