"Qərb Azərbaycanın daxilindəki "adamları" vasitəsilə həmin "proqnozu" reallaşdırır"
10:35 13-12-2014
CƏMİYYƏT
"Qərb Azərbaycanın daxilindəki "adamları" vasitəsilə həmin "proqnozu" reallaşdırır"
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Bazel ministerialında jurnalistlərə verdiyi açıqlamada Azərbaycanın daxili vəziyyətinə də toxundu:
"Demokratiya, insan hüquqları pozulur", "Korrupsiya beynəlxalq qurumları ələ almaq üçün Azərbaycanın əlində vasitəyə çevrilib", "Ermənilərlə normal münasibəti təbliğ edənlər həbs olunur" və s. Ermənistanın xarici işlər naziri bu mövzuya bir neçə dəfə müraciət edib. Bununla o, Azərbaycanın daxilində adı sadalanan mövzulara ermənilərin sahibliyini nümayiş etdirdi. Bunu politoloq, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib: "Ermənistan rəhbərliyində bu ideyanın ilk müəllifinin kim olduğunu deyə bilmərik. Amma faktdır ki, Ermənistan prezidenti S.Sarkisyan son illərdə Avropadakı erməni icmaları ilə görüşəndə erməni icmaları Avropa dövlətlərindəki azərbaycanlıların güclənməsindən şikayətləniblər. S.Sarkisyandan kömək istəyiblər. Brüsseldə və Çexiyada olarkən Ermənistan prezidenti həmin ölkələrdəki, ümumiyyətlə, Avropa ölkələrindəki ermənilərə Azərbaycan Respublikasındakı demokratiya və insan hüquqları ilə məşğul olmağı məsləhət bilib. Bu da nəticəsi. Avropadan Azərbaycanda olan müəyyən qrup QHT və jurnalist təşkilatlarına sifarişlər gəldi, qrantlar ayrıldı. Qərb özünün Azərbaycanda olan bütün "adamlarına" Azərbaycanda insan hüquqlarının pozuntusu görüntüsü yaratmaq üçün əllərindən gələn hər şeyi etmək tapşırığını verdi. Bu tapşırıqlar qrant formasında sənədləşdirilən kimi Ermənistan prezidenti S.Sarkisyan Çaxkadzorda Beynəlxalq Erməni Gəncləri Təşkilatlarının təmsilçiləri ilə görüşərkən yaxın 3-4 il ərzində Azərbaycanı faciəli sonluğu "proqnozunu" verdi. İndi Avropadakı strukturlar Azərbaycanın daxilindəki "adamları" vasitəsilə həmin "proqnozu" reallaşdırır. S.Sarkisyanın məqsədi bəllidir".
M.Əhmədoğlu qeyd edib ki, Azərbaycandakı demokratiya və insan hüquqları mövzusunda ortalığa real iş qoymaqla Azərbaycanın imicini zədələmək, ermənilərin antidemokratik Azərbaycanda yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, eləcə də Ermənistanın daxilində öz hakimiyyətinin ömrünü uzatmaqdır:
"Ermənistan prezidentinin Avropadakı havadarlarına söykənib Azərbaycanı ləkələməsi gözlənilən idi. Çünki məhz bu adamlar vasitəsilə o, Ermənistanda insan hüquqlarının və demokratiyanın əla vəziyyətdə olduğu rəyini formalaşdıra bilmişdi:
Ermənistanda son prezident seçkiləri ilə bağlı ATƏT DTİHB-in son yekun rəyi bu günə qədər yoxdur. Çünki 2013-cü ilin fevral ayında rəqabətliliyin olmadığı, iri müxalifət partiyalarının iştirak etmədiyi, administrativ resurs tətbiq olunduğu, seçici siyahılarının dəqiq olmadığı, inam çatışmazlığı problemi olan prezident seçkiləri zamanı baş verən qüsurlar o qədər çoxdur ki, onu yekunlaşmaq ATƏT DTİHB-in imkanı xaricindədir.
ABŞ səfiri C.Heffern səsvermə günündən əvvəlki iki gün ərzində prezident seçki qərargahının rəhbəri O.Abramyan (həm də parlamentin spikeri idi) və MSK-nın başçısı T.Mukuçyanla gizli görüşlər keçirdi. ATƏT DTİHB-in həqiqi mövqeyi Ermənistanın taleyini antidemokratik istiqamətdə həll edirdi. ABŞ səfiri C.Heffern 10 günlük pauza elan etdi;
İsveç Krallığının xarici işlər naziri K.Bildt ATƏT DTİHB-in hesabatları ilə bağlı sensasiyalı fikirlər yaydı. Nazir Ermənistandakı seçkilərdə heç bir irəliləyiş olmadığını, geriləmənin olduğunu vurğuladı.
İCES müşahidə missiyasının rəhbəri, yəhudi mənşəli siyasətçi A.Tsinger seçicilərin S.Sarkisyana "sarı vərəqə" göstərdiyini bildirdi.
"Qəribə seçki" adını almış bu seçkilərdə prezidentliyə namizədlərdən birini güllələdilər, digərini həbs etdilər. Prezidentliyə namizədlərin ən üstünlük verdiyi təbliğat vasitəsi isə aclıq aksiyası idi".
Politoloq deyib ki, Rusiyada keçirilən seçkilərdə Qərbin reallaşdırdığı bütün layihələrin "xaç atası" Q.Melkonyants Ermənistandakı prezident seçkilərinin nəticələri ilə bağlı mütəxəssis rəyini açıqladı: "S.Sarkisyan 41.07%, R.Ovannisyan isə 52.4% səs toplayıb. Rusiyadakı seçkilərin antidemokratikliyi ilə bağlı Q.Melkonyantsa inanan ABŞ və Avropa strukturları onun Ermənistanda seçkilərlə bağlı apardığı hesablamalarının metodologiyasını qəbul etmədi. Q.Melkonyantsın faktiki rəhbərlik etdiyi "Qolos" təşkilatı ABŞ tərəfindən yaradılıb və maliyyələşir.
Həm prezident, həm də parlament seçkilərində S.Sarkisyan Qərbi aldada bilmişdi ki, Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşa biləcək. Əsas odur ki, Avropa təşkilatları Ermənistandakı seçkilərə demoktratik don geydirsin.
Müstəqil Ermənistanda heç bir seçki qansız ötüşməyib. Hətta yerli özünüidarəetmə orqanlarının seçkiləri zamanı Ermənistanda ölüm faktı qeydə alınıb. Məhz o zamankı avrokomissar Ş.File yerli özünüidarəetmə orqanlarına seçkilərdə səsverməyə bir gün qalmış, ölüm hadisəsinin qeyd alındığı vaxtda Ermənistana gəldi. Ermənistanda demokratiyanı təriflədi. 60 milyon avroluq pul çekini qoyub getdi".
Onun sözlərinə görə, Avropa Xalq Partiyası özünü prezident seçkilərinin qalibi adlandıran, "İrs" partiyasının sədri, ABŞ vətəndaşı R.Ovannisyanı tədbirinə dəvətdən imtina etdi. Çünki prezident S.Sarkisyan belə istəmişdi:
"Bu həmin S.Sarkisyandır ki, 2008-ci ilin martında hakimiyyətə gəlməsi 10 nəfərin ölümü hesabına baş tutmuşdu. 2008-ci ilin 1 mart hadisələrinin istintaqı bu günə qədər başa çatmayıb. AŞPA Avroparlament və onların müxtəlif strukturları bu günədək 1 mart hadisələrinin istintaqı ilə bağlı rəsmi Yerevana qarşı heç bir ciddi tələb irəli sürməyiblər. AŞPA-nın İnsan Hüquqları üzrə komissarı Nils Mujniyeks Ermənistanda olarkən 2008-ci ilin 1 mart hadisələrinin qurbanlarının ailə üzvləri ilə görüşməyə cəsarət etmədi.
"A1+" telekanalının fəaliyyəti bu günədək bərpa edilməyib. Heç bir Avropa strukturunun bu barədə aydın mövqeyi yoxdur.
27 oktyabr 1999-cu il parlament gülləbaranının qurbanları da siyasi qurbanlardır. Ermənistanda siyasətçilər etiraz edənləri öldürürlər. "Adam yoxdursa, problemi də yoxdur" məsəli fəaliyyətdədir.
S.Sarkisyan Ermənistandakı demokratiya, insan hüquqları və mətbuat azadlığı sahəsində belə böyük problemləri nəinki ört-basdır etdi, hətta bunları demokratiyanın insan hüquqlarının və mətbuat azadlıqlarının inkişafları kimi təqdim etdi. Bunları avropalılara təsdiq etdirdi.
S.Sarkisyanın bunu indi də davam etdirməsi Avropa dəyərlərinin eybəcərləşməsinin göstəricisidir:
- Monoetnik, monokonfessional Ermənistan Azərbaycanın polietnikliyini və polikonfessionallığını qüsur hesab edir və təhdidə çevirib.
- Ermənistanda dini azadlıq yoxdur. Erməni Apostol kilsəsi tam hökmrandır.
- Şant Arutyunyan "Milli inam" (Üeqakron) partiyasının lideridir. Özü 6, yetkinlik yaşına çatmamış oğlu Şeqaron 4 il müddətinə həbs edilib. Yerevanda mitinqlər təşkil etmişdilər.
- Müxalifətçi "Predparlament" üzvlərinin maşınları yandırıldı, özləri döyüldü. Avtoyürüşlər təşkil edirdilər.
- Volodya Avetisyan S.Sarkisyan və S.Ohanyanın döyüş yoldaşı olub. Onları tənqid edən kimi korrupsionerə çevrildi və həbs edildi.
- Vardan Petrosyan aktyordur, avtomaşınla qəza törədib. İstintaq dövründə həbs olunmasını son vaxtlar müxalifətə keçməsi ilə əlaqəlidir.
İndi "demokratiya" sahəsində avropalı qurumlarla belə "böyük iş təcrübəsinə malik" olan S.Sarkisyan həmin ordunu Azərbaycana qarşı yönəldib.
Avropa strukturlarında işləyənlər Azərbaycanda həbs olunanların Qərb qurumları ilə əlaqələrini, onlara verilən tapşırıqların mahiyyətini öyrənsələr, ən azı, özlərinin vicdanı təmizlənər. Gələcəkdə belə hallar təkrarlanmaz".
Politoloq qeyd edib ki, S.Sarkisyana Qarabağ məsələsində növbəti avantüra lazımdır: "Birincisi, avantürası Şərq Tərəfdaşlığı Proqramının iflası ilə nəticələndi. Qan üstündə hakimiyyətə gəlmiş S.Sarkisyan qan tökmədən hakimiyyətdən gedə bilməyəcək. 2008-ci ildə tökdüyü qan Ermənistanın daxilində baş verdi. Şərq Tərəfdaşlığı Proqramının iflası bir çox dövlətlərə ağrı, faciə gətirdi. Budəfəki qan Qafqaz regionu miqyasında tökülə bilər. S.Sarkisyan özünün, ətrafının və soydaşlarının qanının dəyərsizliyini bilir. Qərblilər bilərəkdən və ya bilməyərəkdən S.Sarkisyanın bu oyununda iştirak edirdilər. Ermənistanın xarici işlər naziri E.Nalbandyanın ATƏT-in Bazel ministerialında Azərbaycanın daxili vəziyyətinə münasibət bildirməsi də S.Sarkisyanın planının tərkib hissəsidir".
Mehdi Əli
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15