Müxalifətin çıxış yolları tükənir
13:14 16-05-2012
İQTİSADİYYAT
Müxalifətin çıxış yolları tükənir
Birləşmə parçalanma ilə müşahidə edilir
Müxalifət son günlər kütləvi aksiyaların sayını artırmaqla ölkədəki siyasi proseslərə təsir etməyə çalışır. Artıq ikinci icazəsiz aksiyanı belə keçirtməyə nail olub. Amma reallıq budur ki, aksiyalar lazımi effekti vermədi və yeni çıxış yolları haqqında fikirlər səslənməyə başlayıb.
AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər hesab edir ki, məhz bu cür aksiyalar keçirtməklə sərbəst toplaşma azadlığını təmin etmək, həmçinin dünyanın diqqətini cəlb etmək olar. Amma bu dəfə hakimiyyət daha ehtiyatlı hərəkət etdi. Bir tərəfdən aksiyaların yayılmasının qarşısını aldı, digər tərəfdən həbslərin olmasına imkan vermədi.
Bununla da aydın oldu ki, müxalifət yeni çıxış yolları aramalıdır. Hələlik ortada bir təklif var, o da eks-spiker Rəsul Quliyev tərəfindən səsləndirilib. Rəsul Quliyev hesab edir ki, Rusiyada olduğu kimi Bakıda da etiraz gəzintiləri təşkil edilsin. Amma Rəsul Quliyevin təklifi o qədər də ciddiyə alınmadı. Pat.az-ın apardığı araşdırmalardan isə aydın oldu ki, hazırda müxalifət yeganə çıxış yolu kimi aksiyaları görür və "Avrovizion" Mahnı Müsabiqəsi sona çatana qədər başqa addımlar atılmayacaq. Amma bu akiyaların formatı dəyişdirilə bilinər. Məsələn, mahnı müsabiqəsinin yarımfinalı və ya finalında müsabiqənin keçirildiyi binaın qarşısında aksiyalar təşkil edilə bilinər. Həmçinin turistlərin və medianın çox olduğu yerlərdə yürüşlər keçirtməklə diqqəti cəlb etmək olar.
Ekspertlər hesab edir ki, bu həiqətən də hansısa media orqanlarının diqqətini cəlb edə bilər. Amma starteji baxımdan ciddi nəticələr gözləməyə dəyməz. Əksinə, mahnı müsabiqəsindən sonra hakimiyyət sərtliyini daha da artıracaq. Buna görə bildirilir ki, indidən müxalifət daha ciddi alternativ yollar ortaya qoymalıdır.
Ekspertlər bunu da bildirirlər ki, məlum müsabiqə başa çatandan sonra hakimiyyətin manevr imkanları da artacaq. Belə ki, bu müsabiqənin yüksək səviyyədə təşkili istər-istəməz dünyada Azərbaycanla bağlı xoş ovqat yaradacaq. Bu isə hakimiyyətin imkanlarını böyüdəcək və alternativ qüvvələrlə daha sərt dildə danışa biləcək.
Bu gün müxalifətə dəstək verməyə çalışan kənar qüvvələrdə məhz buna görə aksiyaların ard-arda keçirilməsinə çalışır ki, müəyyən nəticələrə nail ola bilsinlər. Bununla yanaşı müxalifətin bir araya gətirilməsi də gündəmdədir. Hazırda əsas məsələ İctimai Palata ilə Ziyalılar İttifaqının birgə fəaliyyət göstərməsidir. Amma bu məsələnin reallaşması o qədər də asan görünmür.
Nəyə görə? İlk növbə də ona görə ki, Ziyalılar İttifaqında əslində fərqli qüvvələr cəmləşib və siyasi məsələlərdə fikirlər üst-üstə düşmür.
Tutalım, Əkrəm Əylisli, Rafiq Əliyev inqilab etmədən hakimiyyətlə əməkdaşlıq edərək islahatların keçirilməsini istəyirlərsə, Eldar Namazov və ona yaxın şəxslər bunun tam əksini düşünür.
Və yaxud dünənə qədər hakimiyyətlə bir yerdə olan Maqsud İbrahimbəyov indi ziddiyətli açıqlamalarla çıxış edir. Son məlumat isə budur ki, Maqsud İbrahimbəyov itirdiyi mülkü geri alacağı təqdirdə siyasətdən çəkiləcək.
Bir sözlə, vahid proqrama sahib olmayan bir qurumun İctimai Palata ilə effektli əməkdaşlığı sadəcə mümkün deyil. Digər tərəfdən isə İctimai Palatanın öz daxilində ikitirəlik var və prezident seçkiləri yaxınlaşdıqca bunu daha açıq şəkildə hiss edə biləcəyik. Çünki bu günün özündə İsa Qəmbərlə, Əli Kərimli vahid namizəd məsələsini həll edə bilməyib. Digər tərəfdən ehtimal edilir ki, 2013-cü il prezident seçkilərində Eldar Namazov da iştirak edəcək.
Bununla yanaşı Ziyalılar Forumunun üzvü olan iki şəxsidən birinin də namizədliyinin irəli sürüləcəyi gözlənilir. Söhbət Rafiq Əliyevlə Maqsud İbrahimbəyovdan gedir.
Beləliklə, gördüyünüz kimi, vəziyyət heç də təsəvvür edildiyi kimi deyil. Yəni hansısa birlik mümkünsüzdür və seçkilər yaxınlaşdıqca parçalanmalar daha da dərinləşəcək.
İndiyə olan məlumata görə, bu il prezident seçkilərində müxalifət adından seçkilərə İsa Qəmbər, Əli Kərimli, Qüdrət Həsənquliyev, Eldar Namazov, Rafiq Əliyev, İqbal Ağazadə, Mirmahmud Mirəlioğlu, Rəsul Quliyevin öz namizədi, Yusif Bağırzadə, Hafiz Hacıyev qatılacaq. Burada hansı birliyin olacağını təsvir etmək isə çox çətindir. Belə olan halda aydın olur ki, müxalifətin tək çıxış yolu aksiyalardır, bu yolun da sonu yoxdur.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42