Əli Kərimlinin qadınları porno-kasetlə şantaj etməsi üzə çıxdı
10:17 25-02-2015
İQTİSADİYYAT
Əli Kərimlinin qadınları porno-kasetlə şantaj etməsi üzə çıxdı
Razi Nurullayev AXCP sədrinin maskasını cırdı
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Razi Nurullayev dünən mətbuat konfransı keçirərək Əli Kərimli ilə bağlı şok faktlar açıqlayıb.
O bildirib ki, AXCP sədri partiyada gəncləşmə siyasəti adı altında ona qarşı olan təmiz düşüncəli şəxsləri sıxışdırmaq xətti götürüb. Onun fikrincə, hazırda bir çox yaşlı nəsil bütün bunları görərək etiraz edir: "Çünki onları aşağılayır, kənarlaşdırırdılar. Rəyasət Heyətinin iclası 4 saat çəkirdi. Amma onun iki saatını özü danışırdı, digərlərinə söz verilmirdi. Bütün iclasın 80 faizi də facebookda kimləri like etmək, hansı komment yazmaqdan ibarət olub".
R.Nurullayev deyib ki, onun üçün ömrünün müəyyən hissəsini sərf etdiyi partiya və onun sədri haqqında danışmaq çətindir: "Partiyanı yeniləmək lazımdır, amma bu, o deməkdir ki, yalnız sədr Əli Kərimliyə xidmət edən gəncləri irəli çəkək. Bu, partiyada hələ də qınaq və dartışma mövzusu olaraq qalır. Pariyada çox insan aşağılanıb". O qeyd edib ki, partiyada bəzən 4-5 saat davam edən iclasın çox hissəsi Facebook səhifəsində sədrin statuslarının layklarının sayılmasına gedirdi: "Bu qədər xırdalıqlara getmək düzgün ola bilməz. Laykları saymaq düzgün siyasət ola bilməz. Mən bu xırdalıqların hər zaman əleyhinə olmuşam". R.Nurullayevin sözlərinə görə, Facebook-da partiya üzvlərinə yüzlərlə saxta profil yaratmaq tapşırılıb: "Bəzilərinin 100-110 saxta profili var idi. Facebook-da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın idarə heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var".
AXCP sədrinin keçmiş müavini bildirib ki, hər dəfə bütün cəbhəçilərdən "Azadlıq" qəzetinə abunə olmaları tələb edilib: "Bu günədək rayon şöbələrinin rəhbərlərinin heç biri "Azadlıq" qəzetində işıqlandırılmayıb. Qəzet bir nəfərin marağına xidmət edə bilməz. AXCP-nin 70-dən çox rayon şöbəsi var və sədri var. Görün bircə dəfə onlardan hansısa birinin fikri gedib?". O, həmçinin partiya sədri Əli Kərimlinin partiyanın digər üzvlərinə qarşı şantajdan istifadə etdiyini bəyan edib: "Partiya üzvlərinə qarşı şantaj yolunun seçilməsi doğru deyil. Əgər bir sədr ki, özü şantaja məruz qalıbsa və buna baxmayaraq, özü də digərlərinə qarşı şantajdan istifadə etməsi qətiyyən düzgün deyil". Onun sözlərinə görə, artıq köhnə "cəbhəçi"lər partiyada nə baş verdiyini anlamağa başlayıblar və artıq onlar sədr Əli Kərimliyə tabe olmaq istəmirlər: "Əli Kərimli məni evinə dəvət etdi. Orada ağır söhbətimiz oldu. Mən aldığım məlumatlardan şok yaşadım. Mənə dedi ki, "dəqiq məlumat var ki, sən hakimiyyətə işləyirsən, onlar səni maliyyələşdirir, sənin orada dostların var. Məndə olan məlumat o qədər böyük faktdır ki, bunu danmaq mümkün deyil. Mən qərar verdim ki, sən satılmısan. ABŞ və Böyük Britaniya səfirliyi bunu mənə neçə vaxtdır deyirdilər ki, sən dövlətə satılmısan". Belə çıxır ki, ABŞ və Böyük Britaniya səfirliyi siyasətçilərə dinləmə aparatları quraşdırıb və onlar hər bir siyasətçini dinləyirlər. Belə çıxdı ki, həmin səfirliklər siyasətçiləri dinləyib, Əli Kərimliyə məlumat verirlər. Mən buradan ABŞ və Böyük Britaniya səfirliyinə müraciət edirəm. Bununla bağlı həmin səfirliklərə məktub göndərəcəyəm. Necə ola bilər ki, həmin səfirliklər mənimlə bağlı Əli Kərimliyə məlumat ötürür? Mənim ABŞ və Böyük Britaniya səfirlikləri ilə gözəl münasibətlərim olub, indi də var. Onlarla əməkdaşlığımı bundan sonra da davam etdirəcəyəm, amma bu məsələyə aydınlıq gətirilməlidir".
R.Nurullayev AXCP sədri ilə danışıqlarını daha sonra belə nəql etdi: "Əli Kərimli mənə bildirdi ki, sən gedən yolu mən artıq qayıtmışam. Mənim heç bir getdiyim yol yoxdur. Ümumiyyətlə, satqınlıq məfhumunu qəbul etmirəm. Əli Kərimli mənə dedi ki, onun hakimiyyətdə işləyən adamları var. Onlar ona yazılı məlumat verirlər. Mənə dedi ki, səninlə bağlı məlumatlar alırdım. İndi də mənə belə məlumat verdilər ki, sən hakimiyyətə işləyirsən. Deməli, Əli Kərimli özü hakimiyyətə satılıb. Onun müəyyən maliyyəsi guya biznes strukturları vasitəsilə sanki verilir, amma dolayısı ilə hakimiyyətdən gəlir. Onlar ona təlimat verirlər. Bunu deyib təkzib edə bilməz. Etsə, bunu sübut etməyə gücüm çatar. Əli Kərimli partiya sədri ola bilməz. Amma AXCP-də lider olmağa layiq insanlar var. O, sədrlikdən getməlidir. Siyasətdən getməsin, amma partiya sədrliyindən çıxsın. Nə qədər sədr olmaq olar? Hesab edirəm ki, o da bunu başa düşüb və yaxın zamanlarda bunun şahidi olacaqsınız". O, Əli Kərimli və AXCP ilə bağlı maliyyə məsələlərinə də toxunub: "Pul məsələlərini özündən və yaxın olduğu 2-3 nəfərdən başqa heç kim bilmirdi. Mən heç zaman AXCP-dən maaş almamışam. Digərlərinə gəlincə, onların maaş alıb-almadığını bilmirəm. Əli Kərimlinin özünə gəlincə, bilirsiz ki, o işləmir. Onun ən kiçik oğlu Londonda doğulub. Oğlu orada ən bahalı universitetdə necə oxudu? Bu haradan ödənilirdi? Oğlu və qızı Bakıda ən bahalı özəl məktəbdə oxuyublar. Onun pulu haradan gəlirdi?".
AXCP-dən istefa verən Razi Nurullayev Əli Kərrimlinin porno-kaset şantajı haqda şok faktlar açıqlayıb. O, Əli Kərimlinin öz qadın müşavirini şantaj etdiyini deyib. "Mən heç vaxt loyal davranmamışam.Lakin cəbhəçilərin anlamında heç nəyi yaxşı görməməlisən. Gedib bulvarda velosiped sürür, yaradılan şərait xoşuna gəlir və bunu "Facebook" statusunda yazırsansa, deməli, sən vətən xainisən, satqınsan. Asəf Quliyev də bu cür məsələlərin qurbanı oldu. Əli Kərimli öz qadın müşavirini porno-kasetlə şantaj edirdi. Bir qadına qarşı belə şantaj yolverilməzdir. Zərifə Məhyəddinova məndən öncə istefa vermişdi. Onun maliyyə imkanları yaxşı idi. Ondan istifadə edirdilər. Hətta onu şantaj da etdilər. Xanım müşavirə qarşı porno-kasetdən santaj yolu ilə istifadə yolverilməzdir", - deyə o, bildirib.
Bu barədə "Unikal"a açıqlama verən müstəqil siyasi şərhçi İlqar Altay deyib ki, Razi Nurullayevin bu açıqlaması partiyanın daxilində baş verən sədrlə müavin arasındakı mübahisəli vəziyyətə uyğundur: "AXCP-də müavinlərin getməsi və gedərkən bu cür mübahisələr yaranması birinci dəfə deyil. Ancaq mübahisə və ziddiyyətin kaset şantajı səviyyəsinə çıxarılması təəssüf dərəcəsində ciddi qarşıdurma yaranışından xəbər verir. Səbəblər barədə təhlil aparıb danışmaq və partiyadixili dərinliklərə varmaq istəməzdim".
ADP sədrinin müavini Taliyət Əliyev də "Unikal"a açıqlamasında deyib ki, Razi bəyin AXCP-dən istefa verdikdən sonra verdiyi açıqlamalar və Əli Kərimliyə qarşı irəli sürdüyü ittihamlar çox ciddi ittihamlardır. Onun sözlərinə görə, bu ittihamların nə qədər həqiqətə uyğun olub-olmadığı barədə konkret fikir bildirmək olduqca çətindir: "Çünki, konkret fikir bildirmək üçün əlində əsasın olmalıdır. Amma bir məsələyə diqqət yetirmək lazımdır. Son illər AXCP-dən istefa verənlərin əksəriyyəti demək olar ki, AXCP və onun lideri haqqında oxşar ittihamlar irəli sürürlər. Necə ola bilər ki, bu insanların hamısı satqın olsun? Hamı eyni qaydada satqın və ya dəli ola bilməz. Bu baxımdan problemin kökünün AXCP-də axtarılması daha məntiqlidir".
Qərib Gərazadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05