Müsavat 45 dəqiqəlik mitinqdən sonra siyasi səhnədən silinir
11:17 16-12-2014
İQTİSADİYYAT
Müsavat 45 dəqiqəlik mitinqdən sonra siyasi səhnədən silinir
İsa Qəmbərin yanlış siyasəti partiyanın acınacaqlı sonunu gətirdi
Məlum olduğu kimi, 14-dekabrda Müsavat Partiyası Məhsul stadionunda mitinq keçirdi. Əslinə qalsa, həmin tədbirə mitinq demək doğru deyil.
Çünki Müsavatın bu tədbirinə həddindən artıq az adam gəlmişdi. Demək olar ki, partiya rəhbərliyində təmsil olunanlar və onların yaxın qohum-əqrəbası iştirak edirdi. Meydan o qədər boş idi ki, Müsavatın öz mətbu orqanları belə fotosessiya verə bilmirdilər.
Onu da nəzərə çatdıraq ki, "Unikal" qəzeti mitinqdən bir gün öncə Müsavatın dekabrın 14-də birabır olacağını yazmışdı. Sözügedən məqalədə qeyd olunduğu kimi Müsavat Partiyası tam bir fiasko yaşadı.
Maraqlısı odur ki, rəsmi qurumlar Müsavata jest edərək mitinq iştirakçılarının sayını bir qədər artıq deyiblər. Belə ki, dekabrın 14-də Yasamal rayonundakı "Məhsul" stadionunda "Müsavat" partiyasının Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15.00-dan 16.00-dək davam edən toplantıda həmin partiyanın 400 nəfərədək üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Hakim partiyanın reaksiyası da gecikməyib. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi mitinqə münasibət bildirərkən deyib ki, həmin tədbirə mitinq demək gülüncdür: "Müsavat Partiyasının bu gün keçirdiyi mitinqdə az adam var idi. Bu onu göstərir ki, xalqın bu adamlara heç bir etibarı yoxdur. Xalq prezidentlə bir yerdədir və onun siyasətini dəstəkləyir. Xalq xarici təşkilatlar qarşısında öhdəlik götürən, onlara yarınmaq, ayrı-ayrı ideyalar ortaya atmaq istəyən insanlara öz münasibətini bir daha nümayiş etdirdi". S.Novruzov qeyd edib ki, ayrı-ayrı ölkələrdən maliyyə dəstəyi alaraq, Azərbaycanda sabitliyi pozmaq, gərginlik yaratmaq istəyən insanlara, siyasi partiyalara cəmiyyət öz yerini göstərib: "Mitinqə az sayda insanın qatılması bir də onun təsiridir ki, Müsavat Partiyasının tərkibində çox ciddi problemlər var. Bu, Müsavat Partiyasının qeyri-Azərbaycan mövqeyi tutması, öz partiyası daxilində saxtakarlığa yol verməsinin bariz nümunəsidir. Bu baxımdan guya, insan hüquqları, demokratiya ideyalarını ortaya atanda cəmiyyət də başa düşür ki, bu insanlar Azərbaycan xalqının və dövlətinin əleyhinədirlər. Bu bir daha onu gəstərdi ki, xarici qüvvələrin əlaltılarına Azərbaycan xalqının heç bir dəstəyi yoxdur"
S. Novruzovun sözlərinə görə, söz azadlığından danışan Müsavat Partiyasının rəhbərliyi, azad fikir bildirən insanları partiya sıralarından uzaqlaşdır, rəhbər strukturlara seçmir: "Belə olan halda Müsavat hansı söz azadlığından, insan hüquqlarının müdafiəsindən danışa bilər? Partiya daxilində bu cür pozuntular baş verdiyi halda, başqa yerdə olmayan şey axtarmağa çalışırlar. Bugünkü mitinqlə bu adamlar özlərinin nəyə qadir olduqlarını göstərdilər".
Ən acınacaqlısı odur ki, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin qardaşı Rövşən Qəmbər də bu cür mitinq keçirməyin mənasız olduğunu etiraf edib. Bu barədə "Unikal"a açıqlama verən Rövşən Qəmbərin sözlərinə görə, problemlərin həlli üçün çalışır, lakin az saylı vətəndaşlarımızın iştirakıyla keçirilən mitinqlərdə deyil, konstruktiv təkliflərin əsaslandırıldığı məclislərdə buna səy göstərmək lazımdır: "Nə zamansa, Arif Hacılı ifadə etdiyi bu cümlədən sonra AXCP üzvlərinin Arif Hacılının təşkil etdiyi mitinqdə fəal iştirakı mümkün deyil. Arif Hacılı təxminən belə demişdi: "Hakimiyyətə Əli Kərimli gəlsəydi, Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması daha acınacaqlı olardı". Digər tərəfdən, İctimai Palata buraxılandan sonra, müsavatçılar Milli Şuradan ayrılandan sonra Azərbaycanda mitinqlərin keçirilməsinə vətəndaşlarımızın həvəsi çox azaldı.Təklif edirəm ki, mitinqlərin keçirilməsinə sərf olunan resurslarla daha xeyirli müşavirələr təşkil edərək Qarabağ probleminin 2015-ci ildə ədalətli və əbədi həllinə çalışanlar legitim nümayəndələrin seçilməsinə və 120 nəfərlik legitim konfransın keçirilməsinə nail olsunlar".
Müsavat Partiyasının yaradıcısının ən yaxınının belə bir etirafda bulunması hər şeyi ortaya qoyur. Müsavatın son mitinqi partiyanın hansı vəziyyətdə olduğunu göstərdi. Hər halda, bu biabırçılıqdan sonra Müsavat rəhbərliyinin bir müddət səsinin gəlməyəcəyi şübhəsizdir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59