Oqtay Şirəliyevdən təxirəsalınmaz tələb
09:21 29-01-2015
İQTİSADİYYAT
Oqtay Şirəliyevdən təxirəsalınmaz tələb
Səhiyyə Nazirliyi İranda stomatoloq işləyib burada "ginekoloq" olanlara qarşı tədbir görəcəkmi?
Azərbaycan səhiyyəsinin acınacaqlı durumu hamımıza yaxşı məlumdur. Dünən isə ölkənin səhiyyə sistemi ilə bağlı daha bir əcaib halın üstü açılıb. Bu barədə millət vəkili Musa Quliyevin dediklərindən məlum olur.
Belə ki, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının qanununda dəyişikliklərin müzakirəsi zaman maraqlı fakta toxunub. O deyib."Azərbaycanda, xüsusən özəl tibb müəssisələrində qanunsuzluq baş alıb gedir. İranda diş həkimidir, gəlib Bakıda ginekoloq işləyir".
Millət vəkili qeyd edib ki, xarici ölkələrdən Azərbaycana işləmək üçün gələn həkimlər üçün qaydalar sərtləşdirilməlidir: "Azərbaycanın artıq kifayət qədər həkim kadrları formalaşıb ki, ölkə əhalisinə xidmət göstərsin. Ona görə Dövlət Miqrasiya Xidməti bu işlə ciddi məşğul olmalıdır, Səhiyyə Nazirliyi lisenziyaların şərtlərini sərtləşdirməlidir və xaricdən o adamlar Azərbaycana gəlməlidir ki, o ixtisaslara bizdə ehtiyac var".
Bu baxımdan millət vəkili qanuna edilən dəyişikliklərin vacibliyini qeyd edib: "Tez-tez reydlər keçirilməlidir ki, həkimlər lisenziyalarında göstərilən xidmətlərdən kənara çıxmasınlar".
Qeyd edək ki, qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilimir.
Qanuna edilən digər dəyişikliyə əsasən, tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisələrinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.
Ekspertlər isə millət vəkilinin Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi qarşısında qaldırdığı tələbi haqlı sayır və bildirirlər ki, həqiqətən də adıçəkilən nazirliyin tibb müəssisələrinə fəaliyyət lisenziyası verilərkən şərtləri sərtləşdirməsi vacibdir, yəni xaricdən elə həkimlər Azərbaycana gəlməlidir ki, onların sahib olduqları ixtisaslara bizdə ehtiyac var.
Bununla belə, bir çoxları bu məsələdə bir o qədər də optimist deyillər. Onlar hesab edirlər ki, Şirəliyevin nazirliyi səhiyyə sistemində ciddi bəlalardan birinə çevrilən bu problem barədə çoxdan və kifayət qədər məlumatlıdır. Amma həmin problemin həlli istiqamətində də zəruri addımlar atmaqda çətinlik çəkir.
Qeyd edilir ki, bu, ölkədəki əksər özəl klinikaların arxasında nüfuzlu məmurların dayanması ilə bağlıdır. Kifayət qədər "güclü əllər" tərəfindən himayə olunan tibb müəssisələri ciddi gəlirlərdən məhrum olmamaq üçün xaricdən peşəkar həkimlərin gətirilməsi məsələsində Səhiyyə Nazirliyinin ciddi nizamlayıcı tədbirlər həyata keçirməsinə mane olurlar.
Şirəliyevin nazirliyinin bu məsələdə nə vaxtadək acizlik nümayiş etdirəcəyi isə məlum deyil. Odur ki, gözləyək və ümid edək ki, artıq millət vəkillərinin də aşkar şəkildə dilə gətirdiyi anormal vəziyyətin aradan qaldırılması istiqamətində konkret əməli addımlar atılmaq imkanları tamamilə tükənməyib.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05