Ziya Məmmədovun 90 milyonluq yeni planı
07:57 17-12-2014
İQTİSADİYYAT
Ziya Məmmədovun 90 milyonluq yeni planı
Nəqliyyat naziri rəqiblərinə sürpriz hazırlayır
I Avropa Olimpiya Oyunlarına qədər paytaxtın marşurut xəttlərində fəaliyyət göstərən bütün avtobusların yenilənməsi istiqamətində işlər sürətləndirilib.
Nəqliyyat Nazirliyi elan olunan vaxtda sərnişin avtobuslarının paytaxta gətirilməsini təmin etməyə çalışır. Vəd olunduğu kimi, Avropa oyunları ilə əlaqədar 2015-ci il aprel ayına qədər paytaxta 175 marşurut xətti üzrə 600-ə yaxın sərnişin avtobusunun gətirilməsi planlaşdırılır. Artıq 50 avtobus gətirilib, ancaq onlar hələlik istismara verilməyib. Avtobusların texniki baxışdan keçirilməsi səbəbindən istismara verilmədiyi bildirilsə də, əslində, səbəb başqadır.
Aldığımız məlumata görə, bunun bir səbəbi həmin marşrutların ömrünü azaldacaq yollardır. Belə ki, nazirlik Avropa Oyunlarına qədər paytaxt yollarının bütövlükdə təmirdən çıxmasını gözləməkdə maraqlıdır. Digər səbəb isə odur ki, nazirlik qısa müddətdə bütün marşrut avtobuslarını yeniləməklə Bakının simasına əhəmiyyətli töhvə vermək istəyir.
Xatırladaq ki, paytaxta gətirilən avtobuslar Türkiyədə istehsal olunan "İsuzu" markalıdır. "Avro-5" standartına cavab verən bu avtobuslar 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avrodur.
Eyni zamanda, yeni avtobuslarda sürücülərin uniformada olması da tam təmin ediləcək.
Qeyd edək ki, nəqliyyat nazirinin belə iri layihəni həyata keçirməsi həm də onun iqtidar daxilindəki rəqiblərinə mesaj kimi qəbul oluna bilər. Son vaxtlar davamlı şəkildə tənqid hədəfinə çevrilən nazir böyük məbləğlərlə ifadə olunan bu cür layihələri həyata keçirməklə həm də onun "vurulmasına" çalışan çevrələrə qarşı aparılan genişmiqyaslı kampaniyaya rəğmən mövqelərini əldən vermək fikrində olmadığına dair mesaj göndərmiş olur.
Həmçinin dünən Ziya Məmmədovla bağlı yayılan başqa bir xəbər də nəqliyyat nazirinin iqtidar daxilində daha da güclənmək niyyətlərindən xəbər verir. Həmin xəbərə inansaq, Ziya Məmmədovun oğlu Anar Məmmədovun 2015-ci ildə millət vəkili seçilməsi üçün hazırlıqlara başlanılıb.
qaynar.info-nun əldə etdiyi məlumata görə, nəqliyyat şefinin yaxın ətrafı artıq Anar Məmmədovun namizədliyinin hansı dairədən irəli sürüləcəyini də təyin ediblər.
Bu günlərdə keçirilən məxfi toplantıda ən uyğun dairə kimi 89 saylı Göyçay-Ağdaş seçki dairəsi məqbul sayılıb. Bu dairənin Ziya Məmmədovun kurasiyasında olmasını nəzərə alsaq, planın yetərincə məntiqli olduğu görünür.
Qeyd edək ki, xeyli müddətdir Anar Məmmədovun qalmaqallı imicini yaxşılaşdırmaq, ona daha "işgüzar və elitar" obraz qazandırmaq üçün silsilə işlər görülür. Təsadüfi deyil ki, mediada Anar Məmmədovun keçmişi ilə bağlı gedən istənilən yazı qarşı tərəfdə böyük qıcıq yaradır. Hazırda nəqliyyat şefinin oğlu topluma uğurlu iş adamı kimi təqdim olunmağa çalışılır. Onun millət vəkili seçilməsi isə yeni obrazına "ictimai xadim" ştrixi qazandırmağa və toxunulmazlıq qazanmasına hesablanıb.
Bir sözlə, görünən odur ki, hələlik nəqliyyat nazirinə qarşı müəyyən hakimiyyətdaxili çevrələrin açdığı genişmiqyaslı siyasi savaş istənilən nəticəni verməyib. Məmmədov bir yandan iri pullarla müşaiyət olunan layihələrin həyata keçirilməsini davam etdirir, o biri tərəfdən oğlunun gələcək siyasi karyerası barədə planlar qurur.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59