Vətəndaşları aldadan tikinti şirkətinin rəhbəri həbs olundu
10:35 19-02-2015
İQTİSADİYYAT
Vətəndaşları aldadan tikinti
şirkətinin rəhbəri həbs olundu
Prokurorluq direktora qarşı dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürüb.
Son illər tikinti şirkətlərinin vətəndaşlara fırıldaq gəlməsi halları adiləşib. "Unikal"ın məlumatına görə, bu cür cinayət əməllərinə qarşı mübarizə aparılsa da, bəzi tikinti koperativlərinin rəhbərləri dələduzluq edərək insanların vəsaitlərini mənimsəməklə məşğuldurlar.
Elə son bir neçə ildə məhkəmələrdə bir mənzilin bir neçə şəxsə satılması, pulun əvvəlcədən alınmasına baxmayaraq, binanın tikintisinin başa çatdırılmaması və digər səbəblərlə bağlı iddialar qaldırılıb, istintaq işi aparılır. Bundan əlavə, bu kimi cinayətlərə qarşı hüquq-mühafizə orqanlarına bu gün də şikayətlər daxil olmaqdadır.
Belə ki, dünən tikinti kooperativinin rəhbərinin qanunsuz əməlləri aşkar edilib. Baş Prokurorluqdan "Unikal"a verilən məlumata görə,"RUM" Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
İstintaq zamanı İman Hüseynovun "RUM" MTK-nın direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə kooperativ tərəfindən Xətai rayonu, M.Hadi küçəsi 41 saylı ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05