Emin Hüseynovun İsveçrə səfirliyində gizləndiyi üzə çıxdı
10:31 13-02-2015
İQTİSADİYYAT
Emin Hüseynovun İsveçrə səfirliyində gizləndiyi üzə çıxdı
Qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınmaqda ittiham olunan birlik sədri ölkədən qaçmağa hazırlaşırmış
Radikal müxalifətin sözçülərindən olan, Qərb dairələrinin Azərbaycandakı əlaltılarından sayılan "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu" ictimai birliyinin sədri Emin Hüseynovun harda olduğu axır ki, bəlli oldu.
Bu günə kimi, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl, Rauf Mirqədirov, Leyla Yunus və digər Qərb tör-töküntülərinin səsinin müxtəlif diplomatik korpuslardan gəliyinin şahidi olurduq. Azərbaycanın milli maraqlarına zidd fəaliyyət aparan, bununla yanaşı, bir sıra cinayət xarakterli əməllər törədən Emin Hüseynovun da səsi xarici ölkə səfirliyindən gəldi.
Azərbaycan Respublikasının vətəndaşı Emin Hüseynov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib. Bunu barəsində cinayət işi açılmış Emin Hüseynovun İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənməsi məsələsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, məhkəmə qərarı əsasında aparılmış araşdırmalar nəticəsində Emin Hüseynovun "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu" ictimai birliyinin sədri kimi qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1 575 956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247 551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayınmaqda əsaslı şübhələr müəyyən edilib.
"7 iyul 2014-cü il tarixindən etibarən Emin Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənib. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ var. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir", - deyə H. Hacıyev bildirib.
İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyindən isə APA-ya bildirilib ki, Emin Hüseynovun maraqları ilə bağlı həll yolu tapmaq üçün Azərbaycan hökuməti ilə danışıqlar aparılır. "Hazırda bir Azərbaycan vətəndaşı İsveçrənin Azərbaycandakı səfirliyindədir. O, 2014-cü ilin avqustun 18-də səfirliyə müraciət edib və İsveçrə ona humanitar əsaslarla sığınacaq verib. Həmin vaxtdan etibarən, həmin şəxsin maraqları ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparırıq", - deyə İsveçrə XİN-dən APA-nın sorğusuna cavab olaraq bildiriblər. Emin Hüseynova İsveçrədə siyasi sığınacaq verilib-verilməməsi, onun sonrakı taleyi və danışıqların nəticəsi ilə bağlı sualları isə İsveçrə XİN nümayəndəsi cavablandırmaqdan imtina edib: "Biz bundan artıq məlumatı sizinlə bölüşə bilmərik".
İsveçrənin Azərbaycandakı səfirliyi isə keçən ilin avqustundan məsələni şərh etməkdən və məlumat verməkdən imtina edir.
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00