İran artıq təhqirə keçir
12:49 15-05-2012
İQTİSADİYYAT
İran artıq təhqirə keçir
İki ölkə arasında diplomatik əlaqələr kəsilə bilinər
İran-Azərbaycan münasibətlərində gərginlik o həddə çatıb ki, hər zaman hansısa xoşagəlməz hadisə yarana və hadisələr nəzarətdən çıxa bilər. Ötənlərdə də iki dövlət münasibətlərində bir gərginlik yaşanmışdı. Amma bu dəfə bu gərginlik daha çox təhqir formatındadır və hər iki ölkə rəhbərləri hədəfə alınıb. Belə ki, azərbaycanlı iki şairin İranda yoxa çıxması və bununla bağlı İran tərəfinin heç bir izahat verməməsi gərginliyi artırdı.
Bunun davamı olaraq İran Təbrizdə "Avrovizion" Mahnı Yarışmasının əleyhinə təhqir dolu şüarlarla mitinq təşkil etdirdi. Qeyd edək ki, bundan öncə İran tərəfi mövcud hakimiyyəti sərt şəkildə tənqid edib, hədələr yağdırsalarda təhqir elementləri gözə dəymirdi. Amma indi forma dəyişib və açıq təhqir gündəmdədir. Bakıda öz növbəsində cavabsız durmadı və Mayın 11-də yüzdən çox gənc İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Gənclər "İrana ar olsun", "İslam belə olmur", "İran Azərbaycana terrorçu, narkotik və ekstremist göndərir", "İranda 35 milyon azərbaycanlının hüquqları pozulur" və sair şüarlar səsləndiriblər.
Aksiyaçılar əllərində "Şuşanı ermənilərə İran hakimiyyəti satıb", "Homoseksual İran mollalarına Azərbaycanda yer yoxdur" kimi şüarlar yazılmış, eləcə də Əli Xamneyi, Mahmud Əhmədinejat və Serj Sərkisyanın birgə şəkli olan plakatlar tutublar.
Bakıda keçirilən aksiya artıq gərginliyin kulminasiya nöqtəsinə çatmasına bir işarə idi və güman edilirdi ki, İran Azərbycandakı tərəfdarlarını aktivləşdirərək yeni münaqişə ocaqları yaradacaq. Görünür bunu nəzərə alan Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası İranın bəzi din xadimlərinin çağırışları ilə bağlı bəyanat yayıb. Amma burda da maraqlı məqam bundan ibarət oldu ki, bəyanatı QMİ rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə yox, təşkilatın hansısa bir qurumu imzaladı. Bu isə o deməkdir ki, QMİ rəhbəri proseslərin içinə girməkdən çəkinir və maksimum dərəcədədə oyundan kənarda durmağa çalışır. Bəyanata gəldikdə isə bu bəyanat daha çox bəraət istəməyə bənzədə və buna əslində bəyanat yox, İran ayətullalarına hesabat vermək kimi yanaşmaq daha yaxşı olardı. Məlum bəyanatda ən sərt fikirlər yalnız bunlar idi:-"Dövlətimiz və cəmiyyətimiz tərəfindən qəbul edilməyən gey-parad və buna bənzər məsələlərin olacaq kimi qələmə verilməsi, dövlətimiz əleyhinə aramsız təhdidlər səsləndirilməsi qərəz və məkrdən başqa bir şey deyil. Yaşadığımız bölgədə və dünya miqyasında bütün millət və dövlətlərlə dinc qonşuluq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşamaq məramımızdır. Müstəqil dövlət olaraq uğurlarımıza dostlarımızın sevinməsinə ümidvarıq. Özümüzə arzuladığımızı başqalarına da arzu edirik.
Bir daha bəyan edirik ki, Azərbaycan xalqı, inşallah, ona qarşı fitnələrə və məkrli şayiələrə heç bir zaman uymayacaq, dövlətimizin müstəqilliyi yolunda bütün maneələri dəf edəcəkdir. Bunu qonşu İranın din xadimlərinə də məsləhət bilir, əsassız böhtan və təhqirlərə son qoymağa, islami əxlaqımıza, milli-mənəvi dəyərlərimizə hörmətsizlik olan iftiradan uzaq olmağa çağırırıq. Allah köməyimiz olsun!". Amma İran ayətullaları aqressivliklərini artırmaqda və növbəti aksiyaya hazırlıq görürlər. Belə ki, mayın 18-də Təbrizdə Azərbaycan Respublikası əleyhinə böyük etiraz aksiyası keçirməyi planlaşdırır.İranın dini lideri ayətullah Əli Xamneyinin Təbrizdəki nümayəndəsi, Təbriz cümə namazının rəhbəri ayətullah Möhsün Müctəhid Şəbüstərinin çıxışı zamanı aydınlaşıb.Mayın 11-də Təbrizin cümə namazında çıxış edən Müctəhid Şəbüstəri deyib: "Dünya zülmkarları gündən-günə zəiflədiyi bir halda çox təəccüblüdür ki, bəzi müsəlman ölkələri, o cümlədən Azərbaycan Respublikası və Əfqanıstan özlərini dünya zülmkarlarının tələsinə salır, islama zidd fəaliyyət göstərir, onlarla təslimçi müqavilələr bağlayaraq islam dünyasının nifrətini qazanırlar.
Təbriz əhalisi gələn həftə cümə namazını qıldıqdan sonra misli görünməmiş yürüşlər keçirərək Azərbaycan Respublikasının bu kimi islama zidd əməllərini kəskin pisləyəcək". Ekspertlər hesab edir ki, bu aksiyada da ciddi təhqir dolu şüarların olacağı, hətta buna görə iki ölkə münasibətlərinin tamamı ilə korlanması, hətta diplomatik əlaqələrin kəsilməsi ehtimal da səsləndirilir. Qeyd olunur ki, hadisələrin bu şəkildə inkişafı həm də mahnı yarışması öncəi bəzi radikal islamçı təşklilatların Azərbaycana yönləndirilməsi ilə müşahidə oluna bilər. Hazırda İranın tutduğu xətt məhz buna xidmət edir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00