Milli Şura və AXCP Müsavatın mitinqində iştirak etməyəcək
10:07 06-12-2014
CƏMİYYƏT
Milli Şura və AXCP Müsavatın mitinqində iştirak etməyəcək
Cəmil Həsənli ilə Əli Kərimli müsavatçılara "otval" verdilər
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXC) və Milli Şura Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqdə iştirak etməyəcək.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı açıqlamasında deyib ki, mitinqdə iştirak barədə partiyada müzakirə aparılmır.
Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev də apa-ya deyib ki, Milli Şuranın Koordinasiya Mərkəzinin bu barədə hər hansı qərarı yoxdur: "Milli Şuranın sədri Cəmil Həsənli hazırda xaricdə olduğundan Koordinasiya Mərkəzinin toplantıları keçirilmir. Buna görə də hər hansı qərarımız yoxdur".
Xatırladaq ki, Müsavat Partiyası mitinqə yer ayrılması üçün artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Cəmil Həsənli Müsavatın mitinqinə qouşlmaq tərəfdarı olub. Amma Əli Kərimli buna imkan verməyib. Cəmil Həsənli Milli Şuranın mitinqində onlara qarşı edilən sayğısızlığa görə üzrxahlıq məqsədiylə Müsavatın mitinqində iştirak etməyi məsləhət görüb, amma AXCP sədri buna ehtiyac duymadığını deyib. Milli Şura sədri isə məsələnin üstünə getməyərək, Əli Kərimli ilə razılaşıb.
"Unikal"a açıqlama verən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli artıq müxalifət daxilindəki bu çaxnaşmalar barədə danışmağın yersiz olduğunu deyib. Onun sözlərinə görə, bəzi partiyalar mitinqi güc nümayişi kimi gündəmə gətirirlər, amma ortada da hər hansı bir güc yoxdur. Partiya yetkilisinin qənaətincə, nə qədər deyilsə də, təəssüf ki, bəzi partiyalar mitinqə yenə də gücün nümayişi kimi baxmaqdadır. "Bu isə geniş ictimaiyyətin kütləvi aksiyalara münasibətinə mənfi təsir edir və əksəriyyət mitinqlərə gəlmir. Hər bir mitinqdən sonra iştirakçıların sayının hesablanması və diqqətin qaldırılan tələblərə deyil, saya yönəldilməsi tamamilə səhv yanaşmadır. Biz daimi olaraq AXCP və Musavatın keçirdiyi mitinqlərdə bunu müşahidə etmişik. Sanki bu partiyalar cəmiyyətin problemləri üçün yox, özlərinin nə qədər sosial bazaya malik olduqlarını göstərmək üçün meydanlara çıxırlar. AXCP mitinq keçirib, mütləq Musavat da keçirməlidir məntiqi ilə yaşamaq səhvdir. Bu "yarış" kimə lazımdır. Bu partiyaların arasında olan gərginlik və barışmazlıq zaman-zaman müxalifət düşərgəsinə sağalmaz yaralar vurub", - deyən partiya funksioneri onu da nəzərə çatdırıb ki, nə Müsavatın, nə də AXCP-nin mitinqində iştirak etməyəcəklər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15