Deputatın qardaşı bankını satmalı oldu
12:27 26-12-2014
İQTİSADİYYAT
Deputatın qardaşı bankını satmalı oldu
"Kövsərbank"niyə əl dəyişdirdi?
Azərbaycan Mərkəzi Bankının məcmu kapital tələbi ilə bağlı problemi olan "Kövsərbank" səhmlərinin 76 faizini kənar investora satıb. Bu barədə bankın İdarə Heyətinin sədri Heydər İbrahimov məlumat verib.
Onun sözlərinə görə, səhmləri alan ölkədaxili investordur: "Kommersiya sirri olduğundan investorun kimliyini açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb etməmişik və bankın əsas səhmdarı dəyişir".
"Unikal"ın araşdırması nəticəsində məlum olub ki, dünən Bakı Fond Birjasında "Kövsərbank"ın 38 milyon manatlıq səhmləri yerləşdirilib. Elə dünən də başa çatacaq emissiya nəticəsində bankın nizamnamə kapitalı 12 milyon manatdan 50 milyon manata, məcmu kapitalı isə 12,5 milyon manatdan 50,5 milyon manata çatmalı idi.
Gözləntilər özünü doğruldub və "Kövsərbank"ın günün ikinci yarısında satıldığı rəsmən açıqlanıb.
Xatırladaq ki, hələ bir ay öncə H.İbrahimov bildirmişdi ki, bankın səhmlərinin kənar səhmdarlara satılması ilə bağlı danışıqlar aparılır. "Danışıqlar həm yerli banklarla, həm də xarici səhmdarlarla aparılır". Görünən odur ki, bu danışıqlar uğurla başa çatıb və "Kövusərbank"faktiki olaraq, "əl dəyişdirib".
Xatırladaq ki, hazırda "Kövsərbank"ın nizamnamə kapitalı 12,02 milyon manat, məcmu kapitalı isə 12,49 milyon manatdır. Bankın lisenziyası bu il aprelin 9-da bərpa edilib. 2010-cu ildə bankın lisenziyası ümumi kapitala minimum tələblərin yerinə yetirilməməsinə, bank qanunvericiliyində yol verilən pozuntulara, həmçinin etibarlı və prudensial qaydada idarəetmənin və cari fəaliyyətin həyata keçməməsinə görə ləğv edilmişdi.
Amma 2013-cü ilin aprelində bank səhmdarının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin "Kövsər Bank" ASC-nin müflisləşməsi haqqında qətnaməsinin ləğv edilməsinə dair qərar çıxarıb. "Kövsərbank" İslam bankçılığı prinsipləri əsasında fəaliyyət göstərmək, əmanət qəbul edilməsini və kredit ayrılmasını investisiya qoyuluşu kimi həyata keçirmək niyyətindədir.
"Unikal" qeyd etməyi lazım bilir ki, "KövsərBank" deputat Eldar İbrahimovun qardaşına məxsusdur. Daha doğrusu, bankın İdarə Heyətinin sədri Hidayət İbrahimovun adıçəkilən millət vəkilinin qardaşı olduğu bildirilir.
Əldə etdiyimiz məlumata görə, H. İbrahimov bankı çətin vəziyyətdən xilas etmək üçün uzun müddət ciddi səylər göstərib. Amma onun nüfuzlu millət vəkillərindən birinin yaxını olması faktı da "Kövsərbank"rəhbərinə kömək etməyib. Sonda H. İbrahimov bankını satmaq məcburiyyətində qalıb.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02