İtaliyanın Azərbaycandakı səfiri "Khazar İslands"ı möhtəşəm layihə hesab edir
16:33 18-02-2015
CƏMİYYƏT
İtaliyanın Azərbaycandakı səfiri "Khazar İslands"ı möhtəşəm layihə hesab edir
"Avesta Concern"in bütün dünyada böyük marağa səbəb olan "Khazar İslands" layihəsi ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin diqqət mərkəzində olduğunu, xarici ölkə səfirlərinin layinənin həyata keçirildiyi əraziyə səfər etməsini dəfələrlə xəbər vermişik. İtaliya Respublikasının Azərbaycandakı səfiri Ciampaolo Kutillo "Khazar İslands" yeni şəhər kompleksinə səfər edən növbəti səfir olub. Diplomatı mehribanlıqla qarşılayan "Avesta Concern"in prezidenti Hacı İbrahim Nehrəmli hörmətli qonağa rəhbərlik etdiyi şirkət, onun həyata keçirdiyi layihələr və bütün dünyada böyük marağa səbəb olan "Khazar İslands" layihəsi haqqında geniş məlumat verib. Səfir Ciampaolo Kutillo Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını, Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, bu münasibətlərin artıq tərəfdaşlıq səviyyəsinə qalxdığını və iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. O, "Khazar İslands" layihəsinin iki ölkənin iş adamlarının uğurla əməkdaşlıq edə biləcəyi layihələrdən önəmli birisi olduğunu vurğulayıb və belə möhtəşəm layihəni həyata keçirdiyinə görə Hacı İbrahim Nehrəmlini təbrik edib. Səfir bildirib ki, layihənin ideyası xüsusilə təqdirəlayiqdir. "Khazar İslands" layihəsinin Azərbaycanda gedən dinamik inkişafın məntiqi nəticəsi olduğunu qeyd edən Hacı İbrahim Nehrəmli, bu layihə ilə prezident İlham Əliyevin iqtisadi siyasətinə dəstək olmaq istədiyini, layihənin Azərbaycanda bir çox sahələrin, xüsusilə də turizmin inkişafına böyük tövhə verə biləcəyini deyib. İş adamı "Khazar İslands" layihəsi çərçivəsində dünyanın bir çox ölkəsindən olan böyük şirkətlərlə əməkdaşlıq etdiklərini, bu sırada İtaliya şirkətlərinin də olduğunu qeyd edib. Hacı İbrahim Nehrəmli qeyd edib ki, layihənin miqyası daha böyük əməkdaşlığa imkan verir və buna görə də "Khazar İslands"a maraq göstərəcək bütün şirkətlərlə əməkdaşlığın mümkün olduğunu bildirib. Səfir Ciampaolo Kutillo Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi, İtaliya yeni şirkətlərinin "Khazar İslands" layihəsinə qoşulması və xüsusilə də, sərmayə qoyuluşu istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. "Khazar İslands" yeni şəhər kompleksi çərçivəsində görülən işlərlə tanış olam səfir Ciampaolo Kutillo fəxri qonaqlar kitabına ürək sözlərini də yazıb.
Görüşdə İtaliyanın Ticarət Agentliyinin Azərbaycan üzrə nümayəndəliyinin direktoru Luici D’Aprea da iştirak edib.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15