Müxalifət qüvvələri Qərb dairələrinə stavka etməyə başlayıb
10:40 19-02-2015
CƏMİYYƏT
Müxalifət qüvvələri Qərb dairələrinə stavka etməyə başlayıb
Arif Hacılı ABŞ səfirliyində olması, AMİP baş katibinin Amerikaya səfəri radikalların yeni planlar üzərində çalışdığını göstərir
Dünən Müsavat Partiyasının başqanı Arif Hacılı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Susan Çesli ilə görüşüb.
Müsavat Partiyasından "Unikal"a verilən məlumata görə görüşdə Azərbaycan-ABŞ əlaqələri, Azərbaycanda ictimai-siyasi vəziyyət, keçiriləcək parlament seçkiləri, siyasi məhbuslarla bağlı vəziyyət və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Maraqlısı odur ki, AMİP Beynəlxaq Əlaqələr Katibi Elşən Mustafayev 12-15 fevral tarixlərində ABŞ-ın Mayami şəhərində "Yeni sosial erada seçkiləri necə qazanmalı və sosial media" movzusunda beynəlxalq konfransda iştirak edib. "Dünyada DLB Qrup" təşkilatının və İsveçin "Jalmarson fondunun" əməkdaşlığı ilə təşkil olunan konfransda Latın Ameikası və Avropa dövlətlərinin sağ mərkəz siyasi partiyalarının nümayəndələri iştirak ediblər. Müasir seçki sistemləri üzrə dünyanın aparıcı mütəxəsislərinin, PR agentliklərinin də iştirak etdiyi konfransda geniş diskussiyalar aparılmış, ölkələr üzrə təqdimatlar olub.
Sonda iştirakşılar və təşkilatçılar müzakirə olunmuş məsələrin aktuallığını və vacibliyini nəzərə alaraq yaxın gələcəkdə növbəti belə bir konfransın keçirilməsini qərara aldılar.
"Unikal"ın məlumatına görə, Azərbaycan parlamentində də ABŞ-la bağlı dinləmələr olub. Ötən gün isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland Bakıda olub, Prezident, xarici işlər naziri ilə müzakirələr aparıb. Mətbuata verilən açıqlamadan görünür ki, müzakirələr pozitiv istiqamətdə gedib, xüsusilə, iqtidar-müxalifət-vətəndaş cəmiyyəti dialoqunun davam etdirilməsi qərara alınıb.
Diqqətçəkən məqamlardan biri də odur ki, AMİP sədri Yusif Bağırzadə hesab edir ki, ABŞ dövlət katibinin müavini Viktoria Nulandın ölkəmizə səfəri ABŞ-Azərbaycan münasibətlərinin sərinləşməsi fonunda baş verir. Onun fikrincə, artıq ABŞ-ın yeni səfiri də ölkəyə gəlib: "Əlbəttə, bu səfər önənmlidir. Bununla da, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır. Bildiyiniz kimi, ABŞ Konqresində bir ayda iki dəfə dinləmə təşkil olunmuşdu. Əlbəttə, Konqres, Senat, Nümayəndələr Palatası ayrı-ayrı qurumlardır. Ancaq Dövlət Departamenti bilavasitə xarici siyasət kursunu ilə məşğul olur və daha əhəmiyyətlidir. Hesab edirəm ki, xanim Viktorianın Bakıda apardığı müzakirələr, əldə edilən razılaşma, işçi qrupunun yaradılması məsələsi, dialoq təşəbbüsünün dəstəklənməsi münasibətləri irəli aparır. Azərbaycan-Amerika münasibətləri normaldır. Azərbaycan bölgədə bir çox qonşularının istəyinin əksinə olaraq karbohidrogen ehtiyatlarını Avropa bazarına çıxarır. Azərbaycan müstəqil siyasət yeridir. Şübhəsiz ki, bütün bunlar ABŞ tərəfindən dəstəklənməlidir. Fikrimcə, TAP və TANAP layihəsi ilə bağlı ABŞ Azərbaycanı dəstəkləyəcək. Yunanıstan hakimiyyəti bu layihə ilə bağlı fərqli mövqe tutmaq istəyirdi. Bu yaxınlarda TAP-la bağlı görüş keçirildi, ABŞ elçisi həmin görüşdə Yunanıstan nümayəndəsindən tələb etdi ki, layihəyə dəstək verilsin. Hesab edirəm ki, Viktoria Nulandın səfəri iki ölkə arasında münasibətlərə yeni töhvə olacaq".
Görünən odur ki, müxalifətin bir qismi Rusiyaya meyllənirsə, başqa bir qütbü Amerika ilə münasibətləri sıxlaşdırmağa səy göstərir. Azərbaycanla Amerika arasındakı münasibətlərin elə də sıcaq olmadığını nəzərə alsaq, radikalların ABŞ-la bu yaxınlaşmasının arxasında qaranlıq məqamların olduğunu demək olar. Yəqin ki, seçki ilində gərginlik yaratmaq üçün radikal müxalifət qüvvələri müəyyən tapşırıqlar da alıblar.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15