Yeni siyasi qüvvəyə hamilə qalan müxalifət
Demokratiyadan uzaq qalan siyasi güclər son anlarını yaşayır
Müsavat dağılır, AXCP tam iflas durumdadır və meydanda diqqəti cəlb etməyən qüvvələrin bir aktivliyi var. Gəlin yaranan mənzərəyə diqqətlə baxaq. Müsavata başqan seçkilərindən sonra aydın oldu ki, müxalifətin ən böyük problemlərindən biri və birincisi siyasi mədəniyyətə sahib olmamaları,hər zaman haqqında danışdıqları demokratiyadan çox uzaq olduqları ortaya çıxdı.
AXCP-yə gəldikdə isə bu qurumdakı mövcud aqressiya və potoloji nifrət o həddədir ki, atılan addımların faktiki nə mənası var , nə də təsir imkanları. Əksinə, aqressiya artdıqca müxalifətdaxili proseslər, daha sonra isə elə partiyadaxili qarşıdurmalarla əvəzlənir. Nəticədə isə faktiki olaraq müxalifət kadr itkisini yaşadı və yeni nəslin formalaşması istiqamətində heç bir addım atılmadı. Düzdür, bir il öncə "Nida" tipli gənclər təşkilatları yarandı və ümid oldu ki, müxalifətə yeni nəsl gəlir. Amma gənclərdən siyasi partiyaların məqsədli istifadə etmələri ümidləri sıradan çıxartdı. Bu gün isə gənclər təşkilatlarında aktivlik göstərən gənclər ümumiyyətlə müxalifətdən və siyasətdən imtina etdilər. Bununla müxalifət sonuncu zərbəsini aldı. Bəs indi nələr baş verir? Apardığımız müşahidələr göstərir ki, müxalifət düşərgəsində Azərbaycan siyasətinin şərtlərinə cavab verən partiyalar qalmayıb və bu səbəbdən siyasi mübarizə məhəlli ittihamlarla əvəzlənib. Demək olar ki, müxalif partiyaların əksəriyyəti bir-birini hakimiyyətə işləməkdə günahlandırırlar və görünən budur ki, onların məqsədi sadəcə olaraq müxalifət düşərgəsində birinci olmaqdır. Bu birincilik isə yenə də heç bir siyasi irəliləyişlə tamamlanmır, sadəcə olaraq müəyyən beynəlxalq güclərin maraqlarını öz üzərlərində cəmləşdirməklə, hansısa maliyyə resurslarını əldə etməyə çalışırlar. Qarşıdan isə 2015-ci ildə parlament seçkiləri gəlir və müxalifətin bu seçkilərdə də nəyəsə nail olması o qədər də inandırıcı deyil. Amma bunun qarşılığında bir sıra beynəlxalq təşkilatların Azərbaycanın daxili işlərinə bir başa müdaxiləsini görəcəyik. Çünki hazırda bu qurumlar bütün vasitələrlə çalışırlar ki, Azərbaycanda QHT-hakimiyyət qarşıdurması yaratsınlar ki, bundan da sonra istifadə edərək vətəndaş itaətsizliyi həddində qarşıdurmalar formalaşdırsınlar. Öncələr bu işi partiyalar vasitəsi ilə həll etməyə çalışsalarda məqsədlərinə nail olmadılar. Bu gün isə hədəfdə QHT-lərdir. QHT-lərin bir üstünlüyü var ki, onlara donorluq edən beynəlxalq təşkilatların böyük bir qismi erməni lobbisinin təsirindədirlər. Deməli sabah Azərbaycana qarşı fəaliyyətdə erməni lobbisinin də imkanlarından istifadə olunacaq. İndidən Leyla Yunus kartından maksimum dərəcədə istifadə buna əyani misaldır. Bəs belə olan halda Azərbaycan hansı yolu seçməlidir? Ekspertlər hesab edir ki, bu gün elə bir alternativ qüvvə yoxdur ki, Azərbaycan hakimiyyətinə zərbə vura bilsinlər. Amma beynəlxalq güclər təzyiqi artırmaqla mövcud hakimkiyyəti hansısa məsələlərdə güzəştə sövq edə bilərlər. Sirr deyil ki, Qərb Azərbaycana qarşı təzyiqləri artıran kimi Rusiya Azərbaycandan daha çox enerji resursları almağa çalışır və Azərbaycanın Gömrük İttifaqına qoşulmasına cəhdlər edir. Hesab etmək olar ki, yenə bu səhnələr təkrarlanacaq. Amma unutmayaq ki, hazırda Rusiya iqtisadi blokadadır və buna görə özünə yeni meydanlar axtarır. Azərbaycan isə hazırkı məqamda Rusiya üçün əlverişli bazar hesab oluna bilər. Buna görə güman etmək olar ki, böyük güclər Azərbaycanla bağlı siyasətlərinə yenidən baxacaqlar. Hətta belə ehtimallarda var ki, Qərb Azərbaycana təsir etmək üçün ölkədə ki, radikal dini qruplaşmalardan da istifadə edə bilər. Amma bütövlükdə götürəndə məlumdur ki, bu gün cəmiyyət hakimiyyətin yanındadır və bu səbəbdən Qərb sona qədər istədiyini edə bilməyəcək. Ölkədaxili siyasi vəziyyətə gəldikdə isə hesab etmək olar ki, 2015-ci ildən sonra müxalifət düşərgəsində növbəti təmizlənmə baş verəcək. Hətta yeni siyasi qüvvələrin yaranması prosesi də gündəmə gələ bilər. Qeyd edək ki, hələ iki il öncə "Real" təşkilatı siyasi partiyaya çevrilməyə cəhd etmişdi.AXCP və Müsavatın ciddi basqılarından
sonra bu proses yarımçıq qalmışdı.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15