ADP ilə AXCP-nin davası böyüyür
10:06 06-12-2014
CƏMİYYƏT
ADP ilə AXCP-nin davası böyüyür
Sərdar Cəlaloğlunun adamları ilə Əli Kərimlinin
nümayəndələri arasında qarşılıqlı ittihamlar davam edir
Radikal müxalifət düşərgəsində yenə də ara itib-məshəb qarışıb. Heç bir uğur əldə edə bilməyən müxalifətçilər ancaq özləri aralarında mübarizə aparmaqla kifayətlənirlər.
Sözsüz ki, ara qatan AXCP sədri Əli Kərimli və yaxın ətrafıdır. Belə ki, Əli Kərimli məğlubiyyət sindromuna düşdüyündən bütün tərəflərə atəş açır, amma cavablar gəldikdə isə küncə qısılmalı olur. Zaman-zaman ADP sədri Sərdar Cəlaloğlu ilə kəllə-kəlləyə gələn Əli Kərimli yenə də bu xasiyyətindən əl çəkməyib. Bir müddət öncə gündəmə gələn primadonna söhbəti Əli Kərimliyə ağır zərbə olduğundan ADP-yə qarşı sərt mövqe sərgiləyir. AXCP sədrinin bu qara piar kampaniyası isə cavabsız qalmayıb.
"Unikal"ın məlumatına görə, bunu ADP sədrinin birinci müavini Həsrət Rüstəmov bildirib: "Söyüşdən başqa əlindən bir iş gəlməyən tərbiyəsiz və deməli, həm də nadan, başıboş Facebook "qəhrəmanları"na deyirəm ki, söyüş söymək, həm də bunu şəxsiyyətini təhqir etmək istədiyiniz adamın xəbəri olmadan, eşidib görmədiyi bir yerdə etmək nəinki qəhrəmanlıq deyil, insanlıqdan uzaq bir şeydir. Bizim kənddə yalnız qanmaz uşaqlar onları hansısa ciddi səbəbdən şilləyə qonaq edən böyüklər gedəndən sonra, öz yaşıdları arasında şeşələnmək üçün söyərdilər".
Qeyd edək ki, son zamanlar AXCP fəalları olduğu bildirilən və sosial şəbəkələrdə Sərdar Cəlaloğlunu çox pis şəkildə təhqir edən bir qrup fəaliyyət göstərir. Sözügedən qrup əsasən KXCP sədri Mirmahmud Mirəlioğlunu, ADP sədri Sərdar Cəlaloğlunu, Ümid sədri İqbal Ağazadəni, Azadlıq Partiyasının sədri Əhməd Orucu və digər partiya sədrlərini hədəfə alıb. Bu mənada Həsrət Rüstəmovun bu fikirlərini həm də AXCP-yə yönələn fikirlər kimi də qiymətləndirmək mümkündür. ADP sədrinin birinci müavini qeyd edib ki, söyüşçülərin bir neçəsinin profilinə baxıb: "Onlar "uşaq" olsalar da, yaşları kifayət qədərdirlər. Əməllərinin heç də kişiyə yaraşmadığını qansınlar. Mənim onlara bir sözüm var: əgər siyasəti və qəzetçiliyi peşə seçmisinizsə, bir kənara boylanın, görün dünyada bu işləri necə görürlər. Yox küçə uşağı kimi söyüş söyəcəksinizsə, bunun üçün sosial şəbəkəyə ehtiyac yoxdur, bir zibilliyə çəkilin və ürəyiniz istədiyi qədər kimi istəyirsiniz söyün. Bir də ki, 40-nı keçirmiş bir insan kimi deyirəm: yaşca və vəzifəcə böyüklərin işinə qarışmayın. Bu ən yaxşı halda rəhbərinizə yaltaqlıq kimi görünür. Sərdar Cəlaloğlunun qaldırdığı məsələ siyasi məsələdir, konteksdən çıxarıb təhqir kimi qəbul edib, sonra da küçə söyüşləri söyməkdənsə, bir ağıllı adam tapın cavab versin. Məsələn desin ki, biz (yəni siz) Sərdar Cəlaloğlunun dediyi məsələlərlə məşğul deyilik. Sizin söyüşlərə cavab verməyəcəyəm. Allahdan sizin hamınıza həqiqi - həm ruhi və həm də fiziki cansağlığı, zehin açıqlığı arzu edirəm".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15