Oqtay Şirəliyevin nazirliyi ilə bağlı yeni ittihamlar
Oqtay Şirəliyevin nazirliyi ilə bağlı yeni ittihamlar

Səhiyyə Nazirliyinin vaksinasiyalar barədə insanları məlumatlandırmaq həvəsi niyə yoxdur?

Sovet vaxtı peyvənd bir qayda olaraq hər kəsə tətbiq olunurdu. İndi bu profilaktik tədbir nüfuzunu itirib. Səbəb ölkəyə gətirilən vaksinlərin keyfiyyətinə olan şübhələrdir. Bəs peyvənd adı ilə körpənin dünyadakı ilk 12-inci saatında bədəninə yeridilən nədir? Doğrudanmı, körpələrə vurulan peyvəndlər onları gələcəkdə Hepatit B və digər xəstəliklərdən qoruyacaq. Peyvənd illərdir, dərman istehsalçılarının uydurduğu mifdirmi, yoxsa uşaqlarımızın xilaskarıdırmı?

Son illər bu suallarla başını yoran valideynlərin sayı çoxalıb. Həm dünya ölkələrində, həm də Azərbaycanda sosial şəbəkə və internet imkanları dilemmanın sahəsini böyüdür. 1998-ci ildə ABŞ, ingiltərə, Avstraliyanın birgə istehsalı olan "Vaksinasiya - gizli həqiqətlər" adlı sənədli film isə adamlar arasında böyük çaşbaşlıq yaradıb. Ölkəmizdə Səhiyyə Nazirliyinin bu barədə insanları məlumatlandırmaq həvəsi isə yoxdur. Peyvənd vuran və vurduran vaksinin tərkibindən çoxu xəbərsizdir. Peyvənd ətraflı müayinə olunmayan uşaqların gələcəyini kor edə bilər. Gizli nevroloji problemi, həssas orqanizmi olan uşaqlarımıza vaksinlər sınanmadan yeridilir.
Səhiyyə sisteminin "güllük-gülüstanlıq" olduğunu elan edən nazirlik, peyvənddən sonra diaqnostika sistemini belə qura bilməyib. Poliklinikalarda vaksinlərin tərkibini açıqlayan poster asmaqdan çəkinirlər. Valideynlər peyvənd vurdurmağa məcbur edilir. Vurdurmayanların sənədləri pulla satılır. Halbuki,"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununda (maddə 6.)nəzərdə tutulur ki, hər bir vətəndaşın peyvəndi könüllü və razılıq əsasında aparılmalıdır.
Qeyd edək ki, Səhiyyə Nazirliyindən vaksinlərin tərkibini tələb edən Əhməd Rəhmanov adlı valideyn dövlət qurumu ilə dəfələrlə məhkəmə çəkişmələri yaşayıb. Kiçik oğlunun peyvənd qurbanı(autizm xəstəsinə çevrilib) olduğunu deyən Əhməd müəllim, ölkədəki peyvəndləmə sistemindən narazıdır: "Əlimdə faktlar var. Bu Hepatit B əleyhinə Səhiyyə Nazirliyimiz tərəfindən istifadə olunan peyvənddir. 1 doza - 0.5 ml-dir. Tərkibində konservant olaraq - timerasol (civənin orqanik formasi) 0.025 mq və immun reaksiyanı artırmaq üçün aliminium hidroksid - 0.25-0,4 mq var. Qeyd edim ki, civə insan orqanizminə ən ağır ziyan verə bilən maddələrdən biridir, onun orqanik birləşmələri isə qeyri-orqanik birləşmələrinə nisbətən daha ziyanlıdır. Civə insan orqanizmində yığılaraq, onun bütün orqan və toxumalarına təsir göstərir və müxtəlif xəstəliklər yaradır. Ən çox fəsadları isə sinir sisteminə yetirir. Nəticədə "qoca dəli papaqçı", minamat adlı xəstəliklər meydana gəlir, mərkəzi və periferik sinir sistemində ağır dəyişikliklər baş verir. Aluminum da müxtəlif xəstəliklər yaradır və yenə də əsasən sinir sistemini dərindən zədələyir. Misal olaraq, Alsqeymer və Parkinson xəstəliklərini göstərmək olar. Onu da vurğulamaq lazımdır ki, patogen virus, bakteriya və göbələklər orqanizmdə ağır metalların molekullarından istifadə edərək, onlarla birləşir, nəticədə özlərinə bioplyonka yaradır. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, orta və yaşlı insanlara civə qəbulunun çəkinin hər kiloqramına uyğun olaraq, 0.1 mikroqram dəyərində olmasına icazə verilir.Belə olduğu halda, əgər yeni doğulan uşağın çəkisi 3-4 kq-sa, deməli, o, gün ərzində 0.3-0,4 mikroqram civə qəbul edə bilər. Ona isə ömrün ilk anlarında peyvəndlə 0.025 mq (və ya 25 mkq) civə və 0.25-dən 0.4 mq-dək aliminium vurulur. Nəticədə də uşaqlar irəli yaşlarda müxtəlif əqli və fiziki cəhətdən sağlamlıq problemləri ilə qarşılaşırlar."
Onu da deyək ki, bu gün vaksinlərin tərkibi barədə pediatrların çoxu da bilmir. Valideynləri peyvəndə məcbur etməklə yanaşı, vaksinasiya tədbirinə qoşulmayanlardan pul tələb edirlər. Əldə olunan məlumata görə, hətta valideynlər cərimə olunması ilə qorxudulur.
Əvvəldə də deyildiyi ki, peyvənd vurdurmaq könüllüdür. Və əgər uşağınızın sağlamlıq haqqında sənədlərini hazırlayan həkim sizdən peyvənd etmədiyinizə görə pul tələb edirsə, ondan şikayət etməyə haqqınız var. Sənəddə "peyvənd olunmayıb" cümləsi əvəzinə, sizdən pul alıb guya vaksinlərin vurulmasını təsdiq edirsə, onda təqsirkar özünüzsüz.
Səslənən ittihamlara isə Oqtay Şirəliyevin rəhbəri olduğu Səhiyyə Nazirliyinin aydınlıq gətirməsi lazımdır. Axı söhbət genefondumuz üçün yarana biləcək təhlükədən gedir.
Günel Əkbər