"Azadlıq-2015" bloku kimin sifarişi ilə yaradılıb?
10:40 19-02-2015
CƏMİYYƏT
"Azadlıq-2015" bloku kimin sifarişi ilə yaradılıb?
İqbal Ağazadə ilə Sərdar Cəlaloğlu bu birlikdə təmsil olunmaqdan imtina etsələr də səbəbləri açıqlamaq istəmirlər
Məlum olduğu kimi, Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan qüvvələr qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün yeni blok yaradıblar.
"Azadlıq-2015" adlanan seçki blokunda xeyli partiyanın bir araya gələcəyi nəzərdə tutulsa da, bir sıra qüvvələr burada olmaqdan yayındılar. Belə ki, Liberal Partiya, ADP və Ümid Partiyası "Azadlıq-2015"də təmsil olunmaqdan imtina etdilər. İlk vaxtlar qurumdakı digər partiyalar birlikdən yayınanları ittiham etsələr də, sonradan geri çəkilməli oldular. Bunan səbəb isə yeni blokun kimlər tərəfindən sifariş olunduğunun üzə çıxması oldu. Məsələnin daha da böyüməməsi üçün qarşı tərəf İqbal Ağazadə ilə Sərdar Cəlaloğlunu ittiham etməyə ara verdilər.
"Unikal"ın məlumatına görə, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib ki, Ümid Partiyası qarşıdan gələn parlament seçkilərində hansı formada iştirak edəcəyi və namizədlərinin müəyyən edilməsi istiqamətində iş aparır. İ.Ağazadə partiyanın parlament seçkilərinə digər siyasi təşkilatlarla birgə gedəcəyi barədə ehtimalların olduğunu da vurğulayıb: "Azərbaycan Demokrat Partiyası, 125-lər siyasi klubu ilə bir yerdə gedəcəyimiz çox böyük ehtimaldır". O, rəhbərlik etdiyi partiyanın Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunmadığını da diqqətə çatdırıb: "Biz artıq orada yoxuq. Onlar blok yaratdılar və biz də oradan çıxdıq".
Bundan əvvəl Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da rəhbərlik etdiyi partiyanın Mərkəzdən çıxdığını deyib.
Qeyd edək ki, Mərkəzdə Müsavat, Klassik Xalq Cəbhəsi, Azərbaycan Demokrat, Ümid, Azərbaycan Xalq, Azad Demokratlar, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Demokrat, Aydınlar, Azadlıq və Böyük Azərbaycan partiyaları təmsil olunurdu. Onlardan Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Azad Demokratlar, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Demokrat, Aydınlar, Azadlıq və Böyük Azərbaycan partiyaları seçki bloku yaradıb. Yerdə qalan 3 partiya - Azərbaycan Demokrat, Ümid və Müsavat partiyaları isə bloka qoşulmaqdan imtina edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, "Azadlıq-2015" orada təmsil olunan qüvvələrin öz təşəbbüsü ilə yaradılan birlik deyil. Burada həm hakimiyyət daxilindəki bəzi dairələrin, həm də Qərblə əlaqəsi olan müəyyən adamların barmağı var. Bu barədə bizi bilgiləndirən mənbənin sözlərinə görə, artıq ilkin addımlar atılıb. Yəqin ki, qarşıdakı dövrdə daha səs-küylü proseslərin şahidi olacağıq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15