Şok 2015-ci il proqnozu: "Putinin hakimiyyəti yaşamaya bilər"
12:31 26-12-2014
İQTİSADİYYAT
Şok 2015-ci il proqnozu: "Putinin hakimiyyəti yaşamaya bilər"
"Qərbin iqtisadi sanksiyaları və anti-terror əməliyyatları zonasında Ukrayna ordusunun fədakar mübarizəsi Putin imperiyasının sonunu yaxınlaşdırır". Ukrayna mediasının verdiyi xəbərə görə, bu sözləri Ali Radanın vitse-spikeri Andrey Parubiy deyib.
"Qərbin sanksiyaları uzunmüddətli təsir üsuludur. Sanksiyaların nəticələri Rusiya üçün çox ciddi olacaq. Güman edirəm ki, Rusiya da SSRİ-nin kədərli sonunu yaşayacaq", - vitse-spiker bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı tammiqyaslı müharibə aparmağa qadir deyil: "Məndən soruşurlar ki, antiterror əməliyyatları zonasında nə etməliyik? Mən həmişə cavab verirəm: "Dayanmaq lazımdır". Cəbhə xəttində bu gün sabitlikdir və onu saxlamaq lazımdır. Cəbhə xətti Maydanımızın barrikadalarıdır. Düşünürəm ki, uzun müddət gözləməli olmayacağıq. Putinin iqtidarı hətta gələn il yaşamaya bilər. Ukraynanın əsas vəzifəsi cəbhəni saxlamaqdır. İqtisadi sanksiyalar Putin Rusiyasını məğlubiyyətə uğradacaq".
"Washington Post": "Böyük ittifaq
Putinin əsas triumfu
olmalı idi, amma..."
"Böyük ittifaq Rusiya prezidenti Vladimir Putinin xarici siyasətinin əsas triumfu olmalı idi. Ukraynadan Sakit okeanına qədər ərazini əhatə edən ittifaq Avropa İttifaqı ilə rəqabətə girə bilərdi". Bu sözlər isə Amerikanın "Washington Post" qəzetində dərc olunan "Putinin Avrasiya İttifaqı 2015-ci ilə məhdudlaşdırılmış ambisiyalarla işə başlayır" başlıqlı məqalədə qeyd olunub.
Məqalənin müəllifi Maykl Birnbaum qeyd edir ki, Putin Moskvanı siyasi və iqtisadi qərarların qəbulu mərkəzinə çevirməklə Sovet İttifaqının siyasi və iqtisadi təsiri sferasını qismən bərpa etməyə çalışır. "Ukrayna Putin layihəsinin mirvarisi olmalı idi. Kiyevin Avrasiya İttifaqına daxil olması 45 milyon əhalisi olan bir ölkəni Rusiyanın təsiri altına itələyə bilərdi. Putin Sovet İttifaqının dağılmasından sonra itirilmiş təsiri qismən bərpa etmək fikrində idi. Amma Ukraynanın başqa planları var idi", - Maykl Birbaum qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın partnyorları olan Belarus və Qazaxıstan Ukrayna hadisələrinin onlarda da təkrarlana biləcəyindən qorxurlar: "Astana və Minsk Rusiyanın iqtisadi problemlərinin onlara da təsir edə biləcəyindən ehtiyat edirlər. Bundan başqa Belarus və Qazaxıstanda çox etnik rus yaşayır. Kreml məhz bu arqumentdən qonşu ölkələrə təzyiq üçün istifadə edir".
Eyni zamanda Qazaxıstan və Belarus prezidentlərinin Kiyev səfərlərinə toxunan Amerika nəşri Astana və Minskin özünəməxsus planlarının olduğunu qeyd edib.
Lavrovdan Obamaya
"üç təhlükə" cavabı:
Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Barak Obamanın məşhur "dünya üçün üç təhlükə" nitqinə düzəliş edib.
Rusiyanın baş diplomatı "Kommersant" qəzetinə müsahibəsində İŞİD, Ebola və ABŞ-ın başqa ölkələri öz iradəsinə tabe etmək arzusunu dünya üçün üç əsas təhlükə adlandırıb.
Xatırladaq ki, ABŞ prezidenti BMT Baş Assambleyasının sentyabr ayında keçirilən 69-cu sessiyasında etdiyi çıxışında dünyanın, dolayısı ilə ABŞ-ın qarşısında dayanan təhlükələri bu cür sıralamışdı: Ebola virusu, Rusiya və İŞİD terror qruplaşması. "Böyük iyirmilik"in ("G20") Avstraliyanın Brisben şəhərində keçirilən sammitində isə ABŞ prezidenti dünya üçün bir daha Rusiya təhlükəsindən danışdı və dünya üçün təhlükələr sırasında Rusiyanı ilk sıraya keçirdi. "Ebola və İŞİD-dən başqa beynəlxalq hüquq üçün böyük təhlükə var. Bu dünya nizamının qurulmasında ABŞ-ın başçılığı ilə Qərbin üstün mövqelərini saxlamaq cəhdidir", - Sergey Lavrov deyib.
Rusiyalı nazir həmçinin xəbərdarlıq edib ki, İŞİD emissarları artıq Rusiyaya yaxınlaşırlar: "İŞİD döyüşçüləri İraq və Suriyadan başqa, Əfqanıstanın şimalında meydana çıxıblar. Onlar Mərkəzi Asiyaya və beləliklə, Rusiyanın sərhədlərinə tamamilə yaxındır".
Rusiyanın baş diplomatı digər təhlükələr arasında kütləvi qırğın silahlarının yayılmasını, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyinin adını çəkib.
İddia: Putindən
Ukraynanın işğalını
tələb edirlər
"Rusiya prezidenti Vladimir Putin Donbas hövzəsində silahlı konfliktə müdaxilə etməklə və separatçılara dəstək verməklə imperiyasının dağıdılması mexanizmini işə saldı". Ukrayna mediasının verdiyi xəbərə görə, bu barədə beynəlxalq məsələlər üzrə ukraynalı siyasi ekspert Taras Çornovil bildirib.
"Düşünürəm ki, Putin imperiyanın öz-özünü məhv etməsinin dönməz mexanizmini işə salıb. Bu dağılma bütün dünya üçün çox təhlükəli ola bilər. Buna görə də Qərb liderləri Rusiyanın bütövlüyünün saxlanılması üçün səy göstərəcəklər. Amma artıq Putinsiz", - ukraynalı ekspert deyib.
Eyni zamanda ekspert qeyd edir ki, Rusiyada Ukraynanın işğalı üçün daha qətiyyətli və sərt addımların atılmasını istəyən insanlar var. Taras Çornovilin fikrincə, onları məhz Putin saxlayır.
Ukrayna rusiyalı
əsirləri azad edir
Ukrayna tərəfi separatçılara 225 əsiri verməyə hazırdır. "unian.net" saytının verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sədr köməkçisi Markiyan Lubkivski bildirib.
Onun sözlərinə görə, Təhlükəsizlik Xidməti ölkənin şərqindəki şəhərlərdən birində əsirləri onların mübadilə edilməsi üçün toplayır. "Hazırda Ukrayna 225 əsiri mübadilə əməliyatı çərçivəsində verməyə hazırdır. Onların arasında Rusiya vətəndaşları da var", - Markiyan Lubkivski deyib.
Rusiya Donbasa hansı
silahlar yerləşdirib?
Rusiya Federasiyası 1,5 ay ərzində Donbas hövzəsinə 402 zirehli avtomobil, 256 tank, 138 "Qrad" reaktiv yaylış atəş sistemi, 42 artilleriya topu, 5 "Buk" və 4 "Toçka-U" zenit-raket kompleksi göndərib. "unian.net" saytının verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının hesabatında deyilir.
Hesabatda bildirilir ki, Rusiya sözügedən hərbi texnika və silah-sursat "humanitar yardım" adı ilə göndərir. "Humanitar yardım"lar ümumilikdə separatçıların nəzarəti altında olan 8 nəzarət-buraxılış məntəqəsi vasitəsilə keçirilib. Bunlardan 4-ü Luqansk, digər 4-ü də Donetsk vilayəti ərazisindədir.
Məlumata görə, Rusiyadan 1903 yük avtomobili, 205 minik avtomobili və mikroavtobusov, şəxsi heyətlə 20 avtobus və 242 benzindaşıyan maşın Donbas hövzəsinə keçib. Yuxarıda adı çəkilənlərdən əlavə, 4 "Uraqan" reaktiv yaylım atəş sistemi, 4 "Buratino" ağır odsaçan sistem, 5 "Taran" radio kəşfiyyat kompleksi, 3 radiolokasiya kompleksi və bir radiolokasiya stansiyası Ukraynanın şərqində yerləşdirilib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12