Qubad İbadoğlunu partiyadan çıxartdılar
09:52 07-02-2015
İQTİSADİYYAT
Qubad İbadoğlunu
partiyadan çıxartdılar
Arif Hacılı 25 il Müsavatda can qoyan keçmiş başqanlığa namizədi yola saldı
Müsavat Partiyasının keçmiş başqanlığa namizədi Qubad İbadoğlu partiya sıralarından xaric edilib. "Unikal"ın xəbərinə görə, bu barədə Müsavat Divanının bu gün keçirilmiş iclasında qərar verilib. Q.İbadoğlunun partiyadan çıxarılması ilə bağlı qərar 12 nəfər lehinə, bir nəfər bitərəf qalmaqla qəbul olunub.
Müsavat rəhbərliyi iddia edir deyib ki, Q.İbadoğlu Müsavat Partiyası Nizamnaməsinin 1.9-cu bəndini, yəni partiya üzvünün partiyadaxili nizam-intizama əməl etmək, partiyanın nüfuzunu qorumaqla bağlı müddəasını kobud surətdə pozduğu üçün təşkilatın sıralarından xaric olunub.
Qubad İbadoğlu Divanın müzakirəsini "formal" adlandırıb: "Arqumentləri zəif olduğuna görə, videoçəkiliş aparılmasına icazə vermədilər. Mən əvvəlcədən belə bir qərar gözləyirdim. Bu qərarın sifarişi əvvəlcədən verilmişdi". O qeyd edib ki, onunla bağlı qərarı bir nəfər qəbul edib: "Çünki Müsavat Partiyasını indi yalnız bir nəfər idarə edir. İndiki başqan nominaldı, mənimlə bağlı qərarı əvvəlki başqan verib". Q.İbadoğlu qərarı "yanlış və əsassız" adlandırıb.
Qeyd edək ki, dünən fəaliyyəti ilə əlaqədar Müsavat Partiyasının Divanına çağırılan başqanlığa sabiq namizəd, ADR Hərəkatının təşkilat komitəsinin sədri Qubad İbadoğlu Müsavatın Divanına qatılmaqdan imtina etmişdi. Buna adekvat olaraq, Q.İbadoğlu və tərəfdarları Divanın iclasını tərk ediblər.
Bununlada Arif Hacılı Müsavatda 25 il can qoymuş Qubad İbadoğlunu rəsmən yola salmış oldu.
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59