Hacıbala Abutalıbova qarşı məhkəmə iddiaları artır
10:25 10-12-2014
CƏMİYYƏT
Hacıbala Abutalıbova qarşı məhkəmə iddiaları artır
Bakı şəhər İcra Hakimiyyətinin
məhkəməyə verilməsi adiləşməkdədir
Hacıbala Abutalıbovun rəhbəri olduğu Bakı Şəhər İcra Hakimiyyəti növbəti dəfə məhkəməyə verilib. Bakı Apelyasiya Məhkəməsinin verdiyi məlumata görə, Meriyanı məhkəməyə verən şəxs İbadov Qahir Hüseyn oğludur.
Vətəndaş bundan başqa, Bakı İH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsindən də şikayətçidir. O, adıçəkilən qurumlardan fərdi yaşayış evinin tikintisi üçün hazırlanmış layihə sənədinin dövlət ekspertizasının keçirilməsi və təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edib.
Qeyd edək ki, bu il ərzində Abutalıbovun meriyasına qarşı saysız-hesabsız məhkəmə iddiaları irəli sürülüb. Nümunə üçün onlardan bəzilərini xatırlatmaq yerinə düşərdi.
Məsələn, iki ay əvvəl saytların xəbər lentlərini Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun məhkəməyə verilməsi xəbəri bəzəyirdi. Belə ki, Bakı meri qanunsuz olaraq günün günorta çağında, uşaqların gözü qarşısında sahibsiz heyvanların güllələnməsinə icazə verdiyinə görə ittiham olunurdu.
Bu haqda məlumat verən Elxan Mirzəyev və Anar Süleymanov bildiriblər ki, Bakı meriyası bir qrup heyvansevər tərəfindən məhkəməyə verilib. "Azərbaycan dövləti 2007-ci ilin may ayında ölkə başçısının sərəncamı ilə "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasına qoşulub. 2011-ci ilin mart ayında isə Azərbaycanın Nazirlər Kabineti sahibsiz heyvanları qoruyan qanun qəbul edib. 38 saylı qanuna əsasən, heyvanlara işgəncə vermə və ya öldürməyə görə inzibati cəza - 500 manatdan başlayaraq cərimə nəzərdə tutulub" - iddiaçılar həmin vaxt bildirmişdilər.
Bundan başqa, il ərzində Niyazi Məmmədli adlı vətəndaş da maddi ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə üz tutub. N. Məmmədlinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə verdiyi qurum isə yenə Bakı şəhər İcra Hakimiyyəti idi.
"Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib" - iyun ayında bu başlıqla yayılan xəbərdə bildirilirdi ki, bu barədə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsindən məlumat verilib.
Meriyadan Aqil Adıgözəlov adlı vətəndaş ziyanın ödənilməsini tələb edir.
Qeyd edək ki, yuxarıdakı nümunələr 2014-ci il boyunca Bakı meriyasına qarşı irəli sürülən məhkəmə iddialarının çox az bir hissəsidir. Bunun üzərinə əvvəlki illərdə qaldırılan məhkəmə iddialarını da gəldikdə paytaxt rəhbərliyi üçün artıq həmin iddiaların çox adiləşdiyini asanlıqla demək mümkündür.
Onu da deyək ki, KİV-də Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə göndərilən iddialar arasında Bakı şəhər İcra Hakimiyyətinə qarşı açılmış məhkəmə davalarının üstünlük təşkil etdiyinə dair məlumatlar var. Abutalıbovun qurumunun bu qədər çox məhkəməyə verilməsi isə maraq doğurmaya bilməz.
Görünür, paytaxtın icra hakimiyyətinin fəaliyyətində həqiqətən xeyli nöqsanlar var və bu nöqsanlarla rastlaşanların hüquqlarını məhkəmədə təmin etməkdən başqa çıxış yolları qalmır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15