Bakıda şok kütləvi intihar cəhdi
Bakıda şok kütləvi intihar cəhdi
Pullarını ala bilməyən 5-6 fəhlə çıxış yolunu canlarına qıymaqda gördülər

Dünən Bakıda bir neçə nəfər binanın damına çıxaraq intihar etmək istəyir. Daxili İşlər Nazirliyinin yanında tikintisi başa çatmayan 15 mərtəbəli binanın damına çıxan 5 nəfər şəxs intihar edəcəklərini bildiriblər.
Bakıda bir qrup şəxsin tikintisi davam etdirilən çoxmərtəbəli binada intihara cəhd etməsi olayı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisənin ilkin olaraq Səbail rayonu ərazisində baş verdiyi bildirilsə də, dəqiqləşdirmələrdən sonra ərazinin Yasamal rayonuna aid olduğu məlum olub. Bildirilir ki, həmin tikilən binada çalışan və pullarını ala bilməyən 5-6 fəhlə binanın ən hündür mərtəbəsinə çıxıb. Onlar tikinti rəhbərliyindən pullarını tələb edirlər və əks halda özlərini ataraq intihar edəcəklərini deyirlər.