Xələf Xələfov Xəzərin statusundan danışdı
2015-ci ildə Gürcüstan-Azərbaycan dövlət sərhədinin razılaşdırılmamış hissələrinin də dövlət komisssiyası tərəfindən razılaşdırılması vacibdir.
Bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Nazir müavini qeyd edib ki, hazırda Gürcüstan-Azərbaycan sərhədlərinin də delimitasiyası prosesi həyata keçirilir. İndiyədək dövlət sərhəd xəttinin böyük hissəsi komissiyalar tərəfindən razılaşdırılıb. Sərhədlərin təxminən üçdə bir hissəsi razılaşdırılmayan hissə kimi qalıb. 2015-ci ilin əvvəllərində bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək.
X.Xələfov deyib ki, Rusiya ilə Azərbaycan arasındakı sərhədlərin delimitasiyası məsələsi ilə bağlı dövlətlətlərarası müqavilə imzalanıb. Müqavilənin tələblərinə uyğun olaraq, hər iki dövlət sərhədlərinin demarkasiyası prosesi aparılır, dövlət komissiyaları fəaliyyət göstərir:
"Biz artıq bir necə görüş keçirmişik, normativ sənədləri qəbul etmişik və bu sənədlər Milli Məclis tərəfindən təsdiq olunub. Normativ proses başa çatandan sonra demarkasiyanın həyata keçirilməsi üçün sərhədboyu işarələrin qoyulması və bu kimi digər işlərin görülməsi üçün bu fəaliyyəti davam etdirəcəyik. Bu, uzunmüddətli fəaliyyətdir. Rusiya-Azərbaycan sərhədlərinin uzunluğuna görə bu istiqamətdə fəaliyyət bir neçə il davam edəcək. Bu illər çərçivəsində dövlət komissiyası daim fəaliyyət göstərəcək. Dövlət komisiyyalarının nəzdində olan işçi qrupları da bu fəaliyyətin əlaqələndirilməsini və ardıcıllığını təmin edəcəklər".
Xəzərin statusu barədə də danışan X.Xələfov əlavə edib ki, Həştərxan sammitində qərar iki il sonra veriləcək:
"Biz dekabr ayında Bakıda növbəti işçi qrupunun görüşünü keçirməyi planlaşdırırdıq. Təəssüf ki, iştirak edəcək heyətlərin iş cədvəllərində müəyyən dəyişikliklər olduğu üçün biz bunu təxirə saldıq. Biz bu tarixi 2015-ci ilin əvvəllərində dəqiqləşdirib tədbiri keçirəcəyik. Həştərxan sammitində dövlət başçılarının yekdil qərarı ilə nəzərdə tutulub ki, iki ildən sonra Qazaxıstanda sammit keçirilsin. Bütün Xəzəryani ölkələr bu tədbirlər çərçivəsində fəaliyyətlərini davam etdirəcəklər".
Digər Xəbərlər
2025-02-28 00:57:40

2025-02-27 21:02:13

2025-02-27 20:49:18

2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01
