2015-ci il üçün dünya ilə bağlı şok proqnozlar
11:13 12-12-2014
İQTİSADİYYAT
2015-ci il üçün dünya ilə bağlı şok proqnozlar
Hansı ölkələri qarşıda ağır problemlər gözləyir?
Ekspertlər ötən ilin iqtisadi göstəricilərini analiz etdikdən sonra qorxulu nəticələrə gəliblər.
milli.az xəbər verir ki, neftin qiymətinin düşməsi və inflyasiya ilə yanaşı, bir çox şok effekti yaradan proqnozlar verilib.
Britaniyanın yaşayış binaları
sektoru uçuruma gedir
Birləşmiş Krallığın iqtisadiyyatı ümumdünya böhranından nisbətən üzüağ çıxmışdı. İqtisadi tənəzzülün, hələ də, davam etdiyi bir zamanda Birləşmiş Krallığın iqtisadiyyatı dözümlülük nümayiş etdirir. Ancaq Britaniyada daşınmaz əmlak sahiblərinin sevinci çox çəkməyəcək. 2015-ci ildə krallıqda daşınmaz əmlakın qiymətinin 25% aşağı düşəcəyi proqnozlaşdırılır.
Yaponiyada inflyasiya
Gələn il Yaponiyada inflyasiyanın səviyyəsi minimum 5% olacaq. Yaponiya bankının fəaliyyəti aktivlərin qiymətini qaldıracaq. Bu da ölkədə bütün qiymətlərin qalxması ilə nəticələnəcək. Yaponiya ieninin dəyərinin digər valyutalarla müqayisədə aşağı düşməsi inflyasiya riskini daha da artıracaq.
Rusiyanı defolt gözləyir
Rusiyanın iqtisadiyyatı hətta sanksiyaların tətbiqindən əvvəl də çökürdü. Neftin qiymətinin aşağı düşməsi, Ukrayna ilə münaqişə və sanksiyalar vəziyyəti daha da pisləşdirib. Artıq vəziyyət kritik hal alıb. Rublun dəyərinin 40% aşağı düşməsi buna bariz nümunədir. Rusya iqtisadiyyatını qasırğa gözləyir. Bu qasırğadan sonra ya dövlət şirkətləri, ya da hökumətin özü defoltu elan edəcək.
2015-ci ilin sonuna qədər Rusiyanın şirkətləri 134 milyard dollar xarici borc qaytarmalıdırlar. Hazırda Rusiyanın valyuta ehtiyatları 400 milyard dollardır. Həmin vəsait bir qədər zaman qazanmağa imkan yaradacaq, ancaq işıqlı səhər görünmür.
Yeri gəlmişkən, Danimarka "Saxo Bank"ının hesabatında da eyni qənaəti bölüşürlər. "Financial Times" qəzetinin verdiyi xəbərə görə, hesabatda bildirilir ki, Rusiyanı güclü "iqtisadi fırtına" gözləyir.
Bank analitikləri hesab edir ki, iqtisadi böhran yaşayan Rusiya 1998-ci ildə olduğu kimi "hər şeyi ağ vərəqdən" başlamamalı olacaq.
Hesabatda bildirilir ki, Rusiyanın bəzi dövlət şirkətləri iflasa uğramaq astanasındadır. Bundan başqa, danimarkalı bankirlərin proqnozlarına görə, bu gedişlə Rusiya hökuməti defolt elan etmək məcburiyyətində qalacaq.
"2015-ci ilin sonuna qədər Rusiya şirkətləri xarici öhdəliyə görə 134 mlrd. dollar ödəməlidir. Lakin pul həm özəl şirkətlər, həm də dövlət pul çatışmazlığından ehtiyatlanır. Bu isə vəziyyəti bir qədər də qəlizləşdirir", - deyə hesabatda bildirilir.
Təbii ki, əsas səbəb kimi, bankirlərin bu cür pessimistik proqnozları ABŞ və Avropa İttifaqının Ukrayna münaqişəsinə görə, Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır.
İnternet kommersiyasının sonu
Son illər dəfələrlə hakerlərin nəhəng korporasiyalara hücumunun şahidi olmuşuq. Buna Apple sistemində məlumatların, məşhurların fotolarının oğurlanması da daxildir. 2015-ci ildə böyük oyunçulara qarşı hücumlar daha da güclənəcək.
Vulkan püskürəcək
2015-ci ildə İslandiyadakı Bardarbunqa vulkanının oyanacağı gözlənilir. Bu da Avropa səmasına çoxlu sayda zəhərli kütlələrin atılmasına səbəb olacaq. Vulkanın püskürməsi hava şəraitini də dəyişəcək. Nəticədə dünyada dənli bitkilərin istehsalı azalacaq ki, nəticə olaraq həmin məhsullara tələbat təmin olunmayacaq və qiymətlər artacaq.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59