Viktoriya Nuland: "İlham Əliyev ABŞ-la yeni danışıqlar formatına razılıq verdi"
10:00 18-02-2015
CƏMİYYƏT
Viktoriya Nuland: "İlham Əliyev ABŞ-la
yeni danışıqlar formatına razılıq verdi"
ABŞ dövlət katibinin Bakıda səfərdə olan müavini Viktoriya Nuland prezident İlham Əliyevlə keçirdiyi danışıqlara dair bəyanat verib.
Nuland Birləşmiş Ştatlarla Azərbaycan arasında yeni danışıqlar formatına dair razılıq əldə olunduğunu açıqlayıb.
"Bu gün bizə effektiv strukturlaşdırılmış dialoq lazımdır. Mən çox şadam ki, bu gün prezident İlham Əliyev bu cür dialoq formatının yaradılmasına razılıq verdi"- deyə Nuland bildirib.
Diplomat prezidentlə görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini, nəqliyyat və kənd təsərrüfatını, həmçinin korrupsiya ilə mübarizənin intensivləşdirilməsini müzakirə edib.
V.Nuland korrupsiyanı "demokratiyanın qatili" adlandırıb: "Biz qərara aldıq ki, bu dialoqu davam etdirək və onu xüsusi format-vətəndaş cəmiyyətinə və demokratikləşməyə dair Amerika-Azərbaycan dialoqu formatında möhkəmləndirək".
Diplomat əlavə edib ki, bu, ABŞ-la Azərbaycan arasında ikitərəfli struktur olacaq və Azərbaycanla Avropa Şurası arasında analoji təşəbbüslə paralel işləyəcək.
Viktoriya Nuland Azərbaycanda siyasi qüvvələrlə hakimiyyət arasında dialoqun bərpasını da alqışlayıb. Onun sözlərinə görə, belə dialoq Azərbaycanın gələcəyi üçün çox mühümdür. Diplomat danışıqlar zamanı Azərbaycanda insan haqları məsələsinə də toxunulduğunu deyib.
"Dünyada ən güclü dövlət dövlətlə vətəndaşlar arasında açıq dialoqun olduğu dövlətdir"- o bildirib.
Qeyd edək ki, ABŞ-la Azərbaycan arasında vətəndaş cəmiyyəti və demokratikləşməyə dair ikitərəfli danışıqlar formatının yaradılmasına dair razılıq siyasi baxımdan mühüm hadisədir.
Belə ki, ABŞ-la Azərbaycan arasında demokratiya və insan haqlarına dair dialoq formatı əvvəllər də olub. ABŞ-la Azərbaycan arasında imzalanmış ikitərəfli strateji tərəfdaşlıq haqda sazişin bəndlərindən biri məhz insan haqları və demokratiya problemlərinə dair dialoq formatının yaradılmasını nəzərdə tutur.
Bu format çərçivəsində dövlət katibinin insan haqları üzrə köməkçisi ilə rəsmi Bakı təmsilçiləri arasında hər il azı iki müzakirə keçirilirdi. Lakin 2008-ci ildən etibarən bu format işləməyib və paralel olaraq münasibətlər gərginləşib.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15