Bütün siyasi düşərgə Əli Kərimliyə arxa çevirdi
10:20 20-12-2014
İQTİSADİYYAT
Bütün siyasi düşərgə Əli Kərimliyə arxa çevirdi
AXCP sədrinin iyrənc və əxlaqsız metodlarla mübarizə aparması onu daha da gözdən saldı
Neçə gündür ki, AXCP sədri Əli Kərimli ilə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında savaş gedir. Daha doğrusu, Əli Kərimli sosial şəbəkələrdəki əlaltıları və xaricdəki qohumları vasitəsi ilə Rauf Arifoğluna qarşı qara piar kampaniyası aparır.
Amma son günlər Əli Kərimlinin qohumlarının iyrənc vasitələrə əl atması, əxlaqsız kollajlar yaymaları vəziyyəti daha da kritikləşdirib. İş o yerə çatdı ki, artıt partiya rəhbərləri və bir sıra QHT nümayəndələr, tanınmış şəxslər Əli Kərimliyə "dur" demək məcburiyyətində qaldılar.
Belə ki, Müsavat Partyasının başqanı Arif Hacılı "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna "Azadlıq" qəzeti haqqında məhkəmə iddiasını geri götürməsi üçün müraciət edib. Bu barədə Facebook səhifəsində müraciətini yayan Arif Hacılı bildirib ki, cəmiyyətdə bu qarmaqarışıqlıq süni surətdə yaradılıb. Böyük səylər, xərclənən vəsaitlər hesabına insanlar bir-birinin qanına susayıb. Sanki, cəmiyyətdə üzdə olan hər kəs digər beləsinə qarşıdır. Hər kəs hamını, hamı da hər kəsi satqınlıqda, hakimiyyətə işləməkdə, xəyanətdə, Azərbaycana düşmən olmaqda ittiham edir. Atılan hər addım, deyilən hər söz, görülən hər iş dərhal şübhə altına alınır. Ən pisi isə odur ki,tabular götürülür. "Din də, qanunlar da, qəbul edilib min illər qorunan ənənələr də bu tabuları müəyyən etmək, bu yolla cəmiyyətdə normal qarşılıqlı davranış qaydaları yaratmaq üçündür. Tabuların ictimai rəyə təsir imkanlarına malik olan qurumlar, güc mərkəzləri tərəfindən pozulması isə yalnız məyusluq yaratmır, bu həm də ictimai təhlükədir. Rauf Arifoğlu və "Yeni Müsavat"qəzeti ilə "Azadlıq" qəzeti, Əli Kərimli, onun tərəfdarları və yaxınları arasında qarşıdurma əndazəni aşıb, qırmızı xətt keçilib",-deyə Hacılı yazır.
"Unikal"ın məlumatına görə, iqtisadçı alim Qubad İbadoğlu sosial şəbəkədə "Yeni Müsavat" qəzetinin baş redaktoruna qarşı həyata keçirilən mənəvi teroru və tərbiyəsizliyi qınayıb. Belə ki, AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovun baş redaktorun özünü və valideynlərini təhqir etməsi ölkədə siyasətlə maraqlanan bütün vicdanlı kəsimi qəzəbləndirdiyi kimi, Q.İbadoğlunun da hiddətləndirib. O, özünün fikirlərini Facebook səhifəsində bu cür ifadə edib: "Rauf Arifoğluya qarşı sosial şəbəkələrdə yerləşdirilmiş iyrənc kollaj mənəvi-əxlaqı dəyərlərimizin hansı səviyyədə aşınmasının göstəricisidir. Bu vasitələrdən istifadə edərək opponentini gözdən salmağa hətta cəhd etmək belə tərbiyəsizlikdir. Odur ki, yalnız onu hazırlayıb sosial şəbəkələrdə yerləşdirəni deyil, ona rəvac verən, onu sifariş edənləri ciddi şəkildə qınayıram və onlara müraciət edərək belə çirkin vasitələrlə mübarizə aparmağı dayandırmağa çağırıram".
Amma bu çağırışdan sonra bəzi cəbhəçilər Qubad İbadoğlunu da hədəfə alıblar. Bu səbəbdən də Q.İbadoğlu məcbur olaraq sosial şəbəkədəki hesabında onlara cavab verəmli olub: "Azərbaycan siyasətində əxlaq məsələsi getdikcə arxa sıraya keçir. Ona görə də əxlaqlılarla əxlaqsızlar yarışa girəndə adətən əxlaqlılar uduzurlar. Xalq arasında artıq bütləşib ki, əxlaqlı adamın siyasətdə nə işi var. Çox təəssüf ki, vəziyyət bu hala gəlib və əxlaqlı siyasi mübarizə hələ də önə çıxa bilmir. Belə olan halda da məcburuq ki, mübarizəmizin bir hissəsini də siyasətin əxlaqlaşmasına həsr edək. Çünki, siyasəti bu bəladan qurtarmayınca qalibiyyət olmayacaq. Görünən odur ki, yaxın gələcəkdə biz xalqa sadiq, dürüst, yalan danışmayan, ədalətli, əxlaqlı, vədinə xilaf çıxmayan yeni və intellektli siyasətçilər yetişdirməli, o zamana qədər də bu meyarlara cavab verən kiçik bir qrupla işləməli olacağıq".
Bütün bunlardan sonra Əli Kərimli geri çəkilmək məcburiyyətində qaldı. Çünki əgər bir qədər də davam etsə, radikal müxalifət düşərgəsində arzuedilməz adam elan olunacaqdı. Dünən AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun kollaj olunmuş fotosu "Facebook" sosial şəbəkəsindəki səhifəsindən silib. Teleqraf.com xəbər verir ki, bu barədə AXCP üzvləri bildirib. Qeyd olunur ki, AXCP sədri Əli Kərimli məsələyə müdaxilə edərək əmisi oğlundan kollajın silinməsini xahiş edib. Qeyd edək ki, R.Arifoğlu onun fotosunun cinsi azlıqların fotoları ilə eyni sıraya qoyulduğu kollajla bağlı Ə.Kərimliyə xəbərdarlıq etmişdi. AXCP sədrinin müavini Fuad Qərəmanlı isə yaranmış gərginliyin səbəbkarı Əli Kərimli olmadığını bildirib. Onun sözlərinə görə, Əli Kərimli bu prosesdə tərəf kimi heç vaxt iştirak etməyib. Bir dəfə də olsun Əli Kərimli Rauf Arifoğlu ilə bağlı hər hansı fikir bildirməyib.
Amma Fuad Qəhrəmanlı nə qədər inkar etsə də, Əli Kərimlinin hansı xislətə malik olmasını hər kəs bilir. Ona görə də bu yöndə fəaliyyətini davam etdirəcəyi də istisna deyil.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59