Aslan Aslanova bahalı "Bentley" şoku
11:12 24-02-2015
CƏMİYYƏT
Aslan Aslanova bahalı "Bentley" şoku
Sabiq nazir müavininin başı indi də oğluna görə ağrıya bilər
"Lamiyə işi" ilə adı son vaxtlar mətbuatın gündəmində olan Şəmkirin keçmiş icra başçısı və kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun başı yenə dərddədir.Aslanov bu dəfə oğluna görə diqqət mərkəzinə düşüb.
Belə ki, fevralın 20-si gecə saatlarında Aslan Aslanovun oğlu Turqay saxlanılıb. Dövlət Yol Polisi İdarəsi əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı "Bentley" markalı maşını saxlayıblar. aznews.az yazır ki, 10 DO 007 dövlət nömrə nişanlı bu avtomobilin sürücüsünün sərxoş olduğu, sənədlərinin isə qaydasında olmadığı müəyyənləşib.
Buna görə də avtomobil 3-cü mikrorayonda yerləşən cərimə meydançasına aparılıb. Həmin avtomobil 2008-2013-cü illərdə Turqay Aslanovun adına olsa da, 2013-cü ildə Allahverdiyev Valeh Ramazan oğluna etibarnamə verilib.
Amma sayı məhdud, təxminən 300 min dollar dəyərində olan ağ rəngli "Bentley" daim Turqay Aslanov tərəfindən idarə olunub. T.Aslanov Ədliyyə Nazirliyinin İstintaq idarəsinin müstəntiqi vəzifəsində çalışır.
Dünən axar.az onun avtomobilinin fotolarını əldə edib. Araşdırma zamanı məlum olub ki, eyni dövlət nömrə nişanı "Hummer" markalı maşında da var.
Əldə etdiyimiz məlumata görə, Aslan Aslanov oğlunun saxlanılmasından narahatdır. O düşünür ki, bu, əslində yalnız oğluna yox, özünə qarşı yönəlmiş addımdır. Mümkündür ki, övladının adının bu şəkildə gündəmə gətirilməsi ilə keçmiş nazir müavini üzərində basqını artırır, onun özünü daha da narahat hiss etməsinə çalışır, ən əsası isə belə mesaj verməyə çalışırlar ki, Aslan Aslanovun başı üstündəki "qara buludlar" dağılmaq əvəzinə daha da sıxlaşır.
Onsuz da "Lamiyə işi" sabiq nazir müavinini çətin vəziyyətdə qoyub. Onun oğlunun ölümündə təqsirləndirilən Lamiyə Quliyevanın azadlığa buraxılması, digər təqsirləndirilən, Lamiyənin nişanlısı Vüqar Əliyevin də cəza müddətinin kəskin azaldılması, hətta azadlığa buraxılması istisna edilmir. Bütün bunlar isə Aslan Aslanovun özünün vəziyyətini qəlizləşdirir. Belə ki, Lamiyənin azadlığa buraxılması, Vüqar Əliyevlə bağlı da belə bir ehtimalın güclənməsi onun təsdiqidir ki, onların ağır şəkildə cəzalandırılması, qohum-əqrəbalarının belə, keçmişdə həbsə məhkum edilməsi Aslan Aslanovun qulluq mövqeyindən istifadə edərək hüquq mühafizə orqanlarına təsiri nəticəsində mümkün olmuşdur, bu isə keçmiş icra başçısına və sabiq nazir müavininə ciddi başağrısı yarada bilər.
Hələ keçən saylarımızda da yazmışdıq: istisna olunmur ki, qətlin baş verdiyi dövrdə (2003-cü il) Şəmkirdə yerli prokurorluq və polis orqanına rəhbərlik etmiş, cinayət işinin həmin vaxt rayona rəhbərlik edən Aslan Aslanovun arzusuna uyğun olaraq aparmış şəxslərin bu istiqamətdə etirafları ortaya çıxa bilər, belədə isə Aslanovun hətta həbsi məsələsinin gündəmə gəlməsi də istisna olunmur. Çünki qulluq mövqeyindən istifadə qanunvericilikdə kifayət qədər ağır cinayətlərdən biri kimi təsbit olunur.
Daha bir önəmli məqam bu qətl olayında təqsirləndirilənlərin işi yenidən gündəmə gətirildikdən sonra başqa bir ciddi iddianın ortaya çıxmasıdır. Belə ki, Aslan Aslanovun nazirlərdən birinin konkret olaraq, vergilər naziri əleyhinə ifadə almaq üçün V. Əliyevə təzyiq etdiyi ortaya çıxıb. V. Əliyevin xanımı bildirib ki, keçmiş icra başçısı Vüqar Əliyevə əgər ifadəsində qətlin sifarişçisinin həmin nazir olduğunu yazsa onu və həbs etdirdiyi ailə üzvlərini azadlığa buraxdıracaq. Lakin Vüqar Əliyev buna razılıq verməyib və amansız işgəncələrə məruz qalıb.
Əldə etdiyimiz məlumata görə, bu məqam hakimiyyət dairələrində qəzəblə qarşılanıb və Aslan Aslanova qarşı etimadı bir az da sarsılıb.
Belə bir şəraitdə indi də Aslanovun oğlunun kobud qayda pozuntusuna görə saxlanılması və onun bahalı avtomobillərinin fotolarının ictimailəşdirilməsi sabiq nazir müavini ətrafında həlqənin daraldığını göstərir. Belə görünür, Aslanovun adı ətrafında cərəyan edən proseslərin onun sərvətlərinə əl qoyulmasından tutmuş həbs edilməsinədək bir neçə ssenari üzrə baş verəcəyini təxmin edənlər yanılmırlar.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27