Aslan Aslanov üçün ciddi təhlükə
09:33 04-02-2015
İQTİSADİYYAT
Aslan Aslanov üçün ciddi təhlükə
Keçmiş icra başçısını qarşıda həbsə qədər uzana biləcək çətin günlər gözləyir
Son günlər mətbuatın əsas müzakirə mövzularından biri Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunun qətlində adı keçən şəxslər ətrafında baş verənlərdir. Sabiq icra başçısının oğlunun öldürülməsində təqsirləndirilən Lamiyə Quliyevanın həbsxanada övlad dünyaya gətirməsi gündəmə bomba kimi düşüb və yeni dartışmalara yol açıb.
Dünənsə Ruslan Aslanovun qətlində günahlandırılan digər şəxs - Lamiyə Quliyevanın nişanlısı olmuş və ömürlük həbs cəzasına məhkum edilmiş Vüqar Əliyevin vəkili Adəm Məmmədov ilginc açıqlamalarla çıxış edib. Vəkil bildirib ki, V.Əliyevin əfv olunması mümkündür: "Prezidentə əfv üçün müraciət hazırlayıram. Bu, prezidentin səlahiyyətinə aid olan məsələdir. Ümid edirəm ki, ölkə başçısı ədaləti bərpa edəcək. Eyni zamanda yeni açılmış hal kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edəcəyəm".
Vəkil xatırladıb ki, V.Əliyevə CM-in 177.2.1 maddəsi ilə ittiham irəli sürülüb. Onun sözlərinə görə, mərhumun üstündə olan telefonu ayaqyoluna tullayan şəxs L.Quliyeva olub. A.Məmmədov Lamiyənin cinayəti etiraf etdiyini yada salaraq, bu maddənin V.Əliyevin üzərindən götürülməsinin vacibliyini vurğuladı: "İstintaqçılar belə nəticəyə gəlmişlər ki, guya bu cinayət hadisəsi Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun öz xidməti vəzifəsini təqsirləndirilən şəxsin və ya ailə üzvlərinin (torpaq mübahisəsi) maraqlarına zidd şəkildə icra etməsi səbəbi ilə baş vermişdir. Bu səbəbdən də, Əliyev Vüqar İbrahim oğluna AR CM-in 120.2.3-cü maddəsi ilə də ittiham verilmişdir. Belə ki, AR Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməsini nəzərdə tutur. Aslan Aslanov məhkum Əliyev Vüqar İbrahim oğlunun ömürlük azadlıqdan məhrum edilməsinə öz qulluq mövqeyindən istifadə edərək hüquq-mühafizə orqanlarına təsiri ilə nail olmuşdur. Qəsdən adam öldürmə işləri üzrə bir nəfərin öldürülməsinə görə məhkəmə təəcrübəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsinin statistik göstəricilərdə faiz dərəcəsi sıfra bərabərdir. Əliyev Vüqar İbrahim oğlunun həqiqətdə Aslan Aslanovun oğlunu öldürmədiyi məlumdur.
Əgər bu işdə iştirak etsə belə, əvvəllər məhkum olunmamış və bir nəfərin ölümü ilə nəticələnən cinayət hadisəsinə görə ömürlükdən azadlıqdan məhrum edilməsi məntiqə və məqsədə uyğun deyildir".
Hesab olunur ki, vəkilin iddiaları yetərincə ilgincdir. Əgər V. Əliyev əfv edilərsə və məlum olarsa ki, onun ömürlük azadlıqdan məhrum edilməsi məhz Aslan Aslanovun qulluq mövqeyindən istifadə edərək hüquq mühafizə orqanlarına təsiri nəticəsində mümkün olmuşdur, bu, keçmiş icra başçısına ciddi başağrısı yarada bilər.
İstisna olunmur ki, qətlin baş verdiyi dövrdə (2003-cü il) Şəmkirdə yerli prokurorluq və polis orqanına rəhbərlik etmiş, cinayət işinin həmin vaxt rayona rəhbərlik edən Aslan Aslanovun arzusuna uyğun olaraq aparmış şəxslərin bu istiqamətdə etirafları ortaya çıxa bilər, belədə isə Aslanovun hətta həbsi məsələsinin gündəmə gəlməsi də istisna olunmur. Çünki qulluq mövqeyindən istifadə qanunvericilikdə kifayət qədər ağır cinayətlərdən biri kimi təsbit olunur.
Daha bir önəmli məqam bu qətl olayında təqsirləndirilənlərin işi yenidən gündəmə gətirildikdən sonra ortaya başqa bir ciddi iddianın ortaya çıxmasıdır. Belə ki, V. Əliyevin xanımı Aynurə Əliyeva mətbuata müraciətində Aslan Aslanovun həyat yoldaşından nazirlərdən birinin konkret olaraq, vergilər naziri əleyhinə ifadə almağa çalışdığını bildirib. Onun sözlərinə görə, keçmiş icra başçısı Vüqar Əliyevə deyib ki, əgər ifadəsində qətlin sifarişçisinin həmin nazir olduğunu yazsa onu və həbs etdirdiyi ailə üzvlərini azadlığa buraxdıracaq. Lakin Vüqar Əliyev buna razılıq verməyib və amansız işgəncələrə məruz qalıb.
Əldə etdiyimiz məlumata görə, bu məqam hakimiyyət dairələrində qəzəblə qarşılanıb və Aslan Aslanova qarşı etimadı bir az da sarsıdıb.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53