Rusiyanın "Rossiya 1" telekanalında Azərbaycana qarşı təxribata yol verilib
Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Vladimir Solovyovla bazar axşamı" verilişində Azərbaycana qarşı təxribata yol verilib.
Ukraynadakı siyasi vəziyyətə, Donbas və Luqansk vilayətlərində baş verən proseslərə həsr olunmuş verilişdə aparıcı Vladimir Solovyov Dağlıq Qarabağdan söhbət açıb.
Belə ki, qondarma "Donetsk və Luqansk xalq respublikaları"nın mövcudluğu və gələcək perspektivləri müzakirə olunan zaman Rusiya Dövlət Dumasının sabiq deputatı, tanınmış politoloq Boris Nadejdin Donetsk və Luqanskın heç bir zaman müstəqil siyasət həyata keçirə bilməyəcəyini, orada yaşayanların iqtisadi vəziyyətinin heç vaxt düzəlməyəcəyini söyləyib.
O, həmin ərazilərin Rusiyaya, ya da Ukraynaya tabe olmasının vacibliyini bildirib. Bu zaman aparıcı V. Solovyov "Bəs Dağlıq Qarabağ bu gün necə mövcuddur?" sualı ilə B. Nadejdinə müraciət edib. Politoloq Dağlıq Qarabağın bir dövlət kimi mövcud olmadığını, həmin ərazilərin de-fakto Ermənistanın tərkib hissəsi olduğunu bildirib. V. Solovyov isə buna etiraz edərək Dağlıq Qarabağın "müstəqil" olduğunu əsaslandırmağa çalışıb, vaxtilə ora baş çəkdiyini diqqətə çatdırıb.
V. Solovyov ermənipərəst mövqeyi ilə tanınıb. Hələ 2011-ci ilin noyabrın 1-də aparıcısı olduğu "Vesti FM"də yayımlanan "Utro s Vladimirom Solovyovım. Polnıy kontakt" proqramında Azərbaycan dövləti və Azərbaycan xalqının ünvanına qeyri-etik ifadələr səsləndirib.
Dekabrın 7-də Rusiyanın dövlət kanalında V. Solovyov tərəfindən Azərbaycana qarşı edilən bu təxribat iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir. Azərbaycan və Rusiya prezidentlərinin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və tərəflər qarşılıqlı maraqlara əsaslanan bu münasibətləri daha yüksək səviyyəyə qaldırmağın vacibliyini dəfələrlə vurğulayıblar.
Şübhəsiz ki, erməni və rus xalqlarının dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə görə Ermənistan prezidenti Serj Sarkisyanın tərəfindən fəxri medalla təltif olunan V. Solovyovun bu cür təxribatları təsadüfi deyil.
Digər Xəbərlər
2025-02-28 00:57:40

2025-02-27 21:02:13

2025-02-27 20:49:18

2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01
