Ucarın baş həkiminə ağır ittihamlar
09:59 30-01-2015
İQTİSADİYYAT
Ucarın baş həkiminə ağır ittihamlar
O xəstəni girov saxlamaq istəyib?
"Cavanşir Qədirov dəfələrlə sərxoş vəziyyətdə xəstələrlə və onların yaxınları ilə mübahisələr edib, dava-dalaş salıb. Hətta bir neçə dəfə xəstə qohumları ilə baş vermiş davaya görə cinayət işləri, məhkəmə hökmləri də var". Bu fikirləri aktual.az-ın redaksiyasına göndərdiyi şikayət məktubunda Ucar rayon sakini Oğuz küçəsi, bina 15, mənzi l5 də yaşayan Azər Ələsgər oğlu Purqafari qeyd edib.
Şikayətçi iddia edib ki, Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şobəsinin müdiri Cavanşir Qədirov ondan 450 manat rüşvət tələb edib və pul ödənmədiyi halda xəstəni girov saxlayacağını bildirib: "Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şobəsinin müdiri Cavanşir Qədirov tələb etdiyi 450 manat pulu verə bilmədiyim üçün məni cəzalandıracağı ilə hədələyir. Belə ki, həyat yoldaşım 23 yanvar 2015-ci il tarixində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirdi. Xəstəmin müalicəsi üçün həkimin 5 gün ərzində mənə aldırdığı dava -dərmanın dəyəri 1500 manat olub. Bundan əlavə cərrah Cavanşir Qədirov məndən 450 manat pul verməyi tələb etdi. Əks təqdirdə həyat yoldaşımı evə buraxmayıb girov saxlayacağı ilə hədələdi. Mən çıxılmaz vəziyyətdə qaldım və bilmədim nə edim. Bundan sonra Cavanşir həkim evində olanda tibb bacısı mənə bildirdi ki, həyat yoldaşını evə apara bilərsən. Buna görə də ailəmi evimə gətirdim. Sonra mənə dedilər ki, cərrah Cavanşir Qədirov xəstəxanaya gəlib həyat yoldaşımın evə gətirildiyini bilib və bizim ünvanımıza uca səslə nalayiq söyüşlər söyüb, nəyin bahasına olur-olsun bizi cəzalandıracağını bildirib. Cavanşir həkimin məndən 450 manatı verməyi tələb etməsini təsdiq edən video çəkliş də var. Bu video faktı hüquq mühafizə orqanlarına, o cümlədən Səhiyyə naziri cənab Oqtay Şirəliyevə təqdim edəcəm. Hazırda evdə qorxu içində yaşayırıq ki, sipirtli içki qəbul edib daim sərxoş vəziyyətdə olan Cavanşir həkim evimizə basqın edə bilər. Bu həkimin indiyə qədər etdiyi yararsız cərrahiyə əməliyyatı nəticəsində çoxlu sayda xəstələr dünyasını dəyişib. Mənim həyat yoldaşımın cərrahiyə əməliyyatında digər həkimlər iştirak etməsəydi, mən Cavanşir Qədirovun əməliyyat etməsinə, qətiyyən, razı olmazdım. Alkoqol xəstəsi Cavanşir Qədirova qalsaydı, ailəm məhv olardı.
Bu həkim yoxlamadan keçirilərsə, onun alkoqol xəstəsi olması tam sübut olunacaq. O dəfələrlə sərxoş vəziyyətdə xəstələrlə və onların yaxınları ilə mübahisələr edib, dava-dalaş salıb. Hətta bir neçə dəfə xəstə qohumları ilə baş vermiş davaya görə cinayət işləri , məhkəmə hökmləri də var. Bu yaramaz həkimin barəsində qanuni tədbirlər görülmədiyindən daha da azğınlaşaraq, qanunsuz əməllərini davam etdirir. Mən mətbuat vasitəsi ilə aidiyyatı orqanlardan və Səhiyyə Naziri cənab Oqtay Şirəliyevdən xahiş edirəm, xəstələrə və onların yaxınlarına qənim kəsilmiş alkoqol xəstəsi olan həkim Cavanşir Qədirovun barəsində ciddi tədbirlər görülsün".
Cavanşir Qədirov isə deyilənlərin böhtan olduğunu bildirib: "O qələt edir, başını daşa döyür. Böhtandı. Siz mənim nömrəmi hardan tapmısınız? Ona inanırsınız, yoxsa mənə? Lazım olsa, mən həmin insanı məhkəməyə verəcəm".
Həsən Babayev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53