Azərbaycanda bəzi oliqarxların banklarına daha bir ağır zərbə
10:00 03-02-2015
İQTİSADİYYAT
Azərbaycanda bəzi oliqarxların banklarına daha bir ağır zərbə
Artıq onlar əhalini aldada bilməyəcəklər: ciddi dəyişikliklər gəlir!
Azərbaycan bankları reklamlarda müştərilərin və əhaliyə yalan vədlər verə bilməyəcəklər. Milli Məclisdə müzakirə olunan "Reklam haqqında" qanun layihəsində bank və investisiya məhsullarının reklamı ilə bağlı ciddi dəyişikliklər var.
Məsələ burasındadır ki, söhbət əsasən kreditlərin verilməsindən və əmanətlərin qəbulundan gedir. Belə ki, sənədə əsasən, bank məhsullarının şərtlərinin dəyişməsi ilə bağlı reklam hazırlanarkən kreditlərin və əmanətlərin həm əvvəlki, həm də indiki faiz dərəcələri konkret göstərilməlidir. Məsələn, indi banklar keçirdikləri kampaniyalarda kreditlərin 3% ucuzlaşdığını bildirirlər, amma konkret olaraq faiz dərəcəsinin əvvəl neçə olduğunu və bundan sonra neçə olacağını bildirmirlər. Bundan sonra isə, banklar faiz dərəcələrinin əvvəl və sonra necə olduğunu dəqiq göstərməli olacaqlar. Üstəlik, reklamda kampaniyanın hansı müddətdə qüvvədə olacağı da öz göstərilməlidir. Daha bir yenilik isə ondan ibarətdir ki, öz qiymətli kağızlarını satanlar köhnə göstəricilər əsasında investorlara gəlirlilik vəd verə bilməyəcəklər. Üstəlik, potensial investorlar gəlirə təsir edə biləcək bütün riskləri əvvəlcədən bilməlidir.
Həmçinin, dövlət qeydiyyatına alınmamış və fond birjası tərəfindən hərraca çıxarılmamış qiymətli kağızların reklamına icazə verilməyəcək. Bundan başqa, daşınmaz əmlak tikintisi ilə məşğul olanlar onun əvvəlcədən pay şəkildə satışını o halda reklam edə bilər ki, yerli icra hakimiyyəti orqanından lazımi icazə alsınlar.
"Unikal" olaraq onu da qeyd edək ki, Azərbaycanda bir sıra bankların arxasında bəzi oliqarxlar dayanırlar. Məsələn, nəqliyyat naziri Ziya Məmmədovun "Bank of Azərbaycan"ı, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun "Bank Respublika"nı, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin "Xalq Bank"ı, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərovun "Silk Way Bank"ı öz nəzarətində saxladığı heç kimə sirr deyil.
Hesab olunur ki, "Reklam haqqında qanun"un yuxarıda haqqında danışılan müddəaları bəzi iri məmurların nəzarətində və himayəsində fəaliyyət göstərən bankların maraqlarına ciddi zərbə olacaq. Çünki belə bankların bir çoxu məhz əhalini aldatmaq bahasına ciddi gəlirlər əldə edirdilər. İndi bu zərərli tendensiyanın aradan qalxması gözlənilir. Belədə isə heç bir şübhə yoxdur ki, itirən bəzi oliqarxların bankları, qazanan isə vətəndaşlar olacaqdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53