Ukrayna ordusu atəşkəs elan etdi
Ukrayna ordusu atəşkəs elan etdi

Rus hərbçilərinin cəsədləri ölkələrində yox olur?!

Ukrayna hərbçiləri prezident Pyotr Poroşenkonun qərarına uyğun olaraq ölkənin şərqində atəşin dayandırıldığını elan ediblər. "unian.net" saytının verdiyi məlumata görə, bu barədə Ukrayna antiterror qərargahının mətbuat mərkəzindən bildirilib.
Məlumatda qeyd edilir ki, atəşkəs rejiminin bütün istiqamətlərdə tətbiqinə başlanılıb. Mətbuat mərkəzindən həmçinin bildirilib ki, Ukrayna hərbçilərinin mövqeləri ötən gün bir neçə istiqamətdə, o cümlədən Donetsk aeroportunda separatçıların hücumuna məruz qalıb.

Xatırladaq ki, Ukrayna prezidenti ötən həftə Ukrayna ordusunun dekabrın 9-da atəşkəs xətti boyunca atəşi dayandıracağını bəyan edib. Donetsk və Luqansk "xalq respublikaları" da Kiyevdən gələn bu təşəbbüsü dəstəkləcəyini açıqlayıb.
"Xalq respublikaları"ndan dünən verilən açıqlamaya görə, atəşkəs rejiminə riayət edilir.

Ukraynada 26 rus
əsgəri öldürüldü

Srağagün Ukraynanın Qorlovkoy rayonu ətrafında döyüşlərdə 26 rus hərbçisi öldürülüb. axar.az xəbər verir ki, bu barədə məlumatı Feysbuk hesabında Ukrayna pilotsuz təyyarələrin koordinatoru Aleks Noyt verib.
Noytun sözlərinə görə, şiddətli döyüşlər nəticəsində 26 əsgər öldürülüb, 20-si yaralanıb: "Toqquşmalar davam edir. Rayona RTQ (taktiki kəşfiyyat qrupu) gətirilir".
Qeyd edək ki, ukraynalı hərbi ekspert Dmitri Timçuk bu gün açıqlamasında münaqişə bölgəsindən rusiyalı əsgərlərin cəsədlərinin çıxarıldığını bildirmişdi.

Rusiyada meyitlər
yoxa çıxır

Donbas vilayətinə "humanitar yardım" aparan yük avtomobilləri ilə Ukraynadan çıxarılan rus hərbçilərinin cəsədləri Rusiyada yox olur.
publika.az-ın "kavkazcenter.com" saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya hüquq müdafiəçisi, "Ukraynadan Rusiyaya Yük-200" "Facebook" qrupunun rəhbəri Yelena Vasilyev Ukrayna telekanallarından birinə müsahibəsində deyib.
Qeyd edək ki, Rusiya hərbçilərinin məxfi dilində döyüşdə həlak olanlar "Yük 200" adlandırılır. "Qəribə vəziyyət yaranıb. Ukraynada rus hərbçiləri həlak olurlar və onların cəsədi "humanitar yardım" aparan avtomobillərlə Rusiyaya gətirilir. Amma Rusiyanın ərazisinə gətirilən cəsədlər yumşaq dillə desək, yoxa çıxır. Hər şey Rostov vilayətində həll edilir. Cəsədləri valideynlərə vermirlər. Hamı anlayır ki, müharibə gedir. Sadəcə, görünür, rus xalqını çox qorxutmaq istəmirlər", - Vasilyev deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, öldürülmüş rus hərbçilərinin cəsədləri Samara, Voronej, Rostov və Taqanroq şəhərlərinə bölüşdürülür. O, cəsədlərin həmin şəhərlərdəki meyitxanalarda saxlanıldığını söyləyib.
Y.Vasilyevin sözlərinə görə, 2 milyon rubl müqabilində (təxminən 47 min dollar) anaları susdurmaq istəyirlər. "Hərbi hissələrdə qiyamlar baş verməsə də, vəziyyət ən azından olduqca gərgindir", - o əlavə edib.
Xatırladaq ki, rusiyalı hüquq müdafiəçisi ötən həftə Rusiyadan Ukraynaya gedən rus əsgərlərinin prezident Vladimir Putinə qarşı üsyana qalxmağa hazır olduğunu bildirmişdi. "Yüzlərlə sink tabut Rusiya əsgərlərində "soyuq duş" effekti oyadıb. Hərbçilər Putinə qarşı qalxmağa hazırdır", - hüquq müdafiəçisi bildirib.

Kiyevdən SOS:
"Raketlər Rumıniya və Macarıstana çatır"

Rusiya təxminən 50-60 min hərbi qulluqçusunu və operativ-taktik raketləri işğal edilmiş Krım yarımadasında yerləşdirib.
"censor.net.ua" saytının verdiyi məlumata görə, bu barədə "5 kanal"ın efirində Ukrayna Ali Radasının milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin sədr müavini, polkovnik Yuliy Mamçur bildirib.
"Qərb Rusiyanın Krımda yerləşdirdiyi operativ-taktik raketləri haqqında fikirləşməlidir. Bu raketlər Rumıniya və Macarıstana çatır", - Y.Mamçur vurğulayıb.
Bundan əvvəl isə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Rusiya Krımda "İskəndər" raket komplekslərinin divizionunu yerləşdirib. Hesab olunur ki, sözügedən raketlər taktik nüvə silahının çatdırılması üçün vasitə ola bilər.

İnterpol Yanukoviçin
axtarışından imtina etdi

İnterpol Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi axtarışa verməkdən imtina edib. Bunu Ukraynanın Baş prokuroru Vitali Yaryoma bəyan edib.
"Onlar rəsmi olaraq bizim sorğularımızı cavablandırmırlar. Biz onlara materiallar göndəririk, onlar isə susurlar. Danışıqlarda isə bizə deyirlər ki, Yanukoviçin axtarışı siyasi təqib mahiyyəti daşıyır", deyə Yaryoma bildirib.
Qeyd edək ki, Ukrayna Baş prokurorluğu Viktor Yanukoviç və ona yaxın məmurlara qarşı 30-dan artıq cinayət işi açıb.

İranlı yazardan
sensasion məqalə

İranlı məşhur yazar Əmir Taheri Qərb mətbuatında Rusiya prezidenti Vladimir Putini sərt şəkildə tənqid edən məqaləylə çıxış edib.
avropa.info həmin məqalənin tərcüməsini təqdim edib:
Vladimir Putinin şəxsiyyətə pərəstiş kultu ətrafında yaranmış əfsanələrdən biri də gəncliyində "Müqəddəs torpaqlara" ilk səfərinin üzərində qurulmuşdur. Onun Rusiya üçün xüsusi bir missiya daşıdığı fərz olunur. Putin sisteminin üç ayağı var; tək adam, tək millət, tək vəzifə!
Bu şüar bu insanın hər zaman diqqət mərkəzində qalmasını təmin edir. On ildən artıq bir vaxtdır ki, Putin müxtəlif siyasi təcəssümlərlə böyük beynəlxalq konfranslarda iştirak etmək və artan neft gəlirlərini xərcləyib Moskvada xarici dövlətlərin yüksək vəzifəli şəxslərinə ev sahibliyi etməklə müvəffəq olmağa çalışır.
Rusiya Krım böhranını başlatdığı gündən bu yana bir neçə xarici oliqarx Rusiyada səfərdə olub. Putin isə beynəlxalq tədbirlərə qoşulmaqla dəvətnamələrin sayını sıfıra endirmişdir. Rusiya son olaraq isə G8 zirvəsindən kobud şəkildə uzaqlaşdırılmışdı. Avstraliyada G20 zirvəsinə dəvət olunmasına baxmayaraq təcavüzkar atmosferdən günorta yeməyində iştirak etmədən qaçmaq məcburiyyətində qaldı.
Bu aralarda Putin 2-ci və 3-cü səviyyəli liderlərlə əlaqə qurmaqla özünü gündəmdə tutmağa çalışır. Putin Abxaziyanın baş nazirini salamlayarkən televiziyada görünür; Qondarma Dağlıq Qarabağ dövlətinin parlamentinin rəhbərindən təbrik alır; İran prezidenti Ruhani ilə telefonla danışması Putinin nəzarəti ilə mətbuatda yayılır.
Bir il bundan əvvələ qədər Putin tərəfindən iddia olunan "qlobal liderlik" səviyyəsi indi Abxaziya, Cənubi Osetiya, Dnestryanı, qondarma "Dağlıq Qarabağ" kimi bölgələr, Ukraynanın Donetsk və Lugansk bölgələri, İranın molla rejimi və strateji dərinlik illuziyası yaradan Əsəd rejimi səviyyəsinə düşdü.
Ölkələrinin böyüklüyünə baxmayaraq ruslar hər zaman dümən xalqlar tərəfindən mühasirəyə alınmaq qorxusuyla yaşayırlar. Bu gün bu qorxu yersiz olmaya bilər. Çünki Rusiyanın 14 qonşusu ilə əlaqələri ya soyuqdur ya da gərgindir.
NATO üzvü olan 5 qonşu ölkə, xüsusilə də ABŞ və İngiltərə kimi digər üzvlərin yardımıyla Rusiya ilə müharibəyə zəmin hazırlayırlar. Rusiya ilə dördüncü ən uzun quru sərhədinə malik Ukrayna isə Moskva ilə müharibə şəraitindədir.
Rusiya ilə ikinci ən uzun quru sərhədinə malik Çin torpaqlarının böyük bir hissəsinin 60-cı illərdə Rusiya tərəfindən işğal olunmasını hələ də unutmayıb. Elə buna görə də Pekin Putinin anti-qərb ittifaqı, Şanxay Əməkdaşlıq Təşkilatını yüksəltmək səylərini görməzlikdən gəldi. Çinin illərdir qəbul etmədiyi S400 raket sistemi də Putinin Krımı işğan etməsi üçün Pekini razı sala bilmədi.
Gürcüstan da Rusiya üçün bir düşmən mövqeyindədir. Çünki Putin 2008-ci ildə torpaqlarının 25 %-ni işğal edib. Mühüm etnik azğınlıqlar olan Monqolustan və Qazaxıstan da Putinin onlara dost deməsini özləri üçün bir təhlükə yarada biləcəyindən qorxurlar. Digər qonşu və rusların özlərindən də güclü rus olan Belarusiya da Mokvanın ona qucaq açmasından qaçır.
Azərbaycan, Ermənistanın iki dostu olan İran və Rusiyaya qarşı Türkiyə, İsrail və ABŞ ilə dostluq strategiyası inşa edib.
Avropa Birliyinin üzvü olan Finlandiya da Rusiyanı cəzalandırmaq üçün əməkdaşlığa imza atmaz.
Rusiyanın yeganə dostu Şimali Koreyadır. Bu isə onu rahatlatmır. Çünki uşaqüzlü Kim Çen Inın uşaqcasına amma təhlükəli zarafatlarına dözmək lazımdır.
Putinin xarici siyasəti ilə rus iqtisadiyyatı zəif xətlə neqativ böyümə mərhələsinə girmişdir.
Bu il Rusiyada 05 %-dən daha az böyümə qeydə alına bilər. 2015-ci ildə isə bu rəqəm sıfırın altına düşə bilər. Rus tublu 2013-cü illə müqayisədə dəyərinin təxminən 13-ni itirdib. 2009-cu ildən bu yana ən ucuz neft qiymətləri ilə Rusiya iqdisadiyyatı neft ixracatından asılı vəziyyətdədir.
20 il ərzində ilk dəfə Moskvaya gələn turistlər "valyuta tacirləri" tərəfindən ovlanmağa çalışılır. İndiyə qədər varlı ruslar Kipr də daxil olmaqla xarici banklara pul axıtdığı bir dövrdə 87 xarici şirkət ya balacalaşdı ya da tamamilə bağlandı.
Krım da bu vəziyyətdə bahalı bir aşna olmağa başlayır. Turist gəlirlərinin 50 %-ni itirən yarımada artıq Moskvanın maddi yardımına möhtac vəziyyətdədir.
Eyni zamanda Rusiya illik 12 milyard dollar maaş və pensiya xərclərini qəbul edib. Bundan da başqa Putin milyardlarla dollar xərcləyərək 2018-ci ilə qədər istifadəyə veriləcək Krım ilə "vətən" arasında bir körpünün inşası qərarına gəlib. Maddi çətinlik Donetsk separatçılarını maliyələşdirmək yönündən Putinin iştahını qaçırdır.
Putinin Avropa Birliyinə qarşı yürütdüyü embargo siyasəti meyvə, tərəvəz, ət, süd, kimi məhsulların qıtlığına gətirib çıxarmışdır. Murmansk kimi bölgələrdə bəzi yoldaşlar növbəti dəfə sovet tipli çətinliklərlə qarşı-qarşıya qaldıqlarını söyləyirdi. Moskvada ətin qiyməyi 40 %-dən çox artmışdır.
Təbii ki, rusları hər zaman kürü ilə idarə etmək mümkündür.

Kənan Rzaquliyev