Türk siyasətçinin Avropa fəthi
11:16 31-01-2015
İQTİSADİYYAT
Türk siyasətçinin Avropa fəthi
Doğu Perinçək İstanbulda qəhrəman kimi qarşılandı
"Söz və ifadə azadlığını məhdudlaşdırmış" İsveçrəni 17 dekabr 2013-cü ildə AİHM-də məhkum etdirən İşçi Partiyasının lideri və Tələt Paşa komitəsinin qurucu koordinatoru Doğu Perinçəki tərəfdarları qəhrəman kimi qarşılayıb (apa).
Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının 28 yanvarda keçirdiyi iclasında iştirak etmək üçün yanvarın 27-də Fransanın Strasburq şəhərinə gedən 200 nəfərlik Türk heyəti yanvarın 29-da axşam Türkiyəyə qayıdıb. İstanbulun "Sabiha Gökçən" aeroportuna enən heyəti İşçi Partiyasının, digər siyasi partiyaların, QHT-lərin 3000-dən çox idarəçisi və üzvü qarşılayıb.
Aeroport binasından coşqulu şüarların sədaları altında çıxan İşçi Partiyası lideri Doğu Perinçək onu qarşılamağa gələnlərə müraciətində AİHM-dəki bu prosesin Türkiyə xalqını birləşdirdiyini deyib: "Sənayeçisindən aliminə, siyasətçisindən sənətkarına qədər hamı bu prosesdə əlbir və yekdil olub. Son dərəcə uğurlu keçən bu proses Türkiyənin üfüqünü yenidən açıb. Bundan sonra heç kim "soyqırım" yalanı ilə Avropanın məzlumlarına diz çökdürə bilməz. Əslində biz AİHM-ə şikayətimizlə Avropadakı məzlumlara azadlıq apardıq. "Erməni soyqırımı" yalandır!" deməyi cəzalandırmaq Bethovenin 9-cu simfoniyasını cəzalandırmaq kimi bir şeydir. Avropada fransızca, almanca, ingiliscə çıxan qəzetlərə baxın: hamısı yazır ki, Perinçək və arkadaşları məhkəmədən gülər üzlə ayrıldılar. Bu prosesdə birləşənlər tam müstəqil, imperializmə baş əyməyən, xalqçı, Atatürkçü bir Türkiyə qurma yolunda da əlbir hərəkət edəcəklər".
Daha sonra sonra çıxış edən Demokratik Sol Partiyasının sədri Masum Türkər işin əvvəlindən bəri Doğü Perinçəkin mübarizəsini dəstəklədiklərini və Qərb imperializminin Türkiyəyə qəbul etdirməyə çalışdığı hər şeyə qarşı bundan sonra da eyni sıralarda mübarizə aparacaqlarını vurğulayıb.
Strasburqa gedən heyətdə yer alan keçmiş nazirlər Enis Öksüz və Yaşar Okuyan, İstanbul müstəqil millət vəkili İhsan Barutçu çıxış edərək bundan sonrakı dönəmdə də Türkiyəyə atılmaq istənən böhtanlara qarşı əlbir şəkildə mübarizə aparmağa davam edəcəklərini vurğulayıblar.
"Sabiha Gökçən" aeroportunda açıqlama verən Doğu Perinçəkin AİHM-dəki vəkili, İşçi Partiyası sədrinin müavini Məhmət Cengiz deyib :"Azərbaycanlı qardaşlarıma deyirəm ki, qələbəmizi bir daha təsdiqlədik. Məhkəmənin gedişatı bunu bizə açıq-aydın göstərdi. Bu, Perinçəklə mənim AİHM-dəki ikinci qələbəmizdir. Böyük Palatanın öz qərarını elan etməsi bir az vaxt alacaq, ancaq qələbəmizi təsdiqləməyimizə heç kimin şübhəsi olmamalıdır".
Rəssam Müzəffər Akyol "Strasburqa gedərkən yenə də qalib gələcəyimizə inanırdım. İmperialistlərin yalanını növbəti dəfə ifşa etdik. Bu torpaqlardan imperializmini tamamilə qovuruq. Ona görə buradan ermənilərə müraciətlə deyirəm ki, bir an əvvəl işğal etdikləri Azərbaycan torpaqlarını tərk etsinlər, imperializmin dəstəyi ilə qardaş Azərbaycan torpaqlarını işğal edənləri oradan da qovub çıxaracağıq", deyə Müzəffər Akyol təəssüratını bölüşüb.
Türkiyə Cümhuriyyəti 57-ci hökumətinin nəqliyyat və kommunikasiya naziri Enis Öksüz isə verdiyi açıqlamada bunu vurğulayıb: "Perinçək-İsveçrə çəkişməsini izləmək üçün Strasburqa gedən heyətimiz oradan çox məmnun qayıdıb. Biz Türklərin heç kimə soyqırım yapmadığımız onsuz da məlumdur. Ona görə "erməni soyqırımı" yalanının geri püskürdüldüyünə inanıram. Strasburqda məni məmnun edən əsas cəhətlərdən biri - orada Azərbaycan bayraqlarının dalğalanması oldu. Digər Türk ölkələrinin də bayraqları dalğalanırdı, ancaq etiraf edim ki, Azərbaycan bayraqlarının dalğalanmasının mənim üçün yeri ayrı idi. 28 yanvardakı məhkəmədən ermənilər dərs çıxarmalı və bir an əvvəl üzr istəyərək Azərbaycan torpaqlarını tərk etməlidirlər. Yoxsa bu birliyimizin və gücümüzün qabağında dayana bilməyəcəklər".
Tələt Paşa komitəsindən daxil olan məlumata görə, yaxın günlərdə keçiriləcək toplantıda "soyqırım" böhtanlarına qarşı dünya miqyasındakı mübarizənin yeni yol xəritəsi müzakirə ediləcək.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53