Arif Hacılı kütləvi istefaya səbəb olub
10:21 25-02-2015
CƏMİYYƏT
Arif Hacılı kütləvi istefaya səbəb olub
Müsavat Partiyasının üzvləri kütləvi şəkildə başqa qurumlara axışır
Müsavat Partiyasının yeni başqanı Arif Hacılının yürütdüyü siyasət artıq müsavatçılar tərəfindən qəbul olunmur. Artıq qurultaydan sonra istefa verənlərin sayı yüzü keçib.
Bir qrup Qubad İbadoğlunun yaratdığı təşkilata üzv olunur, bəziləri isə başqa qurumlara üz tuturlar. Dünən Müsavat Partiyasının Beyləqan rayon təşkilatı sədrinin müavinləri və bir qrup üzvü partiyadan istefa verərək, Azad Demokratlar Partiyasına qoşulub.
"Unikal"ın məlumatına görə, istefa verənlərin sayının artacağı da gözlənilir. Azad Demokratlar Partiyası Ali Məclisinin sədri Tapdıq Abbas da bu barədə açıqlamasında bildirib ki, fevralın 22-də Beyləqanda Azad Demokratlar Partiyasının rayon təşkilatının formalaşdırılması ilə bağlı yığıncaq keçirilib, bir sıra Müsavat üzvləri isə həmin yığıncağa qatılaraq təmsil olunduqları partiyadan istefa verdiklərini bəyan ediblər: "Müsavat Partiyasının Beyləqan rayon təşkilatının sədrinin müavinləri Nadir Ələsgərli, Akif Nəsirli, Vaqif Cəmiloğlu, Vəkil Yelmaroğlu, Vəlyəddin Quliyev, Zahid Cabbarlı, Rahil Qəmbərli və digərləri istefa verdikləri barədə bəyanat yayıblar. Nadir Ələsgərlidən başqa istefa verən həmin şəxslər bundan sonra Azad Demokratlar Partiyasının sıralarında fəaliyyət göstərəcəklərini bildiriblər".
N. Ələsgərli partiyadan istefa verdiyini təsdiqləyib. O, partiya başqanı Arif Hacılının siyasətinə etiraz olaraq belə qərar verdiyini söyləyib: "Arif Hacılı partiyada avtoritarizm yaradıb və partiyanı bərpa edənləri Müsavatdan kənarlaşdırır".
Müsavat başqanının müavini Elman Fəttah isə partiyanın Təşkilat şöbəsi tərəfindən məsələnin araşdırılmasından sonra mətbuata məlumat veriləcəyini bildirib.
"Unikal"ın əldə etdiyi məlumata görə, artıq partiyadaxili avtoritarizmdən bezən müsavatçılar başqa partiyalara üz tutmaqda davam edəcəklər. Bizi bilgiləndirən müsavatçının sözlərinə görə, yaxın günlərdə kütləvi istefa qərarı veriləcək. Daha böyük kəsim Qubad İbadoğlunun yaratdığı hərəkata qoşulacaqlar. Onlar da səbəb kimi Arif Hacılının nizamnamədən və etik normalardan kənar siyasətinə etiraz əlaməti olaraq, bu addımı atacaqlar.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27