"Vurulacaq" icra başçılarının ilginc siyahısı
10:50 14-02-2015
İQTİSADİYYAT
"Vurulacaq" icra başçılarının ilginc siyahısı
Parlament seçkisi ərəfəsində hansı rayon rəhbərləri "qurbanlıq" seçiləcək?
Azərbaycanda parlament seçkiləri ərəfəsində bir çox rayonların icra hakimiyyətlərinin başçılarının əvəzlənəcəyi gözlənilir. Qarşıdakı iki ayda haqlarında daha çox narazılıqların eşidildiyi və vətəndaş şikayətlərinin gəldiyi rayon rəhbərləri postlarını itirmək təhlükəsi ilə üzləşəcəklər.
Bildirilir ki, parlament seçkilərində vətəndaşların narazılığının yüksək olduğu rayonların rəhbərliyini əvəzləməklə hökumət seçkilərdə həmin bölgələrin sakinlərinin könlünü almağı və onların seçkidəki siyasi dəstəyini qazanmağı planlaşdırır. Hesab olunur ki, əhali arasında nüfuzu az olan, barələrində əhalinin ancaq giley-güzar tonunda danışdığı icra başçıları ilə seçkiyə getmək həmin rayonlarda seçicilərin hakim partiya tərəfindən dəstəklənən namizədlərə deyil, onların opponentlərinə səs verməsi ilə nəticələnə bilər.
Dünən isə rəhbərliyinin əvəzlənmə ehtimalı yüksək olan rayonların bir hissəsinin adları açıqlanıb. Belə ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, bəzən vətəndaşlar yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin qəbulunda öz məsələlərinə ətraflı və dolğun cavab ala bilmir, hətta ayrı-ayrı vəzifəli şəxslərin qəbulunda olmaq üçün Prezident Administrasiyasına müraciət etməyə məcbur olurlar.
Onun sözlərinə görə, il ərzində respublikanın bölgələrindən qəbula gələn vətəndaşların sayına nəzər salsaq, Bakı şəhəri və onun rayonlarının, Mingəçevir, Yevlax şəhərlərinin, Ağstafa, Astara, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, Laçın, Lerik, Masallı, Neftçala rayonlarının sakinləri daha çox müraciət etmişlər. Prezident Administrasiyasında qəbul olunmaq üçün edilən yazılı müraciətlərin təhlili göstərir ki, bu mövzuda Bakı şəhəri və onun bəzi rayonlarından, Yevlax, Ağcabədi, Biləsuvar, Göyçay, Quba, Lerik, Saatlı, Salyan, Ucar, Zəngilan şəhər və rayonlarından müraciətlər daha çox daxil olmuşdur. Onların araşdırılması göstərir ki, bəzən vətəndaşlar yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin qəbulunda öz məsələlərinə ətraflı və dolğun cavab ala bilmir, hətta ayrı-ayrı vəzifəli şəxslərin qəbulunda olmaq üçün Prezident Administrasiyasına müraciət etməyə məcbur olurlar.
Ehtimallar ondan ibarətdir ki, parlament seçkisi ərəfəsində "qurbanlıq" seçiləcək icra başçıları arasında məhz adları çəkilən rayonların rəhbərlərinin olması daha ağlabatandır. Bu rayonlarda vətəndaşların idarəçilikdən kəskin narazılıqları onların hökumətdən də incik düşməsini şərtləndirir ki, bu da seçki ilində iqtidar üçün heç də arzuolunan hal deyil. Ona görə də əhalinin giley-güzarının yüksək olduğu rayonlarda icra hakimiyyəti başçılarının əvəzlənməsi ilə vətəndaşların incikliklərini sonlandırmaq və onları parlament seçkilərində hakimiyyət namizədlərini dəstəkləməyə həvəsləndirmək mümkündür.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20