Con Kerrinin "unutduğu" Qarabağ
10:10 06-12-2014
CƏMİYYƏT
Con Kerrinin "unutduğu" Qarabağ
"Bazeldə ATƏT Nazirlər Şurasının 21-ci illik toplantısında ABŞ dövlət katibi Con Kerrinin çıxışı diqqətimi cəlb etdi. İnsan haqlarından, Ukrayna böhranından ağız dolusu danışan ABŞ rəsmisi çıxışında bir dəfə də olsun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanın işğal olunmuş ərazilərinə, oradan qovulmuş yüz minlərlə insanın hüquqlarının pozulması faktına toxunmadı".
Bunu mətbuata açıqlamasında ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, millət vəkili Azay Quliyev deyib.
A.Quliyevin sözlərinə görə, halbuki, Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın yüksək çinli rəsmisi ATƏT-in yüksək tribunasından istifadə edərək ölkəmizə qarşı uzun müddət davam edən bu haqsızlığa və işğala münasibət bildirə və Ermənistanın işğalçılıq siyasətinə siyasi qiymət verə bilərdi: "Hansı ki, Cənab Kerri yüksək səslə Rusiyanı Ukraynadakı işğalı dayandırmağa və beynəlxalq normalara əməl etməyə çağırır, Ukraynada ölən rus əsgərinə bir az da kinayə ilə "Sizin o torpaqlarda nə işiniz var idi?" – deyə Rusiyaya müraciətlə sual edirdi. Bəli, doğru sualdır, razılaşıram.
Qeyd edim ki, ABŞ rəsminin çıxışından əvvəl söhbət etdiyim siyasi ekspertlər, beynəlxalq analitiklər Kerrinin Dağlıq Qarabağ münaqişəsinə ehtiyatla olsa da yer ayıracağına ümid etdiyini söyləyirdilər. Təəssüf ki, növbəti dəfə ümid özünü doğrultmadı. ABŞ dövlət katibi nəinki Ermənistanın işğalçılığı haqda, ümumiyyətlə bu münaqişə barəsində danışmadı. Bəlkə də lüzum bilmədi.
Maraqlı vəziyyət yaranır, suallar doğur. Necə olur ki, keçən ay milli ordumuz tərəfindən Azərbaycanın işğal olunmuş ərazisində - Ağdamda vurulan Ermənistan Hava Qüvvələrinə məxsus döyüş helikopteri ilə bağlı ABŞ sərt reaksiya verir, bu azmış kimi iki gündən bir Azərbaycanda insan haqlarının pozulmasından ciddi narahat olduğunu qeyd edir, amma yüzminlərlə qacqın və məcburi köçkünün acınacaqlı taleyi, Kəlbəcərdən olan, öz dədə-baba evinə gedən, işğalçı ordunun qurduğu, qondarma rejim tərəfindən girov götürülərək, mühakimə edilən girovlarımız taleyi ilə maraqlanmırlar, məlumatlı olmadıqlarını deyirlər".
Deputat hesab edir ki, bütün bunları təhlil edərkən bir daha əmin olursan ki, Con Kerri və Dövlət Departamentini Ermənistanın işğalçı siyasəti nəticəsində haqqı pozulmuş, ən elementar hüquqlardan belə məhrum olmuş Azərbaycan vətəndaşının - insanın taleyi maraqlandırmır: "Onları maraqlandıran yalnız mili maraqları daima əsas tutan və ölkəmizi gərgin geosiyasi durumda, barıt çəlləyinə bənzəyən regionda baş verən siyasi təlatümlərdən qorumağı bacaran, heç kimin diqtə və şərtini qəbul etməyən Azərbaycan dövlətini və hakimiyyətini hədəf götürmək, "insan haqlarının pozulması" anlayışından özünəməxsus şəkildə alət, təzyiq vasitəsi kimi istifadə etməkdir. Təəssüf ki, bu gerçəkliyi bəzi QHT-lər və siyasi partiyalar ya tam olaraq dərk etmirlər, ya da onlara verilən sifarişi sözsüz icra etməklə məşğuldular. Nə qədər acı olsa da həqiqət budur".
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15