Bakıda milyonluq "Lamborghini"lər alan məmurlar haqqında müdhiş iddialar
11:29 18-12-2014
İQTİSADİYYAT
Bakıda milyonluq "Lamborghini"lər alan məmurlar haqqında müdhiş iddialar
Vəzifəli şəxslərin bu bahalı avtomobilləri hansı yollarla əldə etdikləri üzə çıxdı!
Bakı küçələrində qiyməti milyon dollar dəyərində olan "Lamborghini" markalı avtomobillərə rast gəlsəniz təəccüblənməyin. Kimlər üçünsə "Lamborghini" sükanı arxasında əyləşmək xəyal görünsə də Bakıda külli miqdarda pulundan keçib bu maşına sahib olanlar da var. Onların sayı elə də çox deyil, cəmi 4-5 nəfərdir.
Azərbaycandakı "Lamborghini" mərkəzindəki gizli mənbədən verilən məlumata görə, oradakı avtomobillərin qiymətlərində endirim tətbiq edilməyə başlayıb. Belə ki, dekabr ayının sonuna qədər həmin milyon dollarlıq qiyməti olan avtomobillərin satışı üçün 10 faizlik endirim tətbiq edilir.
Bildirilib ki, hazırda satışda "Lamborghini" brendinin "Aventador", "Huracan" və "Gallardo" modelləri nümayiş etdirilir: "Dekabrın sonu olduğu üçün mərkəzdə satılan modellərdə qiymət endirimləri tətbiq olunur. Endirim kampaniyası yanvar ayının əvvəlinə kimi davam edəcək. İlin sonunə qədər mərkəzdə olan bütün avtomobillərin satışı planlaşdırılır. Ona görə də mərkəzdə maksimum endirimlər tətbiq olunur. Adını çəkdiyimiz modellər mərkəzə yeni gətirilib".
Avtomobillərin qiymətləri də əl yandırır: "Həmin brend markalı avtomobillər 10 faizlik endirimlə müştərilərə təqdim olunur. Ən bahalı model olan "Aventador"un qiyməti endirmlə birlikdə 400 min manat təşkil edir. Endirimsiz isə həmin modelin qiyməti çox yüksəkdir. Həmin hər üç brend modelə 10 faizlik endirim təbiq olunur. Türkiyədəki qiymətlə müqayisədə Azərbaycanda bu rəqəm dəfələrlə aşağıdır. Mərkəzdə 200 min manat dəyərində olan avtomobillər də satılır".
Mənbədən bildilib ki, həmin avbtomobillərin kifayət qədər alıcısı var: "İndiyə qədər mərkəzdə olan dörd avtomobil artıq satılıb. Müştərilər avtomobilləri İtaliyadan sifariş veriblər. May ayında həmin avtomobillər Azərbaycana gətiriləcək".
Bəs görəsən həmin brend markalı avtomobillərin sahibləri kimlərdir? Cavab: "Xarici iş adamlarının belə avtomobillər almasında heç bir problem yoxdur. Həmin şəxslərə heç kim, heç nə deyə bilməz. Atası dövlət işində çalışan şəxslər həmin avtomobilləri almağa çəkinirlər. İmkanlı şəxslərin övladaları sual verirlər ki, həmin avtomobilləri kimlər alır? Hətta elə məmur var ki gəlib bizə deyib ki, sizdən alınan avtomobillərin hamısının sahibi iş adamlarıdır. Onlar bu avtomobilləri başqa məmurların almadığına görə, təəssüflənirlər. Ona görədə həmin məmurlar çəkinirlər. Məmurlardan kimsə belə bir avtomobil alırsa bundan bizim xəbərimiz olmur. Çünki məmurlar başqasının adı ilə bu avtomobilləri alırlar".
Yarım milyon manat dəyəri olan bu avtomobillərin kimlər tərəfindən alınması məxfi saxlanılır. Şirkət bunu müştərilərinin təhlükəsizliyi ilə əlaqələndirir.
Qeyd edək ki, bahalı idman avtomobilləri istehsalçısı olan bu italyan brendinin əsası 1963-cü ildə qoyulub. Hazırda "Lamborghini" Audı alman şirkətinin tərkibinə daxildir. "Lamborghini"-nin qərargahı İtaliyanın Sant Aqata-Bolonyezye bölgəsində yerləşir.
Yeri gəlmişkən, bu ilin yayında Bakıya gətirilən bahalı "Lamborghini"lərdən biri Nərimanov rayonunda görüntülənmişdi. Həmin vaxt mətbuat yazırdı ki, "HL 184 AZ 14? tranzit nömrəsi ilə, paytaxt küçələrində şütüyən bu maşının sahi icra başçılarından birinin oğludur.
O vaxt bu da bildirilirdi ki, bahalı "Lamborghini" Bakıya Almaniyadan xüsusi sifarişlə gətirilib. Yəni maşın Bakıdakı "Lamborghini" salonundan alınmayıb.
Elə dünən isə Bakıda nömrəsiz gəzən "Lamborghini"nin fotosu yayıldı. Çox keçmədən isə bildirildi ki, bu nömrəsiz gəzən maşının sahibi "Baku Steel Company"nın prezidenti Rasim Məmmədovun maşınıdır. "Azərbaycanın Kriminal Həyatı" adlı facebook səhifəsində yayılan fotolardan məlum olur ki, bu avtomobil Bakı küçələrində həm dövlət nömrə nişanı ilə, həm də nömrəsiz hərəkət edir. Avtomobili isə tez-tez Bakı Dövlət Sirkinin yaxınlığında görürlər.
«Unikal" olaraq onu da xatırladaq ki, iyunun 9-da Bakıda bahalı "Lamborghini"avtomobillərinin rəsmi nümayəndəliyinin açılış mərasimi keçirilib. Həmin vaxt bildirilirdi ki, "Lamborghini"avtomobillərinin alıcıları avtomobilin özü ilə yanaşı, onun sığortasına da böyük məbləğdə vəsait xərcləməli olacaqlar. Belə bahalı avtomobillərin kasko sığrta haqqı fərdi qaydada hesablanır, amma istənilən halda ənənəvi kasko tariflərindən (3%-dən) aşağı olmur. Ona görə də, hazırda Bakıda satışda olan hətta ən ucuz "Lamborghini" avtomobilinin illik sığortası 8400 manat və ya 10,8 min dollara başa gələcək. Qiyməti 460 min manat olan ən bahalı modellərdə isə illik sığorta haqqı minimum 13,8 min manat və ya 17,7 min dollar təşkil edəcək.
Fikrimizcə, adıçəkilən avtomobillərin qiyməti bir yana, onların sığorta haqqından belə hər şey aydındır. Əslində maaşı heç sığorta haqqına çatmayan vəzifəli məmurların belə bahalı avtomobilləri satın alması isə ölkədə korrupsiya sahəsində hələ də çox ciddi problemlər olduğunun göstəricisidir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53